Zərifə Arzumanova: "Unity Company şirkəti hər zaman vətənini, millətini dəstəkləyir"

Zərifə Arzumanova: "Unity Company şirkəti hər zaman vətənini, millətini dəstəkləyir"Qəbul edək ki, hər bir sahənin inkişafı və müsbət fikir formalaşdırması həmin sahə üzrə çalışan, işini ən yaxşı şəkildə görən mütəxəssislərin çoxluğundan asılıdır. Səhiyyənin ayrılmaz bir qolu olan dərman sahəsinin isə ən yaxşılarından biridə Unity Company-dir deyə bilərik. Şirkətin uğurlarının arxasında hər zaman möhkəm və peşəkar bir komanda dayanır. Unity Companynin marketinq direktoru Zərifə Arzumanova isə bildirir ki, biz şirkətdə komandadan daha çox bir ailəyik, kollektivimizin hər problemi ilə yaxından maraqlanır, münasibətimiz hər zaman xoş və isti olur. Unity Companynin kollektivi istedadlı nümayəndələrdən və əməkdaşlardan ibarətdir. Şirkətin Marketinq direktoru Zərifə Arzumanova özü də ali tibb təhsili almışdır. O, ilk təhsilini 2 saylı Bakı Baza Tibb Məktəbində almış, daha sonra isə Ukraynada mama-ginekoloq ixtisası üzrə təhsilinə davam etmişdir. İxtisasca həkim olsada, marağının biznesə, marketinq sahəsinə daha çox olduğunu anlayaraq həm tibb, həm də marketinq sahəsini özündə birləşdirən dərman sahəsində işə başlamışdır. Fəaliyyətinin ən yüksək dövrü isə Unity Companydə işə başladığı dövrdür, çünki məqsədinə nail olmaq üçün bu onun şansı idi. Burada Zərifə xanım sadəcə işləmirdi, hər zaman xəyal etdiyi kimi vətəninə, millətinə faydalı ola bilirdi. 2011-ci ildən fəaliyyət göstərən Unity Company ə sadəcə dərmanların satışı və marketinqiylə fəaliyyət göstərən bir şirkət deyə bilmərik. Şirkət bu sektorda ən uğurlu işlərə imza atmaqla yanaşı bir çox başqa layihələrdə də öz sözünü deməyi bacarmıdır. Unity Company keyfiyyətli, sağlam, insanlara faydalı məhsulların Azərbaycana gətirilməsi və birbaşa özlərinə aid tərkibli məhsulların satışı ilə məşğul olur, lakin şirkət bu satışı birbaşa deyil Azərbaycanda fəaliyyət göstərən böyük depolarla həyata keçirir. Unity Company ilə əməkdaşlıq edən onlarla dərman fabriklərinin hansı ölkədə olmasından asılı olmayaraq istehsalla yaxından tanış olmadan əməkdaşlığı qəbul etmirlər. Zərifə xanım deyir ki, mən övladım üçün istifadə etmədiyim heç bir məhsulun ölkəmizə gətirilməsinə icazə vermərəm. Şirkət həmçinin böyük konfranslara, kongreslərə ev sahibliyi edir, dünyaca məşhur mütəxəssislərin Azərbaycana gəlməsini təşkil edir, eyni zamanda ölkəmizin savadlı həkimlərinin də dünyanın bir çox ölkəsində beynəlxaql konfranslarda iştirak etməsində dəstəkçi olur. Bütün bunlar hamısı ona görədir ki, ölkəmizdə istedadlı həkimlər inkişaf edə bilsin, bizim həkimlərimiz də Avropada, Amerikada konfranslarda böyük kütlələr qarşısında çıxış etsinlər. Unity Companynin fəaliyyətinin ən böyük hissəsi də xeyriyyəçilik fəaliyyətidir.Şirkət tərəfindən 44 günlük Vətən müharibəsi zamanı və 2022-ci il sentyabr döyüşlərində şəhid olmuş hərbçilərimizin, qazilərimizin ailələrinə yardımlar göstərilmiş, hər ay rəsmi şəkildə himayəyə götürülmüş ailələrə aylıq maddi yardımlar göstərilir və bütün bunlar Müdafiə Nazirliyinin rəsmi göstərişləri əsasında həyata keçirilir. Pandemiya dövründə də şirkət bacardığı qədər həm dövlət büdcəsinə həmdə ehtiyacı olan ailələrə öz dəstəyini göstərmişdir. Unity Company hər zaman Azərbaycan Respublikasının siyasətinin ən böyük dəstəkçisidir. Prezidentimizin sərəncamı əsasında yubileyi keçirilən şairlərimizin kitablarının nəşr olunması,tanıtımı qardaş Türkiyədə və Azərbaycanda təqdimatında Unity Company də ən böyük dəstəkçilərdən olmuşdur. 2022 ci il Avqust ayında 20 günlük Türkiyə səfəri təşkil olunmuş və Almaz İldırım, Əhməd Cavad, Əli Kərim, Xurşidbanu Natavan kimi unudulmaz sənətkarların kitab təqdimatları baş tutmuşdur. Deyə bilərsiniz ki, bir dərman şirkətinin bu sahədə fəaliyyət göstərməsi onlara nə fayda verir? Cavab verim, Şirkətin məqsədi odur ki, Azərbaycan tək dərman sahəsində yox hər sahədə tanınsın, inkişaf etsin. Şirkətin marketinq direktoru Zərifə xanımın da bu inkişafla bağlı bir çox arzusu var, bunlardan ən böyüyü isə Azərbaycanda yerli istehsalatla məşğul olan böyük bir dərman zavodunun açılmasıdır. Beləliklə, həm minlərlə insan işlə təmin oluna bilər, həm də sağlam və keyfiyyətli yerli dərmanlar istehsal olunar. İnanırıq ki, Unity Company hər bir hədəfini doğruldaraq ən böyük zirvələrə addımlayacaq.

Zərifə Arzumanova: "Unity Company şirkəti hər zaman vətənini, millətini dəstəkləyir"Zərifə Arzumanova: "Unity Company şirkəti hər zaman vətənini, millətini dəstəkləyir"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1054   Tarix: 03 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Bülbülə bənzədiyi üçün "Xarıbülbül" deyirik" - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər. "Qafqazinfo"nun məlumatına görə, bu zaman Prezidentlər arasında maraqlı söhbət baş tutub. Belə ki, Türkiyə Prezidenti "Xarıbülbül" çiçəyini "Orkide"ni

08.11.2026 203
.

İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib

İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə

08.11.2026 141
.

Ərdoğan Xocalı Soyqırımı Memorialının xatirə kitabına ürək sözlərini yazıb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazıb

08.11.2026 163
.

Finlandiyada yanğın toxumluq kartof ehtiyatlarının beşdə birini məhv edib

Finlandiyanın şimalında baş vermiş böyük yanğın nəticəsində milli toxumluq kartof fondunun beşdə biri məhv olub. "Report" "Yle" teleradio şirkətinə istinadən xəbər verir ki, yanğın cümə günü axşam Şimali Ostrobotniya əyalətinin Türnyavya şəhərindəki anbar kompleksində qeydə alınıb

08.11.2026 167
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

08.11.2026 164
.

NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb

Ağ Evin yeni Aparat rəhbəri Stiven Miller ABŞ Prezidenti Donald Trampa İranla hərbi münaqişəyə son qoymağı tövsiyə edib. "Report"un məlumatına görə, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən xəbər verib. Məlumata görə, Miller Ağ Evin Aparat rəhbəri vəzifəsinə namizədliyin

08.11.2026 178
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

08.11.2026 132
.

Bakıda 33 yaşlı kişi bıçaqlanıb

Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı

08.11.2026 136
.

Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video

"Türkiyə və Azərbaycan arasında əlaqələr gündəlik məsələ deyil, çox uzun əsrlərə söykənir və əbədi qardaşlıq, ortaq taledir". xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının İdarə Heyətinin üzvü, millət vəkili Kürşad Zorlu "Haber Global" telekanalına müsahibəsində deyib

08.11.2026 205
.