Komando üzvü: "Hadrutda düşmənlə yaxın məsafədə vuruşurduq, qarşımızda aciz qalmışdılar"

Komando üzvü: "Hadrutda düşmənlə yaxın məsafədə vuruşurduq, qarşımızda aciz qalmışdılar""Vətən müharibəsində Xocavənd rayonunun Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə düşmənlə yaxın məsafədə vuruşurduq, qarşımızda aciz qalmışdılar".

Bunu "Report"a açıqlamasında Müdafiə Nazirliyinin Quru Qoşunlarının (Komando) hərbi qulluqçusu Zaur Gülqasımov deyib.

O bildirib ki, sentyabrın 27-də Vətən müharibəsi başlayanda "N" saylı hərbi hissədən Cəbrayıl rayonu istiqamətinə yollanıb və orada döyüşlərə qatılıb:

"Düşməni məhv edə-edə irəlilədik. Yuxarı komandanlığın əmri ilə Füzuli rayonunun Qarakollu kəndindən Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqmətinə hərəkətə keçdik. Hadrutda ermənilərin xeyli sayda canlı qüvvəsi vardı. Biz oktyabrın 7-də bura digər qruplarla birgə daxil olanda düşmən təşvişə düşdü, həyacan siqnalı verildi, onlar pərən-pərən oldular. Hadrut qəsəbəsində ağır döyüşlərimiz oldu. Düşmənlə yaxın məsafədə vuruşurduq. Burada ermənilərin canlı qüvvəsini, texnikasını məhv etdik. Sağ qalan erməni hərbçi isə silah-sursatını qorxaqcasına atıb qaçırdı. Onlar bizim qarşımızda aciz qalmışdılar. Oktyabrın 9-da Hadrut qəsəbəsini düşməndən azad etdik".

Lakin döyüşlər bundan sonra da davam edib, ermənilər yenidən hücuma keçməyə çalışıb.

Z.Gülqasımovun sözlərinə görə, qədim Azərbaycan qəsəbəsi ermənilərdən təmizlədikdən sonra düşmənin diversiya qrupları əks-hücuma keçməyə cəhd göstərib:

"Erməni silahlı qüvvələri daha çox minaatanlardan istifadə edirdilər. Hadrut qəsəbəsinin daxilində belə minaatanlardan istifadə edirdilər. Lakin onlar Azərbaycan Ordusunun qarşısında tab gətirə bilmədilər, yenə də düşməni məhv etdik, diversiya qrupunun hamısını zərərsizləşdirdik. Hadrutu azad edəndən sonra yuxarı komandanlıqdan növbəti tapşıq gəldi və biz Füzuli rayonunun Qarğabazar kəndi istiqamətinə yollandıq. Burada da ağır döyüşlərimiz oldu. Həmin vaxt düşmən yenə də minaatanlardan istifadə edirdi. Oktyabrın 22-də Qarğabazar kəndində döyüşlər zamanı düşmənin atdığı minaatan mərmisi nəticəsində qəlpə yarası aldım. Məni hospitala yerləşdirdilər. Müalicə olunduqdan sonra yenidən döyüşlərə qoşuldum, yoldaşlarımı bu haqq yolunda tək qoymadım. Tapşırıq isə Laçın istiqamətinə idi".

Komando üzvü bildirib ki, Vətən müharibəsi zamanı 53 döyüş yoldaşı şəhidlik zirvəsinə ucalıb, bir neçəsi isə yaralanıb.

Döyüşçü hazırkı xidmət yerindən də danışıb:

"Hazırda Müdafiə Nazirliyinin Quru Qoşunlarının "N" saylı komando hərbi hissəsində xidmət edirəm. Xidmətimlə də qürur duyuram. Bu, mənim üçün böyük şərəfdir. Hərbi hissəmizdə gözəl şərait yaradılıb. Burada yüksək səviyyədə dərslər və təlimlər keçirilir".

Z.Gülqasımov söyləyib ki, Vətən müharibəsində göstərdiyi şücaətlərə görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev onu 4 medalla mükafatlandırıb:

"Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşam".

Mərhəmət Səmədov da Vətən müharibəsi iştirakçısıdır, hazırda komando hərbi hissəsində xidmət edir. O deyib ki, Füzuli və Cəbrayıl rayonlarından döyüşə-döyüşə Hadrut qəsəbəsi istiqamətinə irəliləyiblər:

"Səhər saat 05 radələri idi, Hadrutda daxil olduq. Düşmənin xeyli sayda şəxsi heyətini və texnikasını darmadağın etdik. Digərləri isə döyüş meydanından qaçdılar. Buranı düşməndən tam təmizlədikdən sonra bizə tapşırıq gəldi ki, Füzuli rayonuda yerləşən Şabandağ istiqamətinə gedək. Biz orada ermənilərin əks-hücuma keçməyə cəhd edən canlı qüvvəsi və texnikasını pusquya salaraq məhv etdik. Burada bölmə komandirim leytenant Elçin Əsgərov şəhid oldu. Düşmənin atdığı mərmi ona dəydi. Yaralılarımız da oldu. Onları təxliyə etdikdən sonra yenidən irəliləməyə başladıq".

Döyüşçünün sözlərinə görə, Füzuli rayonunun Qarğabazar kəndinin azadlığı uğrunda gedən döyüşlər zamanı düşmən Azərbayca Ordusunu pusquya salmağa cəhd edib:

"Lakin biz sağ və sol istiqamətlərdən manevr edərək erməniləri məhv etdik. Həmin vaxt düşmən snayperinin atdığı güllə nəticəsində yaralandım. Döyüş yoldaşlarım məni tez ərazidən təxliyə edib, xəstəxanaya apardılar və orada müalicə olundum".

"Vətən müharibəsində xidmətlərimə görə, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişəm", - M.Səmədov vurğulayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 860   Tarix: 09 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

08.11.2026 154
.

Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatından əvvəl son hazırlıq işləri görülüb. Baku TV-nin məlumatına görə, tədbir ərəfəsində məkanda azərbaycanlı və türkiyəli jurnalistlər bir araya gələrək həmkarları ilə söhbətləşiblər. Azərbaycanın xarici işlə

08.11.2026 176
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

08.11.2026 149
.

NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb

Ağ Evin yeni Aparat rəhbəri Stiven Miller ABŞ Prezidenti Donald Trampa İranla hərbi münaqişəyə son qoymağı tövsiyə edib. "Report"un məlumatına görə, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən xəbər verib. Məlumata görə, Miller Ağ Evin Aparat rəhbəri vəzifəsinə namizədliyin

08.11.2026 178
.

Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub

Seneqal sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ən azı 21 nəfər həlak olub. "Report" "Euronews"a istinadən xəbər verir ki, bu barədə Seneqalın Daxili İşlər Nazirliyi (DİN) bildirib. Axtarış-xilasetmə əməliyyatı davam edir, hələlik sağ qalan yalnız bir nəfər tapılıb

08.11.2026 148
.

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

08.11.2026 188
.

Paraqvayın sabiq prezidenti ev dustaqlığına məhkum edildi

Paraqvayın sabiq prezidenti Santyaqo Penya impiçment qərarından dərhal sonra Asunson şəhərindəki şəxsi iqamətgahında saxlanılıb. xəbər verir ki, bu barədə ABC məlumat yayıb. Bildirilib ki, Penyanın tutulması noyabrın 6-da axşam saatlarında - Senat tərəfindən vəzifədən uzaqlaşdırılmasından sonra onu əvə

08.11.2026 180
.

Ərdoğan Xocalı Soyqırımı Memorialının xatirə kitabına ürək sözlərini yazıb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazıb

08.11.2026 163
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

08.11.2026 132
.