Dubay şeyxi ilə evlənən azərbaycanlı məşhur dəhşət yaşayır: Uşaqları əlindən alınır...

Dubay şeyxi ilə evlənən azərbaycanlı məşhur dəhşət yaşayır: Uşaqları əlindən alınır...Dubayın hakim ailə üzvünün keçmiş həyat yoldaşının vəkilləri BMT-nin İnsan Hüquqları Şurasına müraciət ediblər. Onlar Zeynəb Cavadlı və onun uşaqlarının təhlükəsizliyini təmin etmək üçün Şuranın işə müdaxiləsini istəyirlər. İddia olunur ki, xanım Cavadlı şeyx Səid bin Məktum bin Rəşid əl-Məktumla qəyyumluqla bağlı mübahisə zamanı hakimiyyət tərəfindən təzyiq, təqib və hədə-qorxuya məruz qalıb.Şeyxin vəkilləri xanım Cavadlının yararsız ana olduğunu iddia edirlər. Onun özü bu ittihamları rədd edib.

BiG.AZ "BBC Azərbaycanca"ya istinadən xəbər verir ki, Zeynəb Cavadlı eksklüziv videoda "lütfən mənə kömək edin" deyir. "Uşaqlarım və mənim həyatımız və təhlükəsizliyimiz üçün vahimə içindəyik və qorxuruq.

"Biz faktiki olaraq evsizik və Dubayda bir oteldə ilişib qalmışıq, uşaqlarım həbs oluna biləcəyimdən və əlimdən alınacaqları qorxusuyla oranı tərk edə bilmirlər".

Müdaxilə ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasına müraciətində xanım Cavadlının britaniyalı vəkilləri onun həm hərəkət, həm də ifadə azadlığının məhdudlaşdırıldığını, ona qarşı hədə-qorxu taktikasının tətbiq edildiyini iddia edirlər.

Müraciətdə iddia olunur ki, iki il əvvəl yerli polisi onların evinə zorla daxil olarkən onun övladları və valideynləri hücuma məruz qalıblar. Zeynəb Cavadlı həmin anları canlı yayımlayaraq dünyanın diqqətini özünə çəkmişdi. Bu hadisədən sonra onun valideynləri Azərbaycana qayıdıblar.

Zeynəb Cavadlının sözlərinə görə, son üç il ərzində polis basqınları, məhkəməyə çağırış və həbs qərarları onun gündəlik həyatının bir hissəsinə çevrilib.

Zeynəb Cavadlı BMT-nin müdaxiləsi ilə bağlı işini məhz belə bir kontekstdə təqdim edir.
"Biz öz evimizdə girovluqdayıq", - o, BBC-nin əldə etdiyi videoda deyir.

"Hələ də gec deyil... Vəziyyəti daha da pisləşdirməyə ehtiyac yoxdur - hazırda bütün tərəflərin maraqlarına uyğun olaraq buna son qoymaq mümkündür", - onun vəkillərindən biri Rodney Dixon deyir.

Xatırladaq ki, Azərbaycandan olan 31 yaşlı keçmiş beynəlxalq gimnast 2019-cu ildə şeyx Səiddən boşandıqdan sonra yaşadığı Dubayda qalıb. O, ölkəni tərk edəcəyi təqdirdə uşaqlarını bir daha görə bilməyəcəyindən qorxur və üç azyaşlı qızı ilə Dubayda qalır.

Təxminən üç ilə yaxındır ki, o, keçmiş həyat yoldaşı ilə qəyyumluq uğrunda mübarizə aparır.
Xanım Cavadlı Dubayın hökmdarı şeyx Məhəmməd bin Rəşid əl-Məktumun qardaşı oğlu olan şeyx Səidlə 2015-ci ildə ailə qurub.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3098   Tarix: 13 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür

Bir vaxtlar sərvət və lüks simvolu olan milyonlarla dollarlıq avtomobillər indi toz və qumda çürüməyə məhkumdur. Ferrari, Lamborghini, Porsche və Bentley kimi dünyaca məşhur brendlərin avtomobillərə daha çox Dubaydakı dayanacaqlarda və tərk edilmiş ərazilərdə rast gəlmək mümkündür. Bu bahalı avtomobilləri

08.11.2026 197
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

07.11.2026 258
.

Gecələr ürəyimiz niyə zərərli qidalar istəyir?

Şam yeməyindən sonra mətbəxə tərəf addımlamaq bir çox insan üçün adi hallardan biridir. Araşdırmalar göstərir ki, insanların təxminən üçdə biri, 18-24 yaş arası gənclərin isə 80 faizi axşam yeməyindən sonra qəlyanaltı edir. Lakin dietoloq Dr. Kristina Bolyo yatmazdan iki saat əvvəl yemək yeməyin kökəlm

06.11.2026 377
.

Yay fəsli uzanır... 6 ay davam edəcək

Uzunmüddətli müşahidələr göstərir ki, yay hər il bir gün uzanır. Qlobal istiləşmə səbəbindən Avropa tədricən ənənəvi mövsümi dövrünü itirir. Yay uzanır, yaz və payız isə qısalır. xarici mediaya istinadən bildirir ki, bu barədə İspaniya Milli Meteorologiya Agentliyi (AEMET) məlumat yayıb. 1980-ci illərdə

08.11.2026 179
.

Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?

Evin bəzi otaqlarında internet zəif işləyirsə və ya bağlantı tez-tez kəsilirsə, dərhal yeni cihaz almağa ehtiyac olmaya bilər. İstifadə etmədiyiniz köhnə router düzgün qurulduqda Wi-Fi şəbəkəsinin əhatəsini genişləndirə bilər. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər routerdən əlavə giri

01.11.2026 637
.

Tozsoran niyə zəif çəkir? - 3 əsas səbəb

Tozsoran əvvəlki kimi tozları yaxşı təmizləmirsə, bu, cihazın sıradan çıxması demək deyil. Əksər hallarda problem çirklənmiş filtrlər, tıxanmış boru və ya dolmuş toz qabı ilə bağlı olur. xəbər verir ki, mütəxəssislərin fikrincə, bir neçə sadə yoxlama ilə problemin səbəbini müəyyənləşdirmək və əlavə xər

01.11.2026 490
.

Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı

Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi

07.11.2026 216
.

Xalçadakı pis qoxudan qurtulmaq üçün üzərinə səpin - 30 dəqiqə gözləyin

Xalçalara hopan arzuolunmaz qoxuları kənarlaşdırmaq üçün bahalı təmizlik vasitələrinə ehtiyac yoxdur. Mətbəxdə olan sadə bir ərzaq - çay sodası xüsusilə yemek və ev heyvanlarından yaranan yüngül qoxuları azalda bilir. xəbər verir ki, tətbiqdən əvvəl xalça səthinin tamamilə quru olduğuna əmin olun. Sod

01.11.2026 470
.

14-cü mərtəbədən yıxılan kişi sağ qaldı

Rusiyanın paytaxtı Moskvada yaşayış binasının 14-cü mərtəbəsindən yıxılan kişi möcüzə nəticəsində sağ qalıb. yerli mediaya istinadla xəbər verir ki, hadisə bu gün səhər saat 8 radələrində Marşal Rokossovski bulvarında baş verib. Məlumata görə, kişi binanın 14-cü mərtəbəsindən yıxılaraq avtomobilin damın

01.11.2026 481
.