Məşhurlar Rəhimdən yazır...
Xəbər verdiyimiz kimi, ötən gecə müğənni Rəhim Rəhimli vəfat edib. 46 yaşlı müğənninin qəfil ürəktutmasından vəfat etdiyi bildirilir.
"Qafqazinfo"nun məlumatına görə, bir çox məşhur öz sosial şəbəkə hesablarında R. Rəhimlinin vəfatından kədərləndiklərini, onunla bağlı xoş xatirələrini paylaşıblar.
Müğənni Elnarə Xəlilova onunla cəmi bir həftə əvvəl danışdığını qeyd edib: "Can ay Rəhim… Bir həftə öncə danışmışdıq səninlə. Planlar, xəyallar qurduq, əcəl imkan vermədi… Heyif səndən. Yerin çox görünəcək…"
Müğənni Elnur Məmmədov onun gözəl ürəyə sahib olduğunu yazıb: "Rəhim Rəhimli, ən son gördüyümdə kövrəltdin məni. Mənə çox xoş sözlər dedin. Səni çox gözəl ürəyə sahib bir insan, dürüst, düzgün biri kimi tanıdım və elə də xatırlayacam. Allah sənə rəhmət eləsin! Bu xəbərin məni sarsıltdı".
Müğənni Xatun Əliyeva onun vaxtsız vəfatından kədərləndiyini bildirib: "Gecə-gecə bu qara xəbər məni məhv etdi. Bütün bədənim əsir, donub qalmışam, çox pisəm. Ay Rəhim, sən elə yaxşı adam idin. Sənin vaxtsız gedişin, bu acı taleyin inan ki, dərdimi təzələdi. Bir təsəllim odur ki, cümə günündə vəfat edənlər sorğu-sualsız olarmış. İnşallah, Rəbbim sənin o dünyanı versin!"
Modelyer Şəlalə Maqsudova da onunla bağlı xatirələrini bölüşüb: "İlahi, səhərimi necə pis xəbərlə açdım. Bir neçə gün öncə gəldin yanıma. Deyirdin ki, bacım, yeni lahiyələrim var, klipim var. Sevindim, çünki sən yaradıcı, səhnəni sevən, əsl şou yaradan bir insan idin. Sənin o qədər gözəl, təmiz bir ürəyin vardı kı... Səni bir doğma qardaş kimi o qədər cox istəyirdim… Heyif, çox üzüldüm. Rəhim, sən mənim yaddaşımda cox gözəl xatirələrlə qaldın və hər zaman ardınca rəhmət diləyəcəm…"
Aparıcı Lamiyə Ələkbərova da onunla tələbəlik illərindən dostluq etdiklərini qeyd edib: "Mənim tələbə yoldaşım, mənim qəşəng dostum, sənətkar dostum, istedadlı bəstəkar dostum, bu nə gediş? Bu nə yarımçıq qalan arzular, qismət, tale? Heyif səndən, ay Rəhim. 1994 cu ildən səninlə Konservatoriyadan - ilk dərsdən, tələbəlik illərindən dostluq edirdik. Sən cox yaxşı insan idin. Allah sənə rəhmət eləsin, ömrü qısa, sənəti zəngin olan sənətkar dostum!
Aparıcı Murad Arif də R. Rəhimli ilə bağlı son yazışmasını paylaşıb: "Gecən xeyir. Bu gün görüşə bilmədik. Görə bilmədim səni, dostum".
"Basdalama damarımı" mahnısını birlikdə ifa etdiyi musiqiçi Ramil Nabran Rəhimlə bağlı bu sözləri qeyd edib: "Kimindir ki bu dünya? Nə sənin, nə mənim, nə də başqasının... Səhəri bu xəbərlə oyanmaq və bu xəbərin real olduğuna inanmaq çox çətindir. Azərbaycanda musiqi və estrada sahəsində böyük işlər görmüş, bir zamanlar isə MTV kanalını brend hala gətirən, dahi sənətçi və dostum Rəhim, Allah sənə rəhmət eləsin! Fanidir bu dünya. Nə dostundu, nə də düşmənin..."
Xalq artisti Faiq Ağayev isə R. Rəhimlinin bəstəsi olan və bir yerdə ifa etdikləri "Zəhər" mahnısını paylaşıb. Həmçinin "heyif səndən, Rəhim... Allah yerini rahat eləsin!" sözlərini yazıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2200 Tarix: 30 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Azər-Türk Bank" ASC-nin 40 yaşlı əməkdaşı Yasən Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Y.Məmmədov futbol oyunu zamanı ürəktutmadan dünyasını dəyişib. Məlumata görə, o, Şuşa şəhərindən məcburi köçkün olub və Bakıda müvəqqəti məskunlaşıb. Mərhumun atası Tərxan Məmmədov Birinc
08.11.2026 174 Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - YENİLƏNİB+Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar
08.11.2026 223 Rəcəb Tayyib Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər" - Video
"Azərbaycanın 44 günlük müharibədə qazandığı şanlı Qələbə bütün Türk dünyasında sevinc doğurmaqda davam edir və tarixi ədalətin bərpasının göstəricisidir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevl
08.11.2026 160 Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
00:08 123 "Bülbülə bənzədiyi üçün "Xarıbülbül" deyirik" - Video
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər. "Qafqazinfo"nun məlumatına görə, bu zaman Prezidentlər arasında maraqlı söhbət baş tutub. Belə ki, Türkiyə Prezidenti "Xarıbülbül" çiçəyini "Orkide"ni
08.11.2026 203 İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib
İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə
08.11.2026 141 Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Foto/Video+YENİLƏNİB
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib. Prezident İlham Əliyevin bəyanatı. - Hörmətl
08.11.2026 232 İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər
08.11.2026 179 "Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib
Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy
08.11.2026 123