"Hüquq və İnsan Haqları İnstitutu"nun İdarə Heyətinə yeni sədr təyin olundu
"Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi"nin (HEQT Mərkəzi) Müşahidə Şurasının qərarı ilə Məhəmməd Fəxrəddin oğlu Quluzadə "Hüquq və İnsan Haqları İnstitutu"nun İdarə Heyətinin sədri təyin olunubdur.
1980-ci il təvəllüdlü Məhəmməd Quluzadə 2001-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr pilləsini, 2002-ci ildə Böyük Britaniyanın Esseks Universitetinin Beynəlxalq İnsan Haqları Hüququ ixtisası üzrə magistr pilləsini bitirmişdir. Aspirantura təhsilini 2003–2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasında almışdır. Hüquq üzrə fəlsəfə doktorudur.
Məhəmməd Quluzadə 2002–2014-cü illərdə müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Şurasının Monitorinq Departamentində ekspert, 2005–2008-ci illərdə ATƏT-in Bakı Ofisində hüquqşünas, 2008–2014-cü illərdə ABŞ-ın Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzində (International Center for Non-Profit Law) hüquqşünas, MDB ölkələri üzrə baş hüquq məsləhətçisi və ölkə üzrə direktoru vəzifəsində çalışmışdır.
2014-cü ildən "MG Consulting" MMC-nin direktoru vəzifəsində işləyərkən insan haqları və vətəndaş cəmiyyəti sahəsində bir sıra beynəlxalq layihələrə rəhbərlik etmişdir. Bu müddət ərzində insan haqları və qeyri-hökumət təşkilatları sahəsində müxtəlif ölkə hesabatlarının və maarifləndirici vəsaitlərin, bir sıra qanunvericilik aktlarına dair təkliflərin hazırlanmasında və təlimlərin keçirilməsində iştirak etmişdir. Eyni zamanda müxtəlif dövlət qurumlarının işində vətəndaşların iştirakına imkan yaradan Onlayn İctimai Nəzarət Platformasının (www.enezaret.az) yaradılmasına və fəaliyyətinə rəhbərlik etmişdir.
Müxtəlif vaxtlarda Bakı Dövlət Universitetində və ADA Universitetində müəllim kimi fəaliyyət göstərmişdir.
Ailəlidir, 3 övladı var.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 808 Tarix: 03 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş48 bal necə 50 oldu? - Sertifikasiyada cavab gözləyən suallar
"Müəllimlərin sertifikatlaşdırılması təhsildə keyfiyyətin yüksəldilməsi və pedaqoqların bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin belə bir sistemə etimadın formalaşması üçün imtahanın keçirilməsi ilə yanaşı, nəticələrin hesablanması və apellyasiy
07.08.2026 336 Xəzər dənizində unikal TAPINTI: suyu təbii təmizləyir
Xəzər dənizində suyun təmizlənməsinə kömək edən unikal molyusk aşkar edilib. xəbər verir ki, bu barədə "AkJayık" Dövlət Təbiət Qoruğunun mütəxəssisləri məlumat veriblər. "AkJayık" Dövlət Təbiət Qoruğu Qazaxıstanın Atırau vilayətinin Mahambet rayonunda və Atırau şəhərinin ətrafında
07.08.2026 198 Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovu
07.08.2026 243 Pərvin arıqlaması ilə diqqət çəkdi - Fotolar
Aktrisa Pərvin Abıyeva xeyli çəki atması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Paylaşımlarda onun nəzərəçarpacaq dərəcədə arıqladığı diqqətdən yayınmayıb. Pərvin bir neçə gün əvvəl də yeni görünüşünü nümayiş etdirərək bu nəticən
07.08.2026 341 Dərmanlara davamlı gənələr arıçılığı təhdid edir
"Arı ailələri üçün ən böyük təhlükələrdən biri gənələrdir. Son illərdə aparılan müşahidələr göstərir ki, arılar üzərində parazitlik edən bəzi gənələr istifadə olunan dərmanlara qarşı davamlılıq qazanıb. Nəticədə müalicədən sonra onların sayı arzu olunan səviyyəyə enmir və qısa müddətdə yenidən çoxalır"
07.08.2026 199 Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı referendum niyə mümkünsüzdür?
"Ermənistanın Avropa İttifaqına (Aİ) ehtimal olunan üzvlüyü ilə bağlı referendumun hazırkı mərhələdə təşkili qeyri-mümkündür". xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan məlumat verib. Siyasətçinin mövzu ilə bağlı çıxışının videogörüntüsü onun "Facebook" sosia
07.08.2026 146 1967-ci ildə ölümün astanasında olan qadının iddiası diqqət çəkdi
ABŞ-da yaşayan 83 yaşlı Ket Dankl 1967-ci ildə ölümün astanasında olduğunu, həmin vaxt cənnət və cəhənnəmlə bağlı görüntülər gördüyünü, daha sonra isə həyatının tamamilə dəyişdiyini iddia edib. xəbər verir ki, bu barədə Need To Know nəşri məlumat yayıb. Dankl bildirib ki, həmin il oğlunu itirib və b
07.08.2026 259 Zərdabdakı yanğını kənd sakini törədibmiş
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Zərdab rayonunun Hüseynxanlı kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. Araşdırmalarla yanğının kənd sakini Ə.Quliyev tərəfindən törədildiyi məlum olub. Hadis
07.08.2026 222 İsti havalarda sağlam qalmağın yolu düzgün qidalanmadan keçir
"İsti hava həm maye itkisini artırır, həm də həzm sisteminin fəaliyyətinə təsir göstərir. Buna görə də bu mövsümdə qida seçimlərinə diqqət yetirmək sağlamlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır". Bunu BİG.AZ-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib. O, qeyd edib ki
07.08.2026 222