Bakıda əmlak bazarını böyük sürprizlər gözləyir: Qiymətlər kəskin arta bilər - ARAŞDIRMA

Bakıda əmlak bazarını böyük sürprizlər gözləyir: Qiymətlər kəskin arta bilər - ARAŞDIRMASon vaxtlar əmlak bazarında mənzillərin qiymətində artım müşahidə olunur. Bəzi insanlar qiymətlərdəki bu artımı Rusiyada baş verən hadisələrlə əlaqələndirirlər. Rusiyada səfərbərlik elan olunması ilə əlaqədar vətəndaşlar ölkəni tərk edir. Həmçinin Rusiyada yaşayan Rusiya vətəndaşı olan azərbaycanlıların da ölkəmizə geri qayıtmağa başlaması mümkündür.

Mövzu ilə bağlı "Kaspi" qəzeti məqalə dərc edib.

Əmlak eksperti Elnur Fərzəliyev açıqlamasında bildirib ki, Rusiyaya tətbiq olunan sanksiyalar orada yaşayan soydaşlarımıza da təsir etdi:

"İndiyə qədər də Rusiyada yaşayan azərbaycanlılar qazandıqları pullara buradan daşınmaz əmlaklar alırdılar. Rusiya-Ukrayna müharibəsi başladıqdan və Rusiyaya tətbiq olunan sanksiyalardan sonra orada yaşayan soydaşlarımız müharibənin ilk aylarında gəlib Azərbaycanda çox sayda əmlaklarını satıb pulunu apardılar. Çünki orada yaşayan azərbaycanlıların böyük hissəsi ticarətlə, bizneslə məşğuldur. Bu sanksiyalar onların biznesinə də mənfi təsir göstərdi".

Ekspert qeyd edib ki, son proseslərdən sonra satışda olmasa da, kirayə qiymətlərində ciddi artım müşahidə olunur:

"İndi Rusiyanı çox sayda insan tərk edir, bizim bəzi həmyerlilərimiz qayıdır, hətta ruslardan da gələnlər var. Amma bu hələ ki təsirini kirayə bazarına göstərib. Yeni tikilən binalarda olan evlərə tələbat çoxalıb, aylıq kirayə qiyməti 600 manatdan başlayır. Amma satış bazarında hələ ki vəziyyət olduğu kimidir. Çünki orada yaşayan azərbaycanlıların böyük əksəriyyətinin Azərbaycanın müxtəlif yerlərində əmlakları, torpaq sahələri var. İllər ərzində işləyib qazandıqlarını Azərbaycana yatırım ediblər".

E.Fərzəliyevin sözlərinə görə, Rusiyadakı proseslər Azərbaycan bazarından daha çox Türkiyəyə təsir edib:

"Ola bilər ki, bir müddətdən sonra bizdə də satışa tələbat artar. Amma hazırda Rusiyadakı proseslər daha çox Azərbaycanın yox, Türkiyənin daşınmaz əmlak bazarına təsirini göstərir. Müharibənin ilk günlərindən başlayaraq axın daha çox Türkiyəyə oldu. Avropa, Amerikada yaşayan rus vətəndaşları, iş adamları sanksiyalara görə bizneslərini Türkiyəyə köçürdülər. Bu günə qədər Türkiyədə turistik zonalardakı minlərlə daşınmaz əmlak ruslar tərəfindən alınıb. Türkiyənin əmlak sektoruna milyardlarla yatırım ediblər".

Ekspertin fikrincə, rus vətəndaşlarının Azərbaycandan əmlak alması yalnız çıxarışı olan mənzillərdə mümkündür:

"Hazırda Azərbaycana ajiotaj yarada biləcək alıcı kütləsi gəlməyib. Bizdə qiymətlər süni və yaxud təbii yolla arta-arta gedir. Bir tərəfdən bu da qiymətlərə təsir edəcək. Amma gələnlərin əksəriyyəti Rusiya vətəndaşı olduqlarından xarici vətəndaş sayılırlar. Qanunvericiliyin tələbi ilə istər ruslar, istərsə də Rusiyada yaşayan azərbaycanlılar əgər Rusiya vətəndaşıdırsa, onların Azərbaycandan daşınmaz əmlak alması üçün əmlakın çıxarışı olmalıdır. Yeni tikililərin bir hissəsində, fərdi həyət evlərinin çox hissəsində isə sənəd yoxdur. Ona görə onlar yalnız mərkəz ətrafındakı köhnə tikililər və çıxarışlı binalardan mənzil sahibi ola bilərlər".

Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı isə bildirib ki, hazırda bazarda müşahidə edilən aktivlik mövsümlə bağlıdır:

"Hələ ki Rusiyadakı proseslərin bizim əmlak bazarına təsiri aktiv şəkildə deyil. Rusiyada səfərbərlik yeni elan olunandan sonra insanlar hələ ki vəziyyətin hansı istiqamət üzrə inkişaf edəcəyini bilmirlər. Ümidlər var ki, vəziyyət müsbətə doğru dəyişsin və onlar geri qayıtsınlar. Rusiya faktoru ilə bağlı vəziyyəti oktyabrın sonlarına doğru təhlil edə biləcəyik. Bu tezlikdə aktivlik, dinamika müşahidə oluna bilməz".

R.Osmanlı bildirib ki, Rusiyada yaşayan azərbaycanlılar əvvəllər də zaman-zaman iqtisadi məqsədlərlə əmlaka yatırım edirdilər:

"Rusiyada Azərbaycan vətəndaşları yaşayır ki, onların arasında Rusiya vətəndaşlığını qəbul edənlər də var. Eyni zamanda, Azərbaycan vətəndaşı kimi qalıb miqrant olaraq çalışanlar da mövcuddur ki, onlar da zaman-zaman Azərbaycandan investisiya məqsədli əmlaklar alıblar. Məsələn, aldıqları evi kirayə verib qazanıblar, yaxud bünövrəsi yeni qoyulmuş binadan mənzilləri ucuz alıb baha satıblar və s. Əvvəllər bu, sadəcə, iqtisadi faktorla bağlı məsələ idi. İndi iqtisadi tendensiya öz yerini başqa məsələlərə verib".

Ekspertin sözlərinə görə, ehtimal etmək olar ki, oktyabrın sonu əmlak qiymətləri bir az da artacaq:

"Artıq Bakı küçələrində çoxsaylı rus vətəndaşlarını da görmək mümkündür. Heç vaxt Bakıda bu qədər rus görməmişik. Əgər oktyabrın sonu onların ev aldığı ortaya çıxsa, bizi böyük sürprizlər gözləyir. Bu zaman Azərbaycanda daşınmaz əmlakın qiymətində kəskin artım baş verə bilər. Amma bu, bir ehtimaldır. Proseslərin necə gedəcəyini indidən proqnozlaşdıra bilmərik. Bu ehtimalın özünü nə qədər doğruldacağı hadisələrin gedişindən asılı olacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 784   Tarix: 09 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

TOP MP3