Dünya üçün ən pis ssenari - Rusiya nüvə silahından istifadəyə hazırlaşır? - VİDEO
Rusiya nüvə silahı atacaqmı? Hazırda bu, dünyanı ən çox düşündürən suallardan biridir. Nüvə silahı Rusiya da daxil olmaqla, dövlətlər üçün çəkindirmə alətidir. Amma Rusiyanın hərbi doktrinasına görə, Rusiya və ya müttəfiqlərinə nüvə və digər kütləvi qırğın silahı atılarsa, dövlətin mövcudluğu təhlükə altına düşərsə nüvə silahı istifadə edilə bilər. Ekspertlərin fikrincə, Rusiya ilhaq etdiyi yeni əraziləri qorumaq üçün bu silahı tətbiq edə bilər. Bəs Rusiya hansı növ nüvə silahı istifadə edər və bu silahın təsir dairəsi nə qədərdir?
Dünyada hazırda mövcud olan ən təhlükəli silah....
Şəhərlər yer üzündən silinir, milyonlarla insan ölür, bölgədə gələcək nəsillərin də yaşaması uzun müddət mümkünsüz olur...
Bədən hüceyrələrinin zədələnməsi nəticəsində yaranan radiasiya hələ uzun illər insan ölümlərinə səbəb olur.
İndiyədək hərbi əməliyyatlarda 2 dəfə istifadə olunub.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun bu ilin yanvar ayına olan hesabatına görə, dünyadaki 13 minə yaxın nüvə başlığının 90 faizi Rusiya və ABŞ-dadır. 9 ölkədə nüvə silahı var, ən çoxu Rusiyadadır.
Bəs Rusiya hansı növ nüvə silahı istifadə edə bilər?
Əvvəlcə onu deyək ki, müasir nüvə silahlarının 2-ci dünya müharibəsindəki silahlarla müqayisədə ölçüsü kiçilib, gücü və dəqiqliyi artıb. Xerosimaya atılan bomba 15 kiloton trotil ekvivalentində idi və 160 minə yaxın insanın ölümünə səbəb olmuşdu. İndikilər isə 1000 kilotondan yüksək ola bilir. Rusiyanın "Şeytan 2" silahının gücü bütün başlıqlarla birlikdə 8 meqatona çatır. Amma proqnozlara görə, Rusiya strateji deyil,, taktiki nüvə silahı istifadə edə bilər. Bu silahlar daha kiçik əraziyə təsir göstərir, qısa məsafə qət edir, radioktiv çirklənmə də yüksək olmur. Gücü 0,3 kilotonla 100 kiloton arasında, əsasən isə 1 kilotondan aşağı olur. Rusiya bu nüvə başlıqlarını İskəndər və Kalibr raketləri ilə də ata bilər.
İndi gəlin taktiki nüvə silahlarının ən güclüsünün - 100 kiloton trotil ekvivalentində bir nüvə silahının dağıdıcı gücünə baxaq. Məlumatı bbc dünyanın aparıcı araşdırma mərkəzlərinin hesabatlarına görə hazırlayıb. 1,8 km radiusda ərazinin yerlə yeksan olacağı bildirilir. 8 km radiusa qədər hər yer dağıntılara məruz qalacaq.
Hərbi ekspertlərin bildirdiyinə görə, taktiki nüvə silahları əsasən döyüş meydanında istifadə üçün nəzərdə tutulub. düşmənin müdafiə xəttini yarmaq və ya strateji obyektləri sıradan çıxarmaq üçün. məsələn hava limanlarını... ən kiçiklərinin zərər verdiyi ərazinin radiusu heç bir kilometrə də çatmaya bilir. Nəhəng nüvə göbələyi də əmələ gəlmir. Frans press agentliyinin yazdığına görə, Rusiya Ukraynaya bir və ya bir neçə taktiki nüvə silah ata, onu suda və ya havada partladaraq elektron cihazları sıradan çıxara bilər.
Bəs nüvə silahı hansı nöqtəyə atılacaq? Rusiya hərbi Akademiyasının ekspərti Vladimir Proxvatilova görə, Ukraynanın Lvov bölgəsinə. Polşa ilə sərhədə. və ya Odessadakı Qaradəniz flotuna. Ukrayna mətbuatının yazdığına görə isə Britaniya Kəşfiyyatının Ukrayna Prezident ofisinə verdiyi məlumata görə, Rusiya nüvə zərbələri üçün bir neçə hədəf seçib. Onlardan biri Lvova 30 km məsafədəki Yavorov poliqonudur. (xəzərxəbər)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1100 Tarix: 01 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşLeyla Əliyeva Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 8 noyabr tarixində Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib. paylaşımı təqdim edir:
08.11.2026 192 Ərdoğan Xocalı Soyqırımı Memorialının xatirə kitabına ürək sözlərini yazıb - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazıb
08.11.2026 163 Şahzadə Uilyam və Keytin formasında tort hazırladı
Birmingemdə keçirilən "Cake İnternational" şirniyyat sərgisində Britaniya kral ailəsinin üzvləri - şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltonun tam ölçüdə tort fiqurları nümayiş etdirilib. Axşam.az xəbər verir ki, müsabiqənin sosial şəbəkə hesablarında paylaşılan tort fiqurlarını şirniyya
08.11.2026 158 Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıcı televiziya kanalları, xəbər agentliklər
08.11.2026 136 Finlandiyada yanğın toxumluq kartof ehtiyatlarının beşdə birini məhv edib
Finlandiyanın şimalında baş vermiş böyük yanğın nəticəsində milli toxumluq kartof fondunun beşdə biri məhv olub. "Report" "Yle" teleradio şirkətinə istinadən xəbər verir ki, yanğın cümə günü axşam Şimali Ostrobotniya əyalətinin Türnyavya şəhərindəki anbar kompleksində qeydə alınıb
08.11.2026 167 İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib
İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə
08.11.2026 141 Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
08.11.2026 132 "Bülbülə bənzədiyi üçün "Xarıbülbül" deyirik" - Video
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər. "Qafqazinfo"nun məlumatına görə, bu zaman Prezidentlər arasında maraqlı söhbət baş tutub. Belə ki, Türkiyə Prezidenti "Xarıbülbül" çiçəyini "Orkide"ni
08.11.2026 203 Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
"Azərbaycan və Türkiyə arasındakı əlaqələri zəhərləmək üçün göstərilən səylər bu gün Şuşada puça çıxdı". xəbər verir ki, bunu "Haber Global" telekanalına Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiy
08.11.2026 207