Kimlər şəhidi və qardaşını öz siyasətinin alətinə çevirməyə cəhd edir?
Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun şəhid ailəsi hesab edilib-edilməməsi məsələsi Müdafiə Nazirliyinə məxsus arayışın yayılması ilə bir daha müzakirə mövzusuna çevrildi. Daha doğrusu, Sənan Əhmədovun qanunvericiliyə uyğun olaraq şəhid ailəsi hesab edilməməsi haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatından sonra belə bir arayışın yayılması müxtəlif fikirlərə yol açdı. Xüsusilə "ƏƏSM yanlış məlumat verir" və kimi əsassız iddialar ortaya atılır. Halbuki, nazirlik dünən də verdiyi rəsmi açıqlamasında sadəcə qanunvericiliyin tələblərinə istinad etmiş, hətta qanunda nəzərdə tutulmasa belə Sənan Əhmədova bir otaql mənzil də təklif etmiş, sonuncu isə bundan imtina etmişdi.
Müdafiə Nazirliyinin arayışı ilə bağlı da əslində yanlışlığa yol verilir. ƏƏSM bu məsələyə aydınlıq gətirib.
Məsələnin mahiyyəti nədir?
Yayılan arayış ümumi xarakterli sənəddir və gizir Əhmədov Səbuhi Füzuli oğlunun şəhid statusu daşıdığını, onun ailə üzvlərinin isə şəhid ailəsi hesab edildiyini təsdiq edir. Lakin bu arayış Sənubi Əhmədovun qardaşı Sənan Əhmədovun "şəhid ailəsi" statusunda olduğu demək deyil.
Arayışda konkret olaraq hansı şəxsin şəhid Səbuhi Əhmədovun ailə üzvü hesab olunduğu barədə məlumat yazıılmayıb, hər hansı bir şəxsə şəhidin ailə üzvü kimi rəsmi status verilməyib.
Şəhid ailəsi statusu kimə şamil edilir?
Şəhidin ailə üzvü kimi rəsmi statusun verilməsi Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları"na uyğun həyata keçirilir.
Qanunvericilikdə bu güzəştlərdən şəhidin həyat yoldaşı, valideynləri, 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək), o cümlədən 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqları, 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaq evlərində tərbiyə olunan qardaş və bacıları, qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələri istifadə edir.
Şəhidin qardaşı Sənan Əhmədovun isə 27 yaşı olduğu üçün qanunvericiliyə əsasən şəhid ailəsi statusunda olan şəxs hesab edilmir. Buna baxmayaraq Sənan Əhmədovun dövlət qayğısı ilə təmin edilməsi istiqamətində addımlar atılır. Onun sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ƏƏSM hazırda mümkün olan təklifi – sosial tərəfdaş vasitəsilə təqdim olunan 1 otaqlı mənzili ona təklif edir.
Qanunlar ortadadır, o zaman, sual yaranır ki, bu mövzu niyə kontekstdən çıxarılmış formada gündəmdə saxlanılır?
Məlumdur ki, müəyyən qruplar bu məsələdən siyasi ambisiyaları üçün istifadə edir, xüsusilə dövlətin sosial siyasətinə, şəhid ailəsi və qazilərlə bağlı genişçaplı layihələrinə kölgə salmağa çalışırlar. Hərçənd, bu məsələnin manipulyasiya edilməsi hər şeydən öncə şəhidimiz Səbuhinin daşıdığı adın müqəddəsliyini ucuzlaşdırmaq cəhdidir, o cümlədən, qardaş itkisi ilə üzləşən Sənanın narahat edilməsidir.
Vasif Həsənli
"Demokrat.az" xəbər portalının baş redaktoru
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1206 Tarix: 29 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMuxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
08.11.2026 154 Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video
"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"
08.11.2026 176 Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatından əvvəl son hazırlıq işləri görülüb. Baku TV-nin məlumatına görə, tədbir ərəfəsində məkanda azərbaycanlı və türkiyəli jurnalistlər bir araya gələrək həmkarları ilə söhbətləşiblər. Azərbaycanın xarici işlə
08.11.2026 176 Tramp: "ABŞ seçkiyə görə 3 trilyon dollar itirdi"
"Demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə nəticələnən aralıq seçkisinə görə ABŞ 3 trilyon dollar itirib". xəbər verir ki, bunu Floridadakı Con Kennedi adına Kosmik Mərkəzdə çıxış edərkən ABŞ Prezidenti Donald Tramp deyib. Ölkə başçısı oktyabr ayında iş yerlərinin sayının 165 min artdığın
08.11.2026 165 Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub
Seneqal sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ən azı 21 nəfər həlak olub. "Report" "Euronews"a istinadən xəbər verir ki, bu barədə Seneqalın Daxili İşlər Nazirliyi (DİN) bildirib. Axtarış-xilasetmə əməliyyatı davam edir, hələlik sağ qalan yalnız bir nəfər tapılıb
08.11.2026 148 Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto
Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər
08.11.2026 174 NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
Ağ Evin yeni Aparat rəhbəri Stiven Miller ABŞ Prezidenti Donald Trampa İranla hərbi münaqişəyə son qoymağı tövsiyə edib. "Report"un məlumatına görə, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən xəbər verib. Məlumata görə, Miller Ağ Evin Aparat rəhbəri vəzifəsinə namizədliyin
08.11.2026 178 Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
08.11.2026 154 Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
08.11.2026 174