Şəhid atası: "Rövşən kimi oğulu itirdim, hər şey yerini tapacaq, amma o geri qayıtmayacaq"

Şəhid atası: "Rövşən kimi oğulu itirdim, hər şey yerini tapacaq, amma o geri qayıtmayacaq"Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan və xalqın rəğbətini, sonsuz sevgisini qazanan qəhrəmanlarımızdan biri barədə danışacağıq.

44 günlük haqq savaşımızda qəhrəmanlıqlar göstərən, öz canını doğma torpağımıza qurban verən, Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etməklə adını tarixə yazdıran hərbçilərimizdən biri də Rövşən Nurzadədir.

Arayış: Rövşən Əli oğlu Nurzadə 1975-ci il martın 24-də Sumqayıt şəhərində anadan olub. Əslən Ağsu rayonundan olub. Atası Milli Dram Teatrının sənətçisi, xalq artisti Əli Nurdur. Rövşən orta məktəb dövründən hərbiyə marağı olub. O Azərbaycan Dövlət İQtisad Universitetində təhsil alıb.

Rövşən Nurzadə Hərbi Akademiyada təhsil aldıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Azərbaycan-Ermənistan təmas xəttində yerləşən "N" saylı hərbi hissədə "leytenant" rütbəsi ilə xidmətə başlayıb. 10 il xidmətindən sonra "baş leytenant" rütbəsi ilə ordudan tərxis olunub.

Azərbaycan ordusunun baş leytenantı olan Rövşən Nurzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı könüllü olaraq Cəbrayılın, Zəngilanın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rövşən Nurzadə noyabrın 6-də Şuşa döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Oxu.Az-ın əməkdaşı şəhid atası Əli Nur ilə danışıb.

- Əli müəllim, oğlunuzun uşaq vaxtlarından hərbiyə marağının olduğunu dediniz. Bu haqda danışmağınızı istərdim.

- Rövşən şəhid olanda 45 yaşı var idi. O, uşaqlıqdan Vətənə məhəbbət ruhunda tərbiyə almış, ölkəsini sevən insan idi. 1991-ci ildə Qarabağ savaşı başlayanda Sumqayıtda 31 nömrəli tam orta məktəbin 9-cu sinifində oxuyurdu. Bir gün sinif yoldaşlarını başına yığaraq, onlara deyib ki, mənə xeyir-dua verin, döyüşə gedirəm. Bunu eşidən uşaqlar ona deyiblər ki, silahın olmadığı halda necə döyüşəcəksən?

Onlara Ağdama gedib silah tapacağını bildirib. Avtobusa minərək Ağdama yola düşüb. Rövşənin Ağdama getdiyini mənə məktəbin direktoru zəng edib xəbər verdi. Mən Saray postuna gəldim. Oradan polislərlə əlaqə saxlayaraq, bildirdim ki, "Sumqayıt-Ağdam avtobusu gələcək, o maşında Rövşən adlı bir 9-cu sinif şagirdi var, onu saxlayıb geri qaytarın. O hələ şagirddir, döyüş qabilliyyəti yoxdur". Avtobusda onu saxlayıb hara getdiyini soruşanda deyib ki, "mən Ağdama xalamgilə gedirəm". Şagird olmadığını, kollecdə oxuduğunu bildirib. Daha sonra bir mayor onu götürərək 31 nömrəli məktəbə gətirib, direktora təhvil vermişdi.
Rövşəm orta məktəbi bitirdikdən sonra hərbçi olmaq istədiyini bildirdi. Onun hərbiyə marağı bəlkə də oxuduğu kitablardan idi.

Hərbi məktəbi oxuduqdan sonra Rövşən Qarabağa getdi. Ağdamdakı hərbi hissədə 10 il bölük komandiri oldu. Mən özüm tez-tez onun yanına gedirdim. Mənə deyirdi ki, "əyil, ermənilər səni snayperlə vurarlar". Ondan soruşurdum ki, "sən niyə əyilmirsən?". Cavab verirdi ki, "mən komandirəm. Əyilməyim şərəfsizlik olar". Sonra hərbidən ayrıldı və ikinci ali təhsil olaraq iqtisadiyyat üzrə oxudu.

- İkinci Qarabağ Müharibəsində könüllü iştirak edirdi?

- Vətən Müharibəsi başlayanda gördüm ki, Rövşən özündə deyil. İnsanlar arasında fərq yerdən-göyə qədər olur. Bir kişinin on oğlu ola bilər. Onun beşi, hətta doqquzu bacarıqsız, fərsiz ola bilər. Amma mütləq həmin on oğuldan biri od parçası, qeyrətli, namuslu, igid, xaraktercə möhkəm kişi olur. Rövşən elə uşaq idi. Əjdəha kimi idi. O qəhrəman doğulmuşdu.

Polad Həşimovun ölümü onu sarsdı. Onlar bir oxuyublar. Özündə deyildi. Komissarlıqla danışı. Deyib ki, torpaqlarımızı yağı düşməndən ancaaq biz xilas edə bilərik. Bizi nə vaxt aparacaqsınız? "Vətən bizi çağırır" onun devizi idi. 5 zabiti də özü ilə apardı.

Oktyabrın 18-i səhər gülə-gülə gəlib bizimlə görüşdü və getdi. Dedi ki, "mən cəbhəyə gedirəm". Mən isə onun oğlanlarını götürdüm, Səfərbərlik Xidmətinin Yasamal rayon şöbəsinə gedib Rövşəni cəbhəyə yola saldıq.

- Hansı istiqamətdə döyüşürdü?

- İlk olaraq Füzulidə idi. Bir neçə gün sonra Cəbrayıldan, daha sonra isə Zəngilandan zəng etdi. Axırıncı dəfə Qubadlıda idi və dedi ki, Qubadlını almışıq. Noyabrın 2-də günorta zəng edib, onları Cəbrayıla apardıqlarını söylədi. Dedim ki, ay oğul axı siz Cəbrayılı almısız, yenidən niyə Cəbrayıla gedirsiz?

Noyabrın 5-də yaralanır. Ağrı kəsici vurur. Yenə də irəli gedir. Geri çəkilmir. Deyir ki, "mən Şuşaya girib, namazımı qılmalıyam. Əsgərlərinə deyirdi ki, "ölə də bilərik". Sağ çiynindən dəyən güllə onu ürəyini zədələyir.

Yanındakı yoldaşına deyirmiş ki, "bizim ölməyə ixtiyarımız yoxdu". Biz Azərbaycan bütövlüyü uğrunda vuruşmağa gəlmişik. Həmişə deyirdi ki, "ermənini bitirməliyik ki, gələcək nəsillərə maneçilik törətməsinlər". Şəhidlik uca zirvədir. Hər insan ona çata bilmir.

Son danışığında dedi ki, "ata bizi yəqin harasa aparacaqlar, ona görə heç nə demirlər".Yenidən hazırlıq keçəcəklərini də dedi. Axşama yenidən əlaqə saxladı, meşə boyunca Laçına tərəf irəlilədiklərini düşünürdük. Noyabrın 11-i onun şəhid olduğu xəbəri gəldi.

- Rövşənin ailəsi haqqında danışmağınızı istərdim.

- Rövşənin yoldaşı həkimdir. İki oğlu var. Oğlanlarından biri Türkyənin Ağdəniz Universitetinin turizm ixtisası üzrə təhsil alır. Digəri isə 8-ci sinifdə oxuyur. Rövşən tez-tez ailəsinə və bizə zəng edirdi. Övladları atalarının yoxluğuna alışa bilmir.

- Torpaqlarımızın işğaldan azad olunduğunu eşidəndə hansı hisləri keçirdiniz?

- Noyabrın 6 şəhid olub. Qələbəni heç bilmədim. Ayın 11-də şəhid olduğunu eşitdik. Çox ailəcanlı idi. Müharibəyə getməmişdən öncə qaça-qaça gəldi. Anası dedi nolub, "dedi yuxumda gördüm ki, atam ölüb". Mənim ölümümü görmək istəmirdi. Şəhid olacağı ağlıma gəlməzdi.

Ancaq yuxularıma gəlir. Ayın 26-dan 27-ə keçən gecə gördümü ki, anası ilə qapıda dumuşduq. Gördük maşınla gəldi, qucaqladı. Qışqırıb ayıldım. Övlad itkisi adi bir şey deyil. Hər şey olacaq, amma Rövşən olmayacaq.

- Son baş verən təxribatlardan yəqin ki, xəbərdarsınız. Baş verənlər sizə nələri xatırlatdı?

- Rövşən və onun kimi mərd oğullar şəhid olmasaydı, alçaqların işğal etdiyi o müqəddəs torpaqlarımızı kim xilas edəcəkdi? Ölümsüz, itkisiz, şəhidsiz torpaq almaq olmur. Şərəfsiz ermənilər deyirdilər ki, "Qarabağa görə ayağa qalxsanız, gəlib Bakını alacağıq".

Onlarının alçaq hərəkətlərini bütün dünya görürdü.
Bizim igidlərimiz onlara yerini göstərdi, onlar oğlanlarımızın qarşısında bir heç oldular. Müharibənin qanunları var. Əsgərlərimiz böyük güc və qüvvətlə mübarizə apardı. Son hadisələrdə də düşmənin başı əzildi. Layiqli cavablarını aldılar. Yenə etsələr, yenə alacaqlar.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 797   Tarix: 02 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

08.11.2026 159
.

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

08.11.2026 188
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

08.11.2026 154
.

Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly

08.11.2026 173
.

Qubernator ABŞ prezidentliyinə namizəd olur: Pul toplamağa başladı

ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək növbəti prezident seçkisində öz namizədliyini irəli sürmək üçün hazırlıqlara başıayıb. xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. Məlumata görə, Desantis Respublikaçılar Partiyasından ABŞ prezidentliyin

08.11.2026 163
.

"Bülbülə bənzədiyi üçün "Xarıbülbül" deyirik" - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər. "Qafqazinfo"nun məlumatına görə, bu zaman Prezidentlər arasında maraqlı söhbət baş tutub. Belə ki, Türkiyə Prezidenti "Xarıbülbül" çiçəyini "Orkide"ni

08.11.2026 203
.

Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar

Xankəndidə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. "Qafqazinfo" xəbər verir ki, ziyafətdə konsert proqramı təqdim olunub. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinc

08.11.2026 202
.

ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib

ABŞ İranla əlaqəli sanksiyalar siyahısına Kanadada qeydiyyatdan keçmiş səkkiz qurumu əlavə edib. "Report" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib. Məlumata görə, məhdudiyyətlər valyuta mübadiləsi xidmətləri, pu

08.11.2026 167
.

Ərdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" - Foto

"Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevlə birlikdə tarix, təbiət və mədəniyyət şəhəri olan gözəl Şuşada qeyd etməkdən məmnunluq duydum". xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabındakı paylaşımında bildirib

08.11.2026 181
.