Müəllimlər üçün "pul atışmaq" - Rüşvət, yoxsa TƏŞƏKKÜR?

Müəllimlər üçün "pul atışmaq" - Rüşvət, yoxsa TƏŞƏKKÜR?Bu gün 5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür. Müəllim digər peşələri inşa edən insan hesab olunur. Ona görə də müəllimlik sənəti də digər peşələr kimi bacarıq və biliklə yanaşı, vicdan tələb edir. Təəsüflər olsun ki, müəllimlərin peşə bayramı gələndə ağıla ilk onlara şagirdləri tərəfindən verilən hədiyyələrin maddi dəyəri gəlir. Bununla yanaşı, müəyyən miqdarda pulun yığılması və bəzi müəllimlərin də, buna etiraz etmək əvəzinə, əksinə, valideynlərlə "pul davası" etmələri xoşagəlməz hala çevrilib.

Mövzu ilə bağlı BiG.AZ-a danışan təhsil eksperti Qoşqar Məhərrəmov bu vəziyyəti rüşvət kimi qiymətləndirib:

"Ümumiyyətlə rüşvət ikitərəfli olur. Bunun alanı da, verəni də məsuliyyət daşıyır. Ona görə də təhsil müəssisəsində rüşvətin adı belə tərif olunur: əgər hədiyyə müəyyən bir limiti aşırsa, bu, artıq rüşvətdir. Bunun başqa adı yoxdur. Müəllim başa düşməlidir ki, əgər insanlardan "hədiyyə" alırsa, fərqi yoxdur, 5 oktyabr, yaxud 8 mart münasibətilə, bu zaman minnətli vəziyyətə düşür. Minnətli vəziyyətə düşən müəllimin işinə valideynlər rahatlıqla müdaxilə edə bilir. Rahatlıqla "mənim övladımı qabaq (arxa) sırada otuzdur" kimi müdaxilələr edir. Müəllimin imici, xarizması zədələnir. Müəllim bunu birbaşa başa düşməlidir.

Müəllim, bəlkə də, özünə görə deyir ki, "bizim məvacibimiz nədir ki, 5 oktyabrda, yaxud başqa bayramlarda hədiyyə götürməyək?"

İnsanlar bunu istəyərək edirlər və bunun adı rüşvətdir. Müəllim də bunu əsla qəbul etməməlidir. Tələb edirsə, lap biabırçılıqdır və artıq cinayət məsuliyyətidir. Amma valideynlər istəyərək yığılışıb ona nəsə verirsə, bunu da qəbul etməməlidir.

Bəziləri məktəbdən kənarda qəbul edirlər. Məktəbin divarları xaricində alanda sanki bu, normal hal kimi qəbul edilir. Lakin bu, qətiyyən yerə-göyə sığası bir davranış deyil və müəllimin etik davranış qaydalarına uyğun gəlmir. Belə edən valideynlər əslində övladlarının beyninə, zehninə, idrakına rüşvətin toxumlarını səpirlər. Nəticədə, onların əkdikləri toxumlar böyüyüb rüşvət ağacı olacaq. Ona görə də əslində valideynlərin içərisində bir damcı şüuru olan varsa, buna qarşı çıxmalıdır. Valideyn qrupunda bu təkliflə çıxış edən valideynə demək lazımdır ki, "bu, sənin işin deyil, sən insanlara rüşvət öyrədirsən". Hədiyyə veriləcəksə, bunu hər bir valideyn özü müəyyənləşdirməlidir. O təşkilatçılığa qol qoymamaq lazımdır. Valideynlər rüşvəti alan şəxs qədər məsuliyyət daşıyırlar. Özləri bu rüşvət mühitinə şərait yaradırlar və sonradan şikayət edirlər. Valideyn, əksinə, buna qarşı çıxmalıdır. Kimsə "Whatsapp" qrupunda pul yığmağı təklif edirsə, bu zaman valideyn buna qarşı çıxmalıdır. Kim istəsə, könüllü sürətdə özü hədiyyə ala bilər, istəməsə, almaz.

Bu, könüllü olsa, insanlar bir-birindən müstəqil şəkildə təşkilatlanmadan etməlidirlər. Müəllimə hədiyyə almaq məsələsi insanların ürəyindən gəlsə, biri açıqca verəcək, digəri kitab, qələm və yaxud şeir yazıb məktub halında gətirəcək. Beləcə, bu iş təbii bir proses olacaq.

Verilən hər bir "hədiyyə" müəllimin biləklərinə, boynuna bağlanmış bir ipdir. Əmin olsun ki, o hədiyyəni kim veribsə, o ipi zamanı gələndə çəkib, müəllimə yön verməyə çalışacaq və müəllim ədalət prinsipini itirəcək.

Əgər müəllim valideynlər tərəfindən yığılıb ona verilən pula etiraz edib, daha artıq istəyirsə, bu, birbaşa cinayət məsuliyyətlidir. Onu Baş Prokurorluğun Korrupsiya İdarəsi tutsa, cinayət məsuliyyətinə cəlb edər".

Təhsil üzrə ekspert Kamran Əsədov isə bildirib ki, müəllimə təşəkkür etmək, hədiyyə almaq olar, amma bunun hansısa pulla ölçülməsi yaxud da hansısa pul müqabilində bunun təşkil edilməsi birmənalı şəkildə yolverilməzdir:

"Azərbaycanda 142 müəllim var. Bizim 142 müəllimimiz hər gün 1,6 milyon şagirdin təlim-tərbiyyəsi ilə məşğul olur. Etiraf edək ki, bütün peşələrdə olduğu kimi, müəllimlərin də peşə bayramı var. Təbii ki, xoşagəlməz hal odur ki, bu məqsədlə xüsusi məbləğlər müəyyənləşdirilir və bununla bağlı pul yığılır. Buna yol vermək olmaz!

Müəllim bizim üçün ən ali vəzifədir və eyni zamanda onların gənclərin milli vətənpərvərlik ruhunda böyüməsində, şəxsiyyət kimi formalaşmasında müstəsna rolları var. Əlbəttə, hər bir kəs əlamətdar gündə evində, ailəsində anasına, bacısına, yaxınlarına hədiyyələr alır. Bir müəllimə təşəkkür etmək, hədiyyə almaq olar. Amma bunun hansısa pulla ölçülməsi, yaxud da hansısa pul müqabilində bunun təşkil edilməsi birmənalı şəkildə yolverilməzdir. İnanıram ki, Azərbaycan müəllimi və məktəbi artıq bundan yaxa qurtaracaq.

Biz öz müəllimlərimizə təşəkkür etməliyik: kimin nəyə gücü çatırsa, amma pul müqabilində yox. Kimsə gül, kimsə açıqca, kitab yaxud müəllim haqqında çəkdiyi şəkli, əl işini təqdim edə bilər. Birmənalı şəkildə pulun yığılması olmaz.

Çox təəssüf ki, bir sıra məktəb direktorları, Elm və Təhsil Nazirliyinə arxayın olaraq, bu əməllərə yol verirlər. Bütün hallarda bu, yolverilməzdir. Heç bir halda pul yığımına şərait yaratmaq olmaz. 30, 50 və ya 80 manat kimi xüsusi bir məbləğ müəyyənləşdirmək olmaz. Kiminsə ürəyindən keçsə, məsələn, gül hədiyyə edə bilər.

Hər birimiz müəllimlərimizə minnətdarıq və onlara təşəkkür etməliyik. Amma bu gün müəllimlərimizin 81 faizi qadınlardır. Onlar anadırlar, bacıdırlar, yaxud kiminsə həyat yoldaşıdırlar və inanıram ki, o müəllimlər, xüsusən gənc müəllimlər onların adlarından pul yığılmasında, bununla da, onların adının, peşəsinin nüfuzdan düşməsində maraqlı olmazlar. Mən bunu birmənalı şəkildə pisləyirəm.

Hesab edirəm ki, şagirdə şərait yaratmaq və seçim vermək lazımdır ki, öz imkanları daxilində, istək və arzusuna uyğun təşəkkür etsin. Məsələn, bizə qonşu olan Gürcüstanda heç bir halda pul yığılmasına icazə verilmir. Eyni zamanda, Türkiyə və digər ölkələrdə də belədir. Azərbaycanda da bu qayda tətbiq edilməlidir. Hər kəs öz təşəkkürünü öz imkanları çərçivəsində etməlidir. Bu gün onsuz da bir çox insanların sosial vəziyyəti yaxşı deyil və bu halda hər hansı bir miqdarda pul tələb etmək sadəcə insanlığa sığmır".

Nuranə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1603   Tarix: 05 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.