Tovuzda 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı ekspert rəyi yoxa çıxıb
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən proses qapalı olub.
Təqsirləndirilən şəxs İlkin Süleymanovun vəkili Zabil Qəhrəmanov bildirib ki, məhkəmə iclasında şəxsi həyata aid məsələlər müzakirə olunduğuna, iş materiallarındakı bu haqda sənədlər araşdırıldığına görə iclas qapalı keçirilib.
Məhkəmədə, həmçinin İlkin Süleymanovun telefonu ilə bağlı ekspert rəyi tədqiq olunub.
Rəydə göstərilib ki, İlkin Süleymanovun telefonundan internetdə cizgi filmlərinə, pornogörüntülərə baxılıb. Vəkillər İlkin Süleymanovun telefonuna müdaxilə edildiyini bildiriblər.
Daha sonra təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb. Bildirib ki, 2020-ci il yanvarın 6-da axşam saat 20:00-dan sonrakı vaxtlarda İlkin Süleymanovun telefonunun harada olduğunu müəyyənləşdirmək üçün mobil operatora sorğu göndərilsin:
"İlkin Süleymanov ifadəsində bildirib ki, yanvarın 6-da axşam saat 20 radələrində meyit tapılandan sonra onu da polis şöbəsinə aparıblar, telefonunu əlindən alıblar və o vaxtdan buraxılmayıb. İlkinin əleyhinə tutarlı sübutlar olmadığına görə dolayı sübutlar yaratmağa cəhd göstərilib. Təsəvvür edin, "Tom Cerri"yə cəmi 1 saniyə baxılıb. 1 saniyə ərzində uşağa nəyi göstərə bilərdi? Yaxud işdə bir tərəfdən iddia olunur ki, Nərmin ayın 4-də öldürülüb, amma o biri tərəfdən də ekspert rəy verir ki, yanvarın 5-də də cizgi filminə baxılıb? Ayın 5-də Nərmin öldürülmüşdüsə, nə ehtiyac vardı cizgi filminə baxmağa? Telefonun tədqiq olunması məsələsilə bağlı da suallar var. Telefona giriş üçün parol olub. O parol İlkindən necə alınıb? Müstəntiq prosessual şəxsdir, parolu götürürsə, bu, rəsmiləşdirilməlidir".
Vəkilin sözlərinə görə, prosesdə məlum olub ki, İlkin Süleymanovun işi ilə bağlı Moskvadan alınmış ekspert rəyi iş materiallarında yoxdur. Hansı ki, həmin rəyin işə əlavə olunması haqda protokol var.
Məhkəmə prosesi oktyabrın 12-də davam edəcək.
İttihama görə, Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb. 2020-ci il yanvarın 6-da onun yanmış meyiti kənd ərazisində aşkar edilib.
Qətldə şübhəli bilinən kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılıb. O, Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adamöldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.
İttihama əsasən, İlkin Süleymanov sinif yoldaşı Şərif Quliyevin qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1332 Tarix: 06 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto
Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:
08.11.2026 136 Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - YENİLƏNİB+Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar
08.11.2026 223 ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
08.11.2026 159 Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
08.11.2026 134 Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
08.11.2026 164 Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
"Türkiyə və Azərbaycan arasında əlaqələr gündəlik məsələ deyil, çox uzun əsrlərə söykənir və əbədi qardaşlıq, ortaq taledir". xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının İdarə Heyətinin üzvü, millət vəkili Kürşad Zorlu "Haber Global" telekanalına müsahibəsində deyib
08.11.2026 205 Tramp: "ABŞ seçkiyə görə 3 trilyon dollar itirdi"
"Demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə nəticələnən aralıq seçkisinə görə ABŞ 3 trilyon dollar itirib". xəbər verir ki, bunu Floridadakı Con Kennedi adına Kosmik Mərkəzdə çıxış edərkən ABŞ Prezidenti Donald Tramp deyib. Ölkə başçısı oktyabr ayında iş yerlərinin sayının 165 min artdığın
08.11.2026 165 Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb
08.11.2026 188 Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
"Azərbaycan və Türkiyə arasındakı əlaqələri zəhərləmək üçün göstərilən səylər bu gün Şuşada puça çıxdı". xəbər verir ki, bunu "Haber Global" telekanalına Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiy
08.11.2026 207