Türkiyə ilə İsrail əlaqələri bərpa edir? - Politoloqdan ŞƏRH
"Türkiyə və İsrail arasında münasibətlər hazırda yeni dövrə qədəm qoyub və buzlar əriyir. Diplomatik münasibətlərin qurulması, eləcə də qarşılıqlı səfirlərin təyinatı da bunun göstəricisidir. Eyni zamanda İsrail rəsmisinin Türkiyəyə səfər etməsi, burada Rəcəb Tayyib Ərdoğan tərəfindən yüksək səviyyədə qarşılanması, diplomatik jestlərin də çoxluğu və müsbət yöndə olması Türkiyə-İsrail münasibətlərini daha da keyfiyyətcə yeni müstəviyə gətirib çıxarır".
Bu sözləri BiG.AZ-a açıqlamasında politoloq İlyas Hüseynov Türkiyənin İsrailə səfir təyin etməsi məsələsini şərh edərkən deyib.
Siyasi şərhçi vurğulayıb ki, Türkiyə ilə İsrail arasında münasibətlər müsbət məcrada inkişaf edir:
"Böyük Orta Doğu coğrafiyasında Türkiyənin qonşularla münasibətlərinin normallaşdırılması və mühüm geosiyasi faktorlarla tərəfdaşlıq münasibətlərinin qurulması istiqamətində addımlar atdığını görürük. Burada, həmçinin, enerji faktoru var, çünki İsrailin Leviathan yatağından hasil olunan karbohidrogen ehtiyatların Türkiyə üzərindən Qərbə nəqli əsas müzakirə mövzusudur. Buna qədər Türkiyə qəti olaraq anti-İsrail mövqeyini həyata keçirirdi. Eyni zamanda, bura həmçinin iqtidar-müxalifət rəsmiləri də qoşulmuşdu, çünki burada əsas prioritet Fələstin məsələsi idi və fələstinlilərin azadlığı və hüquqlarının qorunması yönündə bir sıra çağırışlar var idi. Bu gün isə, ola bilsin ki, trendlər bir az dəyişib, beynəlxaq münasibətlərdə yeni naqillər formalaşır, yeni paradiqmalar üzə çıxır və bu kontekstdə artıq Ankara-Tel-Aviv yaxınlaşması da müşahidə olunur. Düşünürəm ki, Türkiyə ilə İsrail arasında münasibətlərin müsbət məcrada inkişaf etməsi, həmçinin, təhlükəsizlik seqmentinin gücləndirilməsi yönündədir və daha çox sülhün qorunmasına xidmət edəcək".
Ekspert hər iki ökə arasında olan münasibətlərin Azərbaycan üçün əhəmiyyətindən da söz açıb:
"Hər iki dövlət bizim üçün mühüm əhəmiyyət kəsb edir. Türkiyə bizim qardaş dövlətimizdir, İsraillə də çox yaxşı münasibətlərimiz var. Ona görə, məhz Azərbaycan rakursundan baxanda da biz Türkiyə ilə İsrail arasında münasibətlərin yaxşılaşmasını yalnız alqışlayırıq və düşünürük ki, bu iki dövlət arasında ziddiyətlərin aradan qaldırılması böyük coğrafiyada təhlükəsizlik seqmentinin gücləndirilməsinə xidmət edəcək".
Nuranə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 634 Tarix: 10 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏrdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video
"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"
08.11.2026 176 Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video
Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü
08.11.2026 221 İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər
08.11.2026 179 Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Xankəndidə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. "Qafqazinfo" xəbər verir ki, ziyafətdə konsert proqramı təqdim olunub. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinc
08.11.2026 202 Ərdoğan Xocalı Soyqırımı Memorialının xatirə kitabına ürək sözlərini yazıb - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazıb
08.11.2026 163 Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rənglərinə büründü - Foto
Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur TOBB əkiz qüllələri dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, İstanbulda yerləşən məşhur körpü də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Həmin görüntüləri təqdim edirik:
08.11.2026 169 Finlandiyada yanğın toxumluq kartof ehtiyatlarının beşdə birini məhv edib
Finlandiyanın şimalında baş vermiş böyük yanğın nəticəsində milli toxumluq kartof fondunun beşdə biri məhv olub. "Report" "Yle" teleradio şirkətinə istinadən xəbər verir ki, yanğın cümə günü axşam Şimali Ostrobotniya əyalətinin Türnyavya şəhərindəki anbar kompleksində qeydə alınıb
08.11.2026 167 Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx
Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. BİG.AZ həmin paylaşımı təqdim edir:
08.11.2026 187 İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib
İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə
08.11.2026 141