Şagirdlərin məktəbdə pomidor-yumurta bişirməsi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB + VİDEO

Şagirdlərin məktəbdə pomidor-yumurta bişirməsi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB + VİDEOBakının 48 saylı məktəbində şagirdlərin yemək bişirməsi ilə bağlı yayılan görüntülərə aydınlıq gətirilib.

Məktəbdən Oxu.Az-a bildirilib ki, şagirdlərin məktəbdə yemək bişirməsi ilə bağlı yayılan videogörüntü ötən tədris ilində (16 may 2022-ci il) çəkilib.

"Uşaqlar həmin gün özləri ilə bir sıra ləvazimatlar gətiriblər və dərsdən sonra sinif otağında yemək bişiriblər. Məsələdən xəbər tutan kimi məktəb rəhbərliyi tərəfindən müvafiq tədbirlər görülüb, sinif rəhbəri, valideyn və uşaqlarla söhbət aparılıb. Sinif rəhbəri dəyişdirilib. Videonu çəkən şagird isə sinifdə qaldığı üçün ötən dərs ilinin sonunda məktəbdən çıxıb", - qeyd olunub.

15:03
Son günlər gündəmi məktəblərdə baş verən olaylar zəbt edir. Bu gün də məktəblərimiz Beynəlxalq Müəllimlər Günü ilə deyil, şagirdlərin dərs otağında pomidor-yumurta bişirmələri ilə müzakirə mövzusuna çevrildi.

Oxu.Az xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, 48 nömrəli tam orta məktəbdə qeydə alınıb. Məlumata görə, 10-cu sinif şagirdləri müəllimləri dərsə gəlmədiyi və onu əvəz edən başqa bir müəllim olmadığı üçün vaxtlarını yemək bişirərək keçirməyə çalışıblar. Onlar sinif otağına elektrik plitəsi gətirərək pomidor-yumurta bişirib və həmin anları lentə alıblar.

Qeyd edək ki, görüntülər ilk olaraq Yenisabah.az saytında yayımlanıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 4018   Tarix: 05 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şəxsi məlumatlar sosial mediada: Şantaj və qanunsuzluq təhlükəsi

"İnsanın şəxsi həyatı publikləşdirilməməlidir. Lakin bu gün insanlar sosial mediada artıq yedikləri bozbaşın belə şəklini paylaşmaqdan çəkinmirlər və demək olar ki, şəxsi həyatlarına dair hər şeyi ictimailəşdirirlər. Çox vaxt insanlar anlamırlar ki, ictimailəşdirdikləri şəxsi məlumatlar şantaj v

15:39 164
.

Ursula fon der Leyenin Kiyev səfəri fonunda Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyalar paketini müzakirə edir - POLİTOLOQDAN AÇIQLAMA

Avropa siyasi gündəmində bu gün mühüm hadisələrdən biri baş tutur. Ursula fon der Leyen rəhbərlik etdiyi Avropa Komissiyası adından rəsmi səfərlə Ukraynaya yollanır. Səfər Rusiyanın davam edən hərbi əməliyyatları fonunda Kiyevə siyasi və iqtisadi dəstəyin nümayişi kimi qiymətləndirilir. Eyni zamanda

12:24 231
.

Dilan Polat yenidən ana olur

Məşhur türkiyəli fenomen Dilan Polat üçüncü dəfə ana olacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə instaqram səhifəsində paylaşım edib. Qeyd edək ki, Dilan Polatın bir qız və bir oğlan olmaqla iki övladı var

17:17 171
.

Sosial şəbəkədə təhqirlərə görə 6 nəfər məsuliyyətə cəlb edilib

Baş Prokurorluq vətəndaşlara və sosial şəbəkə istifadəçilərinə müraciət edib. sözügedən müraciətin mətnini təqdim edirik:. "Müasir dövrdə rəqəmsal transformasiya yalnız texnoloji yenilikləri deyil, həm də virtual mühitdə yeni davranış modellərini formalaşdırır. Son dövrlərdə ictimai xadimlər, vətənda

17:52 110
.

Palma yağının istifadəsi geniş yayılır - istehlakçılar narahatdır

Son illər qida sənayesində palma yağından istifadənin sürətlə artması cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Nisbətən ucuz başa gəlməsi və məhsulların saxlanma müddətini uzatması səbəbindən bir çox istehsalçı tərəfindən seçilən palma yağı artıq müxtəlif qida məhsullarında - şirniyyat, süd məhsulları

14:57 207
.

Prokurorluğa çağırılan Çelsi ölkədən qaçdı

Son günlər paylaşımları ilə gündəmə gələn model Çelsi Baxşıyeva prokurorluğa çağırılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sosial şəbəkələrdə nalayiq ifadələr işlədən tiktoker çağırışa getməyib, həmin gün ölkəni tərk edib. Məsələ ilə bağlı Çelsinin də mövqeyini öyrəndik. O, şikayə

17:14 195
.

Nazirlikdən xəbərdarlıq: İki ərazidə partlayışlar olacaq

Pirəkəşkül və Ağdərədə 23-27 fevral tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək. BİG.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Qeyd edilib ki, istismara yararsız sursatların təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəs

10:24 183
.

​Taliban qadın və uşaqların döyülməsini qanuni elan etdi

Əfqanıstanda hakimiyyətdə olan Taliban qadın və uşaqlara qarşı zorakılıqla bağlı yeni cinayət məcəlləsi qəbul edib. "Daily Mail"ə istinadənxəbər verib ki, yeni qanun məişət zorakılığını müəyyən hallarda "cəza tədbiri" kimi təsnif edir və kişilərə arvadlarını və uşaqlarını döyməy

22.02.2026 453
.

Rusiyanın Ukraynanın Odessa bölgəsinə hücumu nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb

Ukraynanın təcili yardım xidməti və hökumət rəsmisi bildirib ki, Rusiyanın Ukraynanın cənubundakı Odessa bölgəsinə hücumu nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, xidmətin Telegram messencerində verdiyi məlumata görə, Rusiya pilotsuz təyyarəsinin yü

14:33 170
.

TOP MP3