Rusiyadan Azərbaycana axın evləri bahalaşdıracaq? - AÇIQLAMA

Rusiyadan Azərbaycana axın evləri bahalaşdıracaq? - AÇIQLAMABakıda kirayə mənzil sahəsində son zamanlar sıxlıq müşahidə olunur. Xüsusilə bundan tələbələr əziyyət çəkirlər. Tədris ilinin başlaması ilə əlaqədar Bakıda ucuz kirayə ev tapmaq müşkül məsələyə çevrilib. Bunun ardınca Rusiyada səfərbərlik rejimindən sonra orada yaşayan soydaşlarımız Azərbaycana geri qayıdıblar. Bu vəziyyət paytaxtda olan sıxlığı daha da artırıb. Rusiyadan gələn azərbaycanlıların əksəriyyəti Bakıdakı evlərini kirayə veriblər.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzu ilə bağlı BiG.AZ-a bildirib ki, paytaxt binalarının söküntü işləri kirayə mənzil bazarında sıxlığa səbəb olub:

"Mənzil bazarı müəyyən kateqoriyalara bölünür. Yəni tələbələr, iş üçün gələnlər və evləri pilot layihələr üzrə sökülənlər. Daha çox bu 3 kateqoriyada olan insanlar kirayə ev axtarırlar. Təbii ki, gənc ailələr, evi olmayan sakinlər yaxud bölgələrdən gələnlər də var. Burada daha çox tələbələr üstünlük təşkil edir.

Belə ki, hər il bölgələrdən təhsil almaq üçün minlərlə tələbə Bakıya üz tutur. Bu da artıq minlərlə mənzilin sırf tələbələr tərəfindən kirayələnməsi deməkdir. Artıq hər il bu proseslər baş verir. Şəhər yüklənir və tikintilərin sayı çox olsa da, axının da sayı çox olur.

Başqa bir tərəfdən, tələbələrin qaldıqları mənzillər daha çox Nərimanov, Yasamal rayonu ərazisində köhnə tikili binalar və fərdi həyət evləri olub. Artıq 2016-cı ildən başlayaraq, Nazirlər Kabinetinin sərəncamı ilə istismar müddətini bitirmiş binaların söküntüsünə start verilib. Çox sayda köhnə beşmərtəbəli, dördmərtəbəli, üçmərtəbəli binalar sökülüb və yeni tikili binalarla əvəzlənib. Söküntü zamanı, demək olar ki, əksər binalarda müəyyən faiz mənzillər sırf kirayə məqsədilə alınır. Artıq söküləndə həmin mənzil kirayə bazarından çıxır. Evləri sökülən sakinlər onlara ev tikilib təhvil verilənə qədər kirayəyə çıxmağa məcbur olurlar. Bu proses də təxminən iki il yarım çəkir. Daha sonra, həmin köhnə tikili binanın yerində yeni tikili bina ucalanda kirayə və satış qiymətləri avtomatik olaraq iki dəfəyədək artır.

Yəni tutaq ki, 1 otaqlı "Xruşovka" yaxud alman, fransız layihəli binalarda kirayə qiyməti 250-300 manat idisə, artıq burada söhbət 500 manatdan gedir və əlavə kommunal xərclər üstünə gəlsə, qiymət daha da artır. Tələbələr və digər gənc ailələr üçün bu cür bahalı evləri kirayələmək əlçatan olmur. Əvvəllər istər Yasamal, istərsə də "Sovetski" adlanan ərazi, Nərimanov rayonu Təbriz küçəsində çox sayda böyük həyət evləri var idi. Həmin ərazidə olan evlərin böyük hissəsi söküldü. Bəziləri parklar, bəziləri yeni tikili binalarla əvəzləndi. Yəni artıq ucuz kirayə mənzillər bazardan çıxır".

Ekspert bildirib ki, tələbələrin ev probleminin əsas səbəblərindən biri universitet yataqxanalarının çatışmazlığıdır:

"Digər tərəfdən, pilot layihələr üzərindən söküntülər də davam edir. Bu onu deməyə əsas verir ki, yaxın 10-15 ildə artıq paytaxtda ucuz kirayə lüks mənzil tapmaq çox çətin olacaq. Burada ümid qalacaq yalnız köhnə tikili, 9-mərtəbəli binalara yaxud Sovet dövrünün sonlarında tikilmiş beşmərtəbəli binalara.

Bunun da çıxış yolları var. Belə ki, tələbə yataqxanaları bərpa olunmalıdır. Təbii ki, indiyədək tələbə yataqxanalarında daha çox məcburi köçkünlər yaşayırdı. Lakin onlar da zamanla artıq dövlət tərəfindən evlə təmin olundular. Məcburi köçkünlər üçün şəhərciklər tikildi. Yəni onlar oradan köçürüldülər. Amma həmin yataqxanalar hazırda boş olsa da, onların böyük əksəriyyəti yaşayış üçün yararlı deyil, qəzalı vəziyyətdədir.

Bu gün paytaxtda tikililərin qiymətini şişirdən əsas amil torpaqdır. Torpaqların qiyməti çox bahadır. Həmin yataqxanaların özləri bərbad vəziyyətdə olsa da, onların hər birinin ali təhsil müəssisələrinə yaxın şəhərcikləri var. Köhnə yataqxanalar sökülüb yeni, daha hündürmərtəbəli geniş yataqxanalar tikilərsə, bu, həm tələbələri kirayələrdən qurtarmış olar, həm də Bakının kirayə bazarında müəyyən formada yüngülləşmə baş verər. Bununla da evlərin bir qismi tələbələrdən azad olar".

E.Fərzəliyev qeyd edib ki, Rusiyada baş verənlərdən sonra orada yaşayan azərbaycanlılarla yanaşı, digər xalqların, hətta rusların da Bakıya üz tutması kirayə bazarında hələlik ciddi bir dəyişiklik yaratmayıb:

"Son olaylara görə Rusiyadan gələnlər də var. Azərbaycanın daşınmaz əmlak bazarında alıcı qismində əsas öndə gedən kütlənin böyük hissəsi Rusiyada yaşayan azərbaycanlılardır. Çünki onlar illərlə orada işləyib qazandıqlarını Azərbaycana sərmayə ediblər. Yəni buradakı böyük ticarət obyektləri, qeyri-yaşayış obyektləri, eləcə də evlərin böyük bir hissəsi onlara məxsusdur. Bu səbəbdən onların gəlişi kirayə bazarında hələlik elə bir ciddi dəyişiklik yaratmayıb. Digər tərəfdən, onların böyük əksəriyyətinin ya Bakıda evi var, ya da bölgələrdən gedənlərin hər birinin özünün, yaxud qohum-qardaşının evi var. Amma Rusiyadan Azərbaycana başqa vətəndaşlar da gəlir. Yəni azərbaycanlılarla yanaşı, ruslar və digər xalqlar gəlirlər və kirayə ev tuturlar. Onların da götürdüyü kirayə evlər nisbətən bahalı, təxminən 500 manatdan yuxarı qiymətə olan mənzillərdir.

Orta, yaxud minimal əməkhaqqı ilə yaşayan bir azərbaycanlı ailəsi 600-700 manata kirayə ev götürüb yaşaya bilmir. Bu səbəbdən uzun müddətdir ki, həmin mənzillərin çox hissəsi boş vəziyyətdə qalmışdı. Hazırda onların bir qismini Rusiyadan gələnlər, müvəqqəti də olsa, kirayələyiblər.

Proses uzun çəkərsə, təbii ki, Azərbaycana axın çox olar. Çünki ruslar üçün də Azərbaycan əlverişlidir. Burada rusdilli orta məktəblər daha çoxdur, ali təhsil müəssisələrinin hamısında rus bölməsi var və paytaxt sakinlərinin böyük əksəriyyəti rus dilini bilir. Yəni yaşamaq üçün onlara münbit şərait var. Amma ruslar Azərbaycana elə də çox gəlmirlər. Ruslar daha çox Türkiyəyə, Qazaxıstana və bəzi ərəb ölkələrinə gedirlər. Bu da onunla əlaqədardır ki, zamanında o şəxslər həmin ölkələrə turist qismində gedib-gəliblər. Daha çox Türkiyəyə gediblər. Çünki Türkiyənin turizm sektoru çox inkişaf edib. Sırf Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Türkiyənin daşınmaz əmlak bazarında ruslar milyardlarla pul qoyublar, minlərlə daşınmaz əmlak alıblar. Hələ ki, bizdə daxildə gedən təbii proseslərə görə qiymətlər artır".

Nuranə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1350   Tarix: 12 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.