"Ermənistanın eks-prezidentləri açıqlamaları ilə həqiqətləri etiraf etdilər" - ŞƏRH

"Ermənistanın eks-prezidentləri açıqlamaları ilə həqiqətləri etiraf etdilər" - ŞƏRHƏslində, Levon Ter-Petrosyan və Robert Koçaryanın açıqlamaları bir həqiqəti üzə çıxarır. Onlar Ermənistanın həddindən artıq çətin duruma düşdüyünün fərqindədirlər. Başa düşürlər ki, Ermənistan Fransa, ABŞ və digər ölkələrə arxayın olub növbəti təxribatlara cəhd edəcəksə, daha ağır reallıqla üzləşəcək.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik

Son günlər Ermənistanın eks-prezidentləri Levon Ter-Petrosyan və Robert Koçaryan açıqlamalar verərək Azərbaycanla münasibətlərdə gəlinən durumla bağlı fikirlərini ifadə ediblər. Bu açıqlamaların eks-prezidentlərin erməni katolikosu II Qaragenin iştirakı ilə keçirilən görüşündən sonra verilməsi diqqət çəkib. Bəs, görəsən, bu açıqlamaların arxasında nə dayanır? Ermənistanın iki eks-prezidentini danışdıran nədir və ya kimlərdir?

Ter-Petrosyan hər şeyi öz adı ilə çağırır

Mövzu ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Sahib Alıyev bildirib ki, ümumiyyətlə, hay kilsəsi və katolikosları heç zaman sülh tərəfdarı olmayıblar:

"Hay kilsəsi bu regionda gizli silah-sursat anbarına sahib olub və terrorçuların təlimat aldıqları yer rolunu oynayıb. Söhbət hələ XIX əsrin axırından və XX əsrin əvvəlindən gedir. O vaxtdan bəri hay kilsəsinin mahiyyəti dəyişməyib. Onu qeyd edim ki, katolikosun təşkilatçılığı ilə keçirilən görüşdən sonra eks-prezidentlər Levon Ter-Petrosyan və Robert Koçaryanın açıqlamaları oldu. Levon Ter-Petrosyan 1997-ci ildə nə demişdisə, yaranmış yeni reallıqda onu fərqli şəkildə təkrarladı. Hər şeyi öz adı ilə çağırdı və təslimçiliklə bütün Ermənistanın barışmalı olduğunu etiraf etdi. Doğru da qeyd etdi ki, hazırda bu, onlar üçün ən doğru çıxış yoludur. Çünki gələcəkdə dağıdıcı siyasəti davam etdirəcəklərsə, Fransa, ABŞ və digər ölkələrə arxayın olub növbəti təxribatlar törədəcəklərsə, daha ağır reallıqla üzləşəcəklər. Sentyabrın 28-də bir Azərbaycan əsgərinin yaralanmasına cavab olaraq üç erməninin məhv edilməsi də bunun başqa bir şəkildə təsdiqidir".

"Azərbaycan buna yol verməyəcək"

S.Alıyev qeyd etdi ki, Ermənistanın digər eks-prezidenti Koçaryan da öz ampluasındadır:

"O, Ermənistan cəmiyyətinə çağırış edir və özünün bağlı olduğu mərkəzlərin nəzarətindən çıxmamağa çalışır. Ümumiyyətlə, Koçaryanın sülhlə bağlı dedikləri, hətta son zamanlar Nikol Paşinyanın verdiyi açıqlamalardan da absurddur. Əgər Azərbaycan Prezidenti İlham Əliyev bildirirsə ki, Qarabağ münaqişəsi bitib, deməli, bitib. Dövlət başçısı deyirsə ki, Rusiya hərbi kontingentinin müvəqqəti nəzarəti altında yaşayanlar üçün heç bir status olmayacaq, deməli, olmayacaq. Bu məsələni yenidən danışıqların predmeti kimi qabartmaq o deməkdir ki, söhbət sülh danışıqlarını pozmaqdan gedir. Bu, sülh danışıqları adı altında Azərbaycana qarşı torpaq iddiasının gündəmdə saxlanması deməkdir. Azərbaycan buna yol verməyəcək".

"Ermənistan Azərbaycan və Türkiyənin çənbərində qalıb"

Siyasi şərhçi Asif Nərimanlı bildirdi ki, erməni katolikosu ilə eks-prezidentlərin görüşünün məqsədi yaranmış durumdan Ermənistan üçün çıxış yolu axtarmaq idi:

"Bu görüşdə əldə edilən nəticələrlə bağlı Ermənistan hökumətinə tövsiyələr də verilib. Məhz bu görüşdən sonra həm Levon Ter-Petrosyan, həm də Robert Koçaryan tərəfindən açıqlamalar verildi. Əslində, Ter-Petrosyan reallıqları hər zaman görüb və bundan əvvəl verdiyi proqnozların bir çoxu özünü doğruldub. Misal üçün, 1997-ci ildə münaqişənin danışıqlar yolu ilə həllinə çağırışlar edirdi və deyirdi ki, əgər bu baş verməsə, Ermənistan çətin vəziyyətə düşəcək. Bu fikirlərinə görə onu devirdilər. 2016-cı ilin aprel döyüşləri ərəfəsində proqnoz vermişdi ki, 2020-ci ildən sonra Qarabağla bağlı vəziyyət dəyişəcək. Həqiqətən də, 2020-ci ildə Azərbaycan öz torpaqlarını azad etdi. İndi Ermənistan 1997-ci ildə Ter-Petrosyanın proqnozlaşdırdığı vəziyyətə düşüb, Azərbaycan və Türkiyənin çənbərində qalıb. Doğrudur, Paşinyan hakimiyyəti qərb ölkələrinin dəstəyi ilə müəyyən manevrlər etməyə çalışır. Amma coğrafi reallıq Ermənistanın Azərbaycan və Türkiyə ilə anlaşmaqdan başqa alternativinin olmadığını göstərir. Tarix boyunca Ermənistana dəstək verən ölkə Rusiya olub. Amma bu gün Rusiya da Azərbaycan və Türkiyə xəttinə uyğun çıxış edir".

"Yeganə yol Azərbaycanın şərtlərini qəbul etməkdir"

A.Nərimanlı əlavə etdi ki, Koçaryanın verdiyi açıqlama hakimiyyətin tənqidinə hesablanmışdı:

"O qeyd edir ki, indi yaranmış vəziyyət separatçıları Azərbaycanın qapısını döyməyə məcbur edir. Bu, həqiqətən, belədir. İndiki halda separatçılar ən azından proseslərdən sağ çıxmağa çalışırlar. Onlar anlayır ki, yeganə yol Azərbaycanın şərtlərini qəbul etməkdir.

Həm Ter-Petrosyanın, həm də Koçaryanın açıqlamalarından belə nəticəyə gəlinir ki, coğrafi reallıq Ermənistanı rəsmi Bakının gündəliyini tam qəbul etməyə məcbur edəcək. Başqa çıxış yolu yoxdur. Ermənistan tərəfi təxribatlarla postmünaqişə reallığını dəyişdirmək istəyir. Amma sərhəddə baş verən son döyüşlər göstərdi ki, istənilən belə addım Ermənistan üçün daha ağır nəticələrə gətirib çıxaracaq. Paşinyan hakimiyyəti etiraf etməsə də, bunu görür. Eks-prezidentlər isə bunu açıq şəkildə dilə gətirirlər. Bu açıqlamalar həm də Ermənistan cəmiyyətini sülhə hazırlamaq məqsədi daşıya bilər. Fikrimcə, indiki situasiyada rəsmi İrəvanın hərbi və diplomatik manevrləri nəticəsiz qalacaq. İstisna deyil ki, müəyyən təxribatlar ola bilər. Amma yekunda Ermənistan Azərbaycan və Türkiyə ilə razılaşmağa məcbur olacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 709   Tarix: 01 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşa qalası önündə foto çəkdiriblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

08.11.2026 178
.

Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly

08.11.2026 173
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

08.11.2026 159
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

08.11.2026 149
.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

08.11.2026 154
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

08.11.2026 187
.

İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər

08.11.2026 179
.

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

08.11.2026 188
.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx

Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. BİG.AZ həmin paylaşımı təqdim edir:

08.11.2026 187
.