Azərbaycan televiziya kanallarına XƏBƏRDARLIQ
Azərbaycan Respublikası Audiovizual Şurası "ATV" və "MTV" kanallarına xəbərdarlıq edib.
Bu barədə Şuradan məlumat verilib.
Belə ki, bu gün Şuranın onlayn formatda iclası keçirilib. İclasda "ATV" və "MTV" kanallarının efirində baş vermiş qanun pozuntuları ilə bağlı hallar müzakirə olunub.
İlk olaraq ümumölkə yerüstü televiziya yayımçısı olan "Azad Azərbaycan" Müstəqil Tele-Radio Kompaniyasının "ATV" redaksiyasının (kanalının) efirində 04.10.2022-ci il tarixdə "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.15-ci maddəsinin tələbinin ("Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir) pozulması faktı müzakirə olunub.
Belə ki, "ATV" redaksiyasının (kanalının) efirində 04 oktyabr 2022-ci il tarixdə saat 13.10 – 13.50 arası yayımlanan "Çukur" serialında saat 13:16-da zorakılıq səhnəsi (insana xüsusi alətlə fiziki zorakılıq tətbiq edilərək xəsarət yetirilməsi və həmin insanın iztirab çəkməsi səhnələri) açıq nümayiş etdirilmişdir. Bu isə "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun 4.3.1-ci maddəsinin tələbinə (müəyyən yaş qrupuna aid uşaqlar arasında dövriyyəsi məhdudlaşdırılan zorakılığı və qəddarlığı nümayiş edən informasiya) ziddir.
Daha sonra peyk yayımı həyata keçirən platforma yayımçısı olan "Muz TV Azərbaycan" MMC-nin "MTV" redaksiyasının (kanalının) efirində 03.10.2022-ci il tarixdə "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun 4.2.1-ci maddəsinin tələbinin (zorakılığı və qəddarlığı təbliğ edən informasiya) pozulması faktı müzakirə olunmuşdur.
Belə ki, "MTV" redaksiyasının (kanalının) efirində 03.10.2022-ci il tarixdə saat 13:10–16:00 arası yayımlanan "Ümid ilə gəl" proqramında xanım müəllimlə aparıcı Tarix Əliyev (Tolik) arasında müəllimin şagirdləri döyməsi ilə bağlı dialoq olub və həmin dialoq zamanı aparıcı tərəfindən bu cür davranışlar təqdirlə qarşılanıb. Bu fakt "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunun 4.2.1-ci maddəsinə əsasən zorakılığı və qəddarlığı təbliğ edən informasiyaya aiddir. Həmin Qanunun 9.2.2-ci maddəsinə əsasən 4.2-ci və 4.3.4-cü maddələrində nəzərdə tutulan, müvafiq olaraq "18+" və "16+" yaş kateqoriyalarına aid informasiya məhsullarının yerli vaxtla saat 6-dan saat 23-dək yayımına məhdudiyyət qoyulur. "Media haqqında" qanunun 14.1.15-ci maddəsinə əsasən "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir.
Aparılan müzakirələrdən sonra Audiovizual Şura qeyd olunan pozuntu faktlarına əsasən ümumölkə yerüstü televiziya yayımçısı "Azad Azərbaycan" Müstəqil Tele-Radio Kompaniyasına ("ATV" redaksiyası) və peyk yayımı həyata keçirən platforma yayımçısı "Muz TV Azərbaycan" MMC-ə ("MTV" redaksiyası) belə halların təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2136 Tarix: 05 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto
Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:
08.11.2026 136 Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - YENİLƏNİB+Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar
08.11.2026 223 ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
08.11.2026 159 Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
08.11.2026 134 Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
08.11.2026 164 Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
"Türkiyə və Azərbaycan arasında əlaqələr gündəlik məsələ deyil, çox uzun əsrlərə söykənir və əbədi qardaşlıq, ortaq taledir". xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının İdarə Heyətinin üzvü, millət vəkili Kürşad Zorlu "Haber Global" telekanalına müsahibəsində deyib
08.11.2026 205 Tramp: "ABŞ seçkiyə görə 3 trilyon dollar itirdi"
"Demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə nəticələnən aralıq seçkisinə görə ABŞ 3 trilyon dollar itirib". xəbər verir ki, bunu Floridadakı Con Kennedi adına Kosmik Mərkəzdə çıxış edərkən ABŞ Prezidenti Donald Tramp deyib. Ölkə başçısı oktyabr ayında iş yerlərinin sayının 165 min artdığın
08.11.2026 165 Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb
08.11.2026 188 Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
"Azərbaycan və Türkiyə arasındakı əlaqələri zəhərləmək üçün göstərilən səylər bu gün Şuşada puça çıxdı". xəbər verir ki, bunu "Haber Global" telekanalına Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiy
08.11.2026 207