Ən müasir metodlara əsaslanan Müasir Psixologiya Mərkəzinin lideri peşəkar klinik psixoloq Aidə Sübhan

Ən müasir metodlara əsaslanan Müasir Psixologiya Mərkəzinin lideri peşəkar klinik psixoloq Aidə SübhanÇoxumuz psixologiyanı filmlərdə gördüyümüz qədər bilirik, pasient gəlir, problemlərini danışır, psixoloq isə dinləyir və ona məsləhət verir. Təbii ki, psixologiya bu qədər sadə bir sahə deyil. İnsanın ruhi aləmini öyrənən elm necə sadə ola bilər deyilmi? Bunu bu sahə üzrə çalışan peşəkar psixoloqların illərlə aldığı təhsil də sübut edir. Müasir Psixologiya Mərkəzinin qurucusu klinik psixoloq Aidə Sübhan 15 ildir fəaliyyət göstərir, təhsilini artırmağa isə əsla fasilə vermir. O, bakalavr təhsilini Bakı Dövlət Universitetinin Psixologiya fakultəsində almış, 2007-ci ildə isə fərqlənmə diplomu ilə bitirmişdir.Magistratura təhsilini də yenə eyni universitetdə Hüquq Psixologiyası ixtisası üzrə davam etdirmiş və yenə eyni şəkildə fərqlənmə diplomu ilə təhsilini 2009-cu ildə başa vurmuşdur. Lakin təhsilini bununla yekunlaşdırmayaraq 4 ölkədə ixtisaslaşma keçmişdir. 2010-cu ildə Türkiyədə reabilitasiya üzrə ixtisaslaşmışdır. Həmçinin İran, Rusiya, İsraildə də distant olaraq autizmin müxtəlif metodları, reabilitasiyanın müxtəlif sahələri, sensor inteqrasiya məsələləri kimi sahələr üzrə təhsilini genişləndirmişdir. 2014-cü ildə isə Azərbaycan Respublikası Təhsil İnstitutunda klinik psixologiya üzrə doktoranturaya qəbul olmuşdur. Hazırda isə "Autizmli uşaqlar, onların diaqnostikası və korreksiya məsələsi" mövzusunda müdafiəyə hazırlaşır. Aidə xanım iş fəaliyyətinə də çox gözləmədən elə təhsilini başa vuran kimi 2007-ci ildə Bakı Dövlət Universitetində fəaliyyətinə başlamış, 3-4 il burada çalışmışdır. Daha sonra isə Bakı Qızlar Universitetində, Azərbaycan Pedaqoji Universitetində və Xəzər Universitetində müəllim olaraq fəaliyyət göstərmişdir. Hələ tələbə olduğu dönəmlərdən klinika açmağı, psixoloq kimi terapiyalar keçməyi qarşısına məqsəd olaraq qoyan gözəl xanım bu məqsədinə 2011-ci ildə nail olaraq Müasir Psixologiya Mərkəzinin əsasını qoymuşdur. Bu həmin dövr üçün olduqca cəsarətli bir addım idi. Mərkəzdə uşaq psixologiyası, ailə psixologiyası, psixoloji testləşdirmə, reabilitaiya və idman, fizioterapiya, qrup terapiyası kimi birdən çox sahə üzrə fəaliyyət mövcuddur. Bütün bu sahələr üzrə isə mərkəzin komandası şəbəkə halında çalışır və yekun nəticəni birgə əldə edirlər. Aidə xanım özü isə uzun illər uşaq inkişaf sahəsi üzrə ixtisaslaşmış, artıq 7 ildir ki, böyüklərlə işləyir. O, hipnoterapiya, psixosomatik metod, sexterapiya, ailə terapiyası üzrə ixtisasartırmalarda olmuşdur. Aidə Sübhan həmçinin böyük sosial layihələrdə də aktiv şəkildə iştirak edir. O, Müaqsir Psixoloji Dəstək İctimai Birliyinin sədri, həmçinin Emotion qrupun rəhbəridir. Qrup "Övladımın psixoloquyam", "Sevgi əngəl tanımaz", "Günəşə salam" kimi böyük layihələrinə imza atmışdır. Aidə xanımın fəaliyyətində şəhid və qazi ailələri, övladları ilə yaxından maraqlanmaq böyük yer tutur, o, bu fəaliyyətində "Xarıbülbül fidanları" qrupu ilə birgə irəliləyir. İndi isə onun məqsədlərindən əsası elmi sahə üzrə addımlar atmaq, böyük konfranslar təşkil etməkdir. Aidə Sübhan hər zaman bu fikri müdafiə edir ki, psixoloqlar da insandır və mükəmməl olmaq məcburiyyətində deyillər.Aidə xanım isə mükəmməl bir klinik psixoloqdur və çalışmaları ilə Azərbaycana faydalı olma üçün hər zaman öz üzərində işləyir.

Ən müasir metodlara əsaslanan Müasir Psixologiya Mərkəzinin lideri peşəkar klinik psixoloq Aidə SübhanƏn müasir metodlara əsaslanan Müasir Psixologiya Mərkəzinin lideri peşəkar klinik psixoloq Aidə SübhanƏn müasir metodlara əsaslanan Müasir Psixologiya Mərkəzinin lideri peşəkar klinik psixoloq Aidə SübhanƏn müasir metodlara əsaslanan Müasir Psixologiya Mərkəzinin lideri peşəkar klinik psixoloq Aidə SübhanƏn müasir metodlara əsaslanan Müasir Psixologiya Mərkəzinin lideri peşəkar klinik psixoloq Aidə Sübhan


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1055   Tarix: 29 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

08.11.2026 154
.

Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video

"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"

08.11.2026 176
.

Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatından əvvəl son hazırlıq işləri görülüb. Baku TV-nin məlumatına görə, tədbir ərəfəsində məkanda azərbaycanlı və türkiyəli jurnalistlər bir araya gələrək həmkarları ilə söhbətləşiblər. Azərbaycanın xarici işlə

08.11.2026 176
.

Tramp: "ABŞ seçkiyə görə 3 trilyon dollar itirdi"

"Demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə nəticələnən aralıq seçkisinə görə ABŞ 3 trilyon dollar itirib". xəbər verir ki, bunu Floridadakı Con Kennedi adına Kosmik Mərkəzdə çıxış edərkən ABŞ Prezidenti Donald Tramp deyib. Ölkə başçısı oktyabr ayında iş yerlərinin sayının 165 min artdığın

08.11.2026 165
.

Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub

Seneqal sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ən azı 21 nəfər həlak olub. "Report" "Euronews"a istinadən xəbər verir ki, bu barədə Seneqalın Daxili İşlər Nazirliyi (DİN) bildirib. Axtarış-xilasetmə əməliyyatı davam edir, hələlik sağ qalan yalnız bir nəfər tapılıb

08.11.2026 148
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

08.11.2026 174
.

NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb

Ağ Evin yeni Aparat rəhbəri Stiven Miller ABŞ Prezidenti Donald Trampa İranla hərbi münaqişəyə son qoymağı tövsiyə edib. "Report"un məlumatına görə, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən xəbər verib. Məlumata görə, Miller Ağ Evin Aparat rəhbəri vəzifəsinə namizədliyin

08.11.2026 178
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

08.11.2026 154
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

08.11.2026 174
.