Müharibə iştirakçısı: "Xalqın dəstəyi Azərbaycan Ordusuna xüsusi güc-qüvvət verib"
"44 günlük Vətən müharibəsində hər kəs vətən oğlu statusunda mübarizə aparıb. Xalqın dəstəyi isə sözün əsl mənasında ordumuza xüsusi güc-qüvvət verib".
Bu fikirləri "Report"a açıqlamasında tanınmış jurnalist, ehtiyatda olan baş leytenant, 44 günlük Vətən müharibəsi iştirakçısı Məğrur Əliyev deyib.
Vətən müharibəsinə yaşından və rütbəsindən asılı olmayaraq çox böyük həvəs və coşqu ilə getdiklərindən bəhs edən jurnalist bildirib ki, müharibənin gedişatında döyüş yoldaşları arasında hərbi rütbə, vəzifə fərqi hiss olunmayıb, hər kəs vətən oğlu statusunda mübarizə aparıb: "Silahdaşlarımızın hər biri vətən qarşısında illərlə yığılmış həsrəti, qəzəbi, borcu ödəməyə çalışırdı. Bizim döyüş yolumuz Füzuli rayonunun Alxanlı kəndi istiqamətindən başlayıb, Cəbrayıl rayonu, Füzuli şəhəri ətrafında, daha sonra Hadrut və Tuğ kəndi, sonda isə Zəfər yolu ilə Şuşaya doğru irəliləyib. Müharibənin ilk günündən son gününə kimi ağır və uzun yol keçmişik. Çoxsaylı şəhidlərimiz, qazilərimiz olub və biz onları hər zaman fəxrlə yad edirik. 104 gün hərbi xidmətdə olmuşam, onun 44 günü müharibə günləridir. Şuşa ətrafında mərmi partlayışı nəticəsində xəsarət aldım, lakin müharibənin gedişatında yaralı olduğumu bildirmədim və yoluma davam etdim".
Müharibə iştirakçısı xalqın birliyindən və dəstəyindən xüsusilə bəhs edib: "Dəstək bütün istiqamətlərdə o qədər aydın hiss olunub ki, bu da sözün əsl mənasında ordumuza xüsusi güc-qüvvət verib. Müharibə zamanı mülki əhalidən ayrılırsan və tamamilə başqa bir dünyaya düşürsən. Hansı ki, orada mülki həyat, insanlar, mağazalar, bir sözlə, heç nə yoxdur. Buna baxmayaraq, xalqımızın ordu ilə vəhdətinin çox güclü olması onların dəstəyini həm mənəvi, həm də faktiki hiss etməyimizə imkan yaradırdı. İnsanlar bizə əllərindən gələn yardımları edirdilər. Bir sözlə, xalqımızın həm mənəvi enerjisini aydın şəkildə hiss edir, həm də praktiki olaraq görürdük. Belə ki, hələ müharibənin ilk günlərindən kimin gücü nəyə çatırdısa, əsgərə göndərirdi. Bunu necə dəyərləndirməmək olar?!"
M.Əliyev vurğulayıb ki, bütün bunları deməkdə məqsədi Azərbaycan xalqının müharibə dövründəki həmrəyliyini az da olsa təsvir etməkdir: "Bizim xalq olaraq aramızda bölgü yox idi. Hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın işğaldan azad olunması üçün fərqli formada mübarizə aparırdı. Müharibəyə bütöv xalq və dövlət olaraq girmişik, xalq və dövlət olaraq qalib gəlmişik. Qələbəmizin qazanılmasında hər bir azərbaycanlının bu və ya digər şəkildə rolu var".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 632 Tarix: 01 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşLeyla Əliyeva Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 8 noyabr tarixində Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib. paylaşımı təqdim edir:
08.11.2026 192 Ərdoğan Xocalı Soyqırımı Memorialının xatirə kitabına ürək sözlərini yazıb - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazıb
08.11.2026 163 Şahzadə Uilyam və Keytin formasında tort hazırladı
Birmingemdə keçirilən "Cake İnternational" şirniyyat sərgisində Britaniya kral ailəsinin üzvləri - şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltonun tam ölçüdə tort fiqurları nümayiş etdirilib. Axşam.az xəbər verir ki, müsabiqənin sosial şəbəkə hesablarında paylaşılan tort fiqurlarını şirniyya
08.11.2026 158 Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıcı televiziya kanalları, xəbər agentliklər
08.11.2026 136 Finlandiyada yanğın toxumluq kartof ehtiyatlarının beşdə birini məhv edib
Finlandiyanın şimalında baş vermiş böyük yanğın nəticəsində milli toxumluq kartof fondunun beşdə biri məhv olub. "Report" "Yle" teleradio şirkətinə istinadən xəbər verir ki, yanğın cümə günü axşam Şimali Ostrobotniya əyalətinin Türnyavya şəhərindəki anbar kompleksində qeydə alınıb
08.11.2026 167 İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib
İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə
08.11.2026 141 Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
08.11.2026 132 "Bülbülə bənzədiyi üçün "Xarıbülbül" deyirik" - Video
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər. "Qafqazinfo"nun məlumatına görə, bu zaman Prezidentlər arasında maraqlı söhbət baş tutub. Belə ki, Türkiyə Prezidenti "Xarıbülbül" çiçəyini "Orkide"ni
08.11.2026 203 Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
"Azərbaycan və Türkiyə arasındakı əlaqələri zəhərləmək üçün göstərilən səylər bu gün Şuşada puça çıxdı". xəbər verir ki, bunu "Haber Global" telekanalına Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiy
08.11.2026 207