Fərariliyə görə həbs edilən, özündən 37 yaş kiçik qadınla evlənən, teatrda yaşayan Xalq artisti

Fərariliyə görə həbs edilən, özündən 37 yaş kiçik qadınla evlənən, teatrda yaşayan Xalq artistiBiG.AZ Kulis.az-a istinadən Azərbaycanın ən məşhur komediya ulduzlarından biri, Xalq artisti Hacıbaba Bağırov haqda maraqlı faktları təqdim edir.

Hacıbaba Bağırov 1932-ci ilin iyun ayının 6-da Bakının Maştağa kəndində dünyaya gəlib. Atası Ağarza "Passaj" bazarının direktoru olub. Həmçinin uzun illər "Muskomediya"nın inzibatçısı işləyib. Anası Sona xanım isə Cəbrayılın Qumlaq kənindən olan Cəlal bəyin qızıdır. Əldə etdiyimiz məlumata görə, sənətkarın ana nənəsi polyak olub. Onlar əsrin əvvəlində Cəlal bəylə Polşada evlənib Cəbrayıla köçüblər.

***

1947-ci ildə orta məktəbi bitirən gənc Hacıbaba Azərbaycan Dövlət Akademik Dram Teatrı nəzdindəki aktyor studiyasına üz tutub. Üç ildən sonra isə Lənkəran Dövlət Dram Teatrında müstəqil fəaliyyətə başlayıb. H. Bağırovun yetişməsində ən böyük rolu isə Opera və Balet Teatrının uzun illər rejissoru olmuş Soltan Dadaşov oynayıb. Aktyorun həyatında daha bir maraqlı məqam onun Biləcəri deposunda maşinist köməkçisi işləməsidir.

Musiqili Komediya Teatrının tarixində ən məşhur və uğurlu tamaşalardan olan "Hicran" tamaşasında əfsanəvi üçlüyün (Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Səyavuş Aslanın) yaratdığı aktyor ansamblı öz təkrarsızlığı ilə yadda qalıb. Çoxları isə bilmir ki, bu səhnələri yaradan zaman aktyorlar küsülü idi. 1974-cü ildə Əməkdar artist, 1982-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 1996-cı ildən Dövlət Musiqili Komediya Teatrının direktoru, bədii rəhbəri və aktyoru olub.

***

AzTv-nin keçmiş sədri, mərhum Elşad Quliyev Hacıbaba Bağırovun ana bir, ata ögey qardaşı imiş.

Aktyor 5 dəfə rəsmi nikahda olub və bu nikahların 3-dən övladı dünyaya gəlib. Hacıbaba Bağırov ilk dəfə hərbi xidmətdə olarkən ailə həyatı qurub və Aleksandr adlı bir oğlu olub. Deyilənə görə, zahiri görkəmiylə büsbütün Hacıbaba Bağırovu xatırladan Aleksandr atasının son günlərinə qədər ona baş çəkir, əlaqə saxlayırmış.

Sənətkarın ikinci evliliyi Leyla adlı qadınla baş tutub və Lalə adlı bir qızı dünyaya gəlib. Hazırda Lalənin yaşı 50-ni keçib. Aktyor üçüncü dəfə əslən Şamaxıdan olan həkim xanımla ailə həyatı qurub. Əldə etdiyimiz məlumata görə Almaz adlı qadın Qanköçürmə institutunda həkim işləyirmiş. Almaz xanımla Hacıbaba Bağırovun ailə münasibətləri daha uzunömürlü olub və onlar 15 ilə yaxın bir evdə yaşayıblar. Maraqlıdır ki, xalq artistinin bu nikahdan övladı olmayıb.

***

Aktyorun 80-ci illərin sonunda ailə həyatı qurduğu Tamara xanım isə Bakıdakı 4 saylı çörək zavodunun direktoru imiş. Sənətkar Tamara xanımın qızlarını rəsmən öz övladı kimi qəbul edib və "Bağırov" soyadına keçirib. "Şirbalanın məhəbbəti" filmində Şirbalanın uşaqlarından ikisi məhz həmin qızlardır. Çox güman ki, bu uşaqların həmin filmdə rol almaları aktyorun öz ideyası olub.

Sənətkarın ilk övladı son övladından 50 yaş böyükdür.

Aktyorun şəxsi həyatı barədə danışanlar mərhum aktrisa Lütfiyə Səfərova ilə də eşq macərası yaşadığı bildirirlər. Ancaq sənətkarın bəzi dostları iddia edirlər ki, bu, absurddur və onların arasında heç bir şəxsi münasibət olmayıb. Sənət yoldaşları onu təxminən belə xarakterizə edirlər:

"O iki şeyi çox sevirdi. Qadınlarla intim münasibətlər qurmağı və gözəl geyinməyi. Axı bəy nəslindən idi".

***

Uzun illər dost olduğu Siyavuş Aslanla küsülü olublar. Onların mübahisəsi Musiqili Komediya teatrında direktorluq vəzifəsi üstündə yaranıb. Bir müddət sonra Hacıbaba Bağırov direktor olub, Siyavuş Aslan bədii rəhbər. Siyavuş Aslan isə bu səbəbdən küsüb Akademik Milli Dram Teatrına gedir. Nəsibə Zeynalovanın 75 illik yubileyində hər ikisi gəlib, "Hicran" tamaşasından qısa bir səhnəcik göstəriblər. Burada barışıblar, amma o demək deyil ki, onlar tam barışmışdılar.

Hacıbaba Bağırov müxtəlif dönəmlərdə iki dəfə müəyyən müddətdə teatrda qalmalı olub. Bu gün hər kəsin korifey adlandırdığı sənətkar evsiz imiş. Bu dönəmlərdən birincisi Leyla adlı xanımdan ayrılıb Tamara Ocaqova ilə ailə həyatı qurana qədər olub. Almaz xanımla ailəli olanda isə o həmkarı, Xalq artisti Siyavuş Aslanın qardaşı Rəsul Aslanovun evində kirayədə yaşayıb.

***

Nəsibə Zeynalovanın Bakı şəhər Sovetinin o vaxtki sədri Aydın Məmmədovun yanına gedib xahiş etməsindən sonra aktyora birotaqlı mənzil verilir və o bu evdə Almaz xanımla yaşayır. Onunla ayrılanda isə heç bir ev iddiası qaldırmır və yalnız pencəyini götürərək evdən çıxır. Aktyorun teatrda gecələdiyi ikinci dönəm isə Tamara Ocaqova ilə boşanandan sonra olur. Sonuncu həyat yoldaşı Arzu Bağırova ilə ailə qurana qədər aktyor teatrda yatırmış.

Hacıbaba Bağırov da bir çox komediya aktyorları kimi həyatda xarakter baxımından ciddi şəxsiyyət olub. O, teatra daxil olan kimi əməkdaşlar qeyri-iradi olaraq özlərini yığışdırırmışlar. Buna baxmayaraq, rəhbəri olduğu teatrın aktyorlarına ən yaxın olan da H. Bağırov imiş. Hətta bəzən aktyorun probleminə görə səlahiyyət sahiblərinə zəng vurub xahiş etməyi də özünə ar bilməzmiş.

***

Çoxları bilmir ki, H.Bağırov ömrünün 4-5 ilini dəmir barmaqlıqlar arasında keçirib. Belə ki, sovet dövründə hərbi xidmətdən qaçan Hacıbaba fərari kimi həbsə məhkum edilib. Amma bu, onun həbsxana həyatı ilə ilk və son "ünsiyyəti" olub.

Sənətkarın kollektivlə sonuncu görüşündə səsləndirdiyi fikirlər "ölüm-itim dünyasıdı, birdən görüşmərik..." olub. Onikibarmaq bağırsağın iltihabı diaqnozu ilə bir müddət xəstəxanada yatan sənətkar 2006-ci il oktyabr ayının 4-də 74 yaşında dünyasını dəyişib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 901   Tarix: 08 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bülbülə bənzədiyi üçün "Xarıbülbül" deyirik" - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər. "Qafqazinfo"nun məlumatına görə, bu zaman Prezidentlər arasında maraqlı söhbət baş tutub. Belə ki, Türkiyə Prezidenti "Xarıbülbül" çiçəyini "Orkide"ni

08.11.2026 203
.

İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib

İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə

08.11.2026 141
.

Ərdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" - Foto

"Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevlə birlikdə tarix, təbiət və mədəniyyət şəhəri olan gözəl Şuşada qeyd etməkdən məmnunluq duydum". xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabındakı paylaşımında bildirib

08.11.2026 181
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

08.11.2026 154
.

Şahzadə Uilyam və Keytin formasında tort hazırladı

Birmingemdə keçirilən "Cake İnternational" şirniyyat sərgisində Britaniya kral ailəsinin üzvləri - şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltonun tam ölçüdə tort fiqurları nümayiş etdirilib. Axşam.az xəbər verir ki, müsabiqənin sosial şəbəkə hesablarında paylaşılan tort fiqurlarını şirniyya

08.11.2026 158
.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

08.11.2026 136
.

Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatından əvvəl son hazırlıq işləri görülüb. Baku TV-nin məlumatına görə, tədbir ərəfəsində məkanda azərbaycanlı və türkiyəli jurnalistlər bir araya gələrək həmkarları ilə söhbətləşiblər. Azərbaycanın xarici işlə

08.11.2026 176
.

Rəcəb Tayyib Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər" - Video

"Azərbaycanın 44 günlük müharibədə qazandığı şanlı Qələbə bütün Türk dünyasında sevinc doğurmaqda davam edir və tarixi ədalətin bərpasının göstəricisidir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevl

08.11.2026 160
.

Bakıda 33 yaşlı kişi bıçaqlanıb

Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı

08.11.2026 136
.