"Suqovuşanın azad edilməsi Azərbaycan əsgərinin göstərdiyi ən böyük qəhrəmanlıqlardan biridir, çünki..."
"Bu gün Suqovuşanın işğaldan azad edilməsindən iki il keçir. 30 illik işğaldan sonra Suqovuşanın azad edilməsi Azərbaycan əsgərinin göstərdiyi ən böyük qəhrəmanlıqlardan biridir. Çünki hər şeydən öncə Suqovuşan öz hərbi strateji mövqeyi ilə Azərbaycanın Ağcəbədi, Tərtər, Bərdə, Goranboy rayonlarının təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edirdi".
Bu sözləri BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Məmmədov deyib.
Millət vəkili qeyd edib ki, Suqovuşanın Azərbaycan üçün bir sıra strateji əhəmiyyəti var:
"Eyni zamanda Suqovuşan Kəlbəcərə doğru Azərbaycan əsgərinin irəliləməsi üçün mühüm dəhliz rolunu oynayırdı. Amma şübhəsiz ki, bu da Suqovuşanın strateji əhəmiyyətinin hamısı deyil. Uzun illər erməni işğalçıları Suqovuşanı nəzarətə götürməklə Azərbaycanın əkinə yararlı torpaqlarının suvarılmasının qarşısını alırdılar. Bu azmış kimi, qış aylarında Suqovuşanın suyunu açaraq əkin sahələrimizə, kənd təsərrüfatı fəaliyyətimizə böyük ziyan vururdular. Ona görə də Suqovuşan azad edildikdən sonra artıq bir sıra rayonlarımızın erməni atəşindən xilas olunması üçün şərtlər yarandı.
Eyni zamanda, Qarabağ regionunda Azərbaycanın ən münbit torpaqlarında kənd təsərrüfatının inkişafı üçün suvarma kanallarının bərpası prosesi başlandı. Bundan sonra Azərbaycanın ardıcıl olaraq əldə etdiyi qələbələr nəhayət 44 gündən sonra xalqımıza böyük tarixi zəfər qazandırdı. Ona görə də bu zəfərlər sırasında Suqovuşanın işğaldan azad edilməsinin özünün xüsusi yeri var və bu, daima bizim yaddaşımızda ilk zəfərlərimizdən biri kimi qalacaq".
Nuranə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1097 Tarix: 03 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Bülbülə bənzədiyi üçün "Xarıbülbül" deyirik" - Video
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər. "Qafqazinfo"nun məlumatına görə, bu zaman Prezidentlər arasında maraqlı söhbət baş tutub. Belə ki, Türkiyə Prezidenti "Xarıbülbül" çiçəyini "Orkide"ni
08.11.2026 203 İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib
İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə
08.11.2026 141 Ərdoğan Xocalı Soyqırımı Memorialının xatirə kitabına ürək sözlərini yazıb - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazıb
08.11.2026 163 Finlandiyada yanğın toxumluq kartof ehtiyatlarının beşdə birini məhv edib
Finlandiyanın şimalında baş vermiş böyük yanğın nəticəsində milli toxumluq kartof fondunun beşdə biri məhv olub. "Report" "Yle" teleradio şirkətinə istinadən xəbər verir ki, yanğın cümə günü axşam Şimali Ostrobotniya əyalətinin Türnyavya şəhərindəki anbar kompleksində qeydə alınıb
08.11.2026 167 Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
08.11.2026 164 NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
Ağ Evin yeni Aparat rəhbəri Stiven Miller ABŞ Prezidenti Donald Trampa İranla hərbi münaqişəyə son qoymağı tövsiyə edib. "Report"un məlumatına görə, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən xəbər verib. Məlumata görə, Miller Ağ Evin Aparat rəhbəri vəzifəsinə namizədliyin
08.11.2026 178 Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
08.11.2026 132 Bakıda 33 yaşlı kişi bıçaqlanıb
Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı
08.11.2026 136 Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
"Türkiyə və Azərbaycan arasında əlaqələr gündəlik məsələ deyil, çox uzun əsrlərə söykənir və əbədi qardaşlıq, ortaq taledir". xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının İdarə Heyətinin üzvü, millət vəkili Kürşad Zorlu "Haber Global" telekanalına müsahibəsində deyib
08.11.2026 205