Sənan Əhmədova şəhid ailəsi statusu verilməsi barədə ARAYIŞLA bağlı RƏSMİ AÇIQLAMA
"Şəhidimiz Səbuhi Əhmədovla bağlı mediada yayılmış arayışla əlaqədar bildiririk ki, qeyd edilən sənəd "Şəhid" və şəhidin ailəsinə "Şəhid ailəsi" statusunu müəyyən edən şablon arayış formasıdır. Göründüyü kimi, bu arayışda şəhidimizin hər hansı bir ailə üzvü barədə məlumat yazılmayıb".
BiG.AZ xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Həşimov deyib.
O, rəsmi olaraq şəhid ailə üzvü kimi tanınan şəxslər barədə bunları qeyd edib:
"Şəhidin ailə üzvü kimi rəsmi statusun tanınması "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Qanuna uyğun olaraq həyata keçirilir. Qanunvericilikdə bu güzəştlərdən şəhidin:
- həyat yoldaşı;
- valideynləri;
- 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaqları;
- 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları;
- 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaq evlərində tərbiyə olunan qardaş və bacıları;
- qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələri istifadə edir.
Şəhidimizin qardaşı Sənanın 27 yaşı olduğundan sözügedən qanunveriliklə imtiyazlı kateqoriyadan olan şəxs hesab olunmur.
Buna baxmayaraq, dövlətin qayğısının bir daha təzahürü olaraq, Sənan Əhmədovun sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Nazirlik hazırda mümkün olan təklifi – sosial tərəfdaş vasitəsilə təqdim olunan 1 otaqlı mənzili ona təklif edir.
Bu mövzunu konteksdən çıxaran, səhv mövqedən tirajlayan, şəhid adının müqəddəsliyinə və dövlətin şəhid ailələrinə qayğısını kölgə altına salmaq cəhdlərini pisləyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!"
Qeyd edək ki, sosial şəbəkələrdə şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədova şəhid ailəsi statusu verilməsi üçün Müdafiə Nazirliyindən arayış təqdim edilməsi ilə bağlı məlumatlar yayılıb.
Nuranə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1314 Tarix: 29 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMuxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
08.11.2026 154 Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video
"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"
08.11.2026 176 Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatından əvvəl son hazırlıq işləri görülüb. Baku TV-nin məlumatına görə, tədbir ərəfəsində məkanda azərbaycanlı və türkiyəli jurnalistlər bir araya gələrək həmkarları ilə söhbətləşiblər. Azərbaycanın xarici işlə
08.11.2026 176 Tramp: "ABŞ seçkiyə görə 3 trilyon dollar itirdi"
"Demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə nəticələnən aralıq seçkisinə görə ABŞ 3 trilyon dollar itirib". xəbər verir ki, bunu Floridadakı Con Kennedi adına Kosmik Mərkəzdə çıxış edərkən ABŞ Prezidenti Donald Tramp deyib. Ölkə başçısı oktyabr ayında iş yerlərinin sayının 165 min artdığın
08.11.2026 165 Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub
Seneqal sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ən azı 21 nəfər həlak olub. "Report" "Euronews"a istinadən xəbər verir ki, bu barədə Seneqalın Daxili İşlər Nazirliyi (DİN) bildirib. Axtarış-xilasetmə əməliyyatı davam edir, hələlik sağ qalan yalnız bir nəfər tapılıb
08.11.2026 148 Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto
Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər
08.11.2026 174 NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
Ağ Evin yeni Aparat rəhbəri Stiven Miller ABŞ Prezidenti Donald Trampa İranla hərbi münaqişəyə son qoymağı tövsiyə edib. "Report"un məlumatına görə, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən xəbər verib. Məlumata görə, Miller Ağ Evin Aparat rəhbəri vəzifəsinə namizədliyin
08.11.2026 178 Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
08.11.2026 154 Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
08.11.2026 174