Ukrayna müharibədə BU SƏBƏBLƏRDƏN uğur qazanır - ŞOK DETALLAR

Ukrayna müharibədə BU SƏBƏBLƏRDƏN uğur qazanır - ŞOK DETALLARUkrayna ordusu son bir ayda Rusiya işğalına qarşı mübarizədə dünyanı heyrətləndirən uğurlara imza atıb. Ölkənin şimal-şərqində yerləşən Xarkov vilayətində, demək olar ki, 9600 kv.km ərazi işğalçılardan təmizlənib. Müharibə Rusiyanın ilhaq etdiyi Luqanska keçib. Ukrayna, həmçinin cənubdakı Xerson vilayətində 1170 kv.km ərazini geri alıb.

BiG.AZ Musavat.com-a istinadən xəbər verir ki, Ukraynanın dünyanın ikinci güclü ordusu kimi tanınan Rusiya ordusuna qarşı uğurunun arxasında bir neçə amil dayanır. Birincisi, ukraynalı əsgərin rus əsgərindən fərqli olaraq, vətəni uğrunda vuruşmasıdır. İkinci amil isə Ukraynanın Qərbin tipli müasir döyüş taktikalarından, eləcə də modern silahlardan istifadə etməsidir.

1. 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsi nəhəng ordunun xarakterini ortaya qoyub. Gürcüstan müharibəsi zamanı baş nazir kürsüsündə oturan və ölkəni idarə etməyə davam edən Vladimir Putin çevik hərəkət edəcək peşəkar ordu qurmaq qərarına gəlib. 350 min əvəzinə 150 ​​min zabit ordusu hazırlanıb. 2021-ci ilin sonuna qədər Rusiyada silah altında olan əsgərlərin sayı 1 milyon 15 minə çatıb. Ancaq müharibəyə hazır olan əsgərlərin sayı 400 minlə məhdudlaşıb.

2. Ukraynanın müdaxiləsinin ən çox bir həftə çəkəcəyini düşünən Putin döyüşə hazır əsgərlərin üçdə birini Ukraynaya göndərib. Lakin aprel ayında peşəkar ordunun kifayət etmədiyi anlaşıldı. Kreml "xoş niyyət" adı ilə qoşunlarını paytaxt Kiyev ətrafından çıxarıb, müharibəni cənub-şərq və cənuba keçirib.
Ətraflı

3. İyul ayından Ukrayna cəbhədə Rusiyaya öz gücünü göstərməyə başlayıb. ABŞ-ın verdiyi HIMARS və M777 haubitsaları işə salındıqda, Ukrayna ordusu Rusiya artilleriyasından 5-7 km irəlini vurmaq imkanına çatıb. Rusiya müdafiəsinin dərinliklərinə hücum edən Ukrayna Rusiyanın döyüş sursatı, yanacaq və tədarük zəncirini bir-bir sıradan çıxarıb.

4. Son mərhələdə Qərb tipli taktika işə düşüb. Belə bir təəssürat yaranmışdı ki, Ukraynanın əsas hücumu cənubdan başlayacaq, lakin əks-hücum şimal-şərqdəki Xarkov bölgəsində başlanıb. Xarkovda Ukrayna ordusu partizan taktikasından istifadə edib. 50-80 əsgərdən ibarət çevik dəstələr yaradılıb və Rusiya müdafiə xəttinin arxasına hücumlar edilib. İzyum və Liman bölgələrində hər gün 20 fərqli nöqtədən Ukrayna əsgərlərini görməyə başlayan Rusiya komandanlığı hansının kəşfiyyat, hansının əsas qüvvə olduğunu ayırd edə bilməyib, təşviş içində geri çəkilməyə üstünlük verib.

5. Rusiya döyüş meydanında geri çəkilmək məcburiyyətində qalanda Putin qismən səfərbərlik elan etməklə ordunu gücləndirəcəyini düşünüb. Ancaq Rusiyanın qeyri-peşəkar əsgərlərinin sayını artırması daha çox insan itkisi ilə nəticələnə bilər. Şərh edilir ki, vəziyyət pisləşərsə, Putin kütləvi qırğın silahlarına əl ata bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1104   Tarix: 09 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

08.11.2026 154
.

Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatından əvvəl son hazırlıq işləri görülüb. Baku TV-nin məlumatına görə, tədbir ərəfəsində məkanda azərbaycanlı və türkiyəli jurnalistlər bir araya gələrək həmkarları ilə söhbətləşiblər. Azərbaycanın xarici işlə

08.11.2026 176
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

08.11.2026 149
.

NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb

Ağ Evin yeni Aparat rəhbəri Stiven Miller ABŞ Prezidenti Donald Trampa İranla hərbi münaqişəyə son qoymağı tövsiyə edib. "Report"un məlumatına görə, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən xəbər verib. Məlumata görə, Miller Ağ Evin Aparat rəhbəri vəzifəsinə namizədliyin

08.11.2026 178
.

Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub

Seneqal sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ən azı 21 nəfər həlak olub. "Report" "Euronews"a istinadən xəbər verir ki, bu barədə Seneqalın Daxili İşlər Nazirliyi (DİN) bildirib. Axtarış-xilasetmə əməliyyatı davam edir, hələlik sağ qalan yalnız bir nəfər tapılıb

08.11.2026 148
.

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

08.11.2026 188
.

Paraqvayın sabiq prezidenti ev dustaqlığına məhkum edildi

Paraqvayın sabiq prezidenti Santyaqo Penya impiçment qərarından dərhal sonra Asunson şəhərindəki şəxsi iqamətgahında saxlanılıb. xəbər verir ki, bu barədə ABC məlumat yayıb. Bildirilib ki, Penyanın tutulması noyabrın 6-da axşam saatlarında - Senat tərəfindən vəzifədən uzaqlaşdırılmasından sonra onu əvə

08.11.2026 180
.

Ərdoğan Xocalı Soyqırımı Memorialının xatirə kitabına ürək sözlərini yazıb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazıb

08.11.2026 163
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

08.11.2026 132
.