Uşaq evində böyüyən şəhidin qardaşı Sənana 2-otaqlı ev verilə bilərmi? - AÇIQLAMA

Uşaq evində böyüyən şəhidin qardaşı Sənana 2-otaqlı ev verilə bilərmi? - AÇIQLAMAÖtən gün Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov ona verilən 1-otaqlı evdən imtina edib. Buna səbəb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şəhid qardaşına 2-otaqlı mənzilin verməsindən imtina etməsi olub. Bu addım onunla əsaslandırılıb ki, qanunvericiliyə əsasən, Sənan şəhid ailəsi hesab olunmur. Nəzərə alsaq ki, Şəhid Səbuhi valideyn himayısindən məhrum olub və onun həyatda tək bir qardaşı var. Belə həssas məqamda şəhid qardaşına niyə qanunvericilikdə istisna hal qeyd olunmur? Qanun və qaydalara istisna hal tətbiq etmək olmazımı? Müvafiq qanunvericiliyə əsasən bu cür hallarla bağlı tədbir görülə bilərmi?

Milli Məclisin deputatı Razi Nurullayev BiG.AZ-a açıqlamasında bildirib ki, qanuna dəyişiklik etmədən də bu məsələ həll edilə bilər:

"Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov qanunvericiliyə görə şəhid ailəsi statusuna malik deyil. Amma bu, istisna haldır. Çünki Şəhid Səbuhi Əhmədov və qardaşı "SOS" uşaq evində, atasız və anasız böyüyüblər. Onun heç kimi yoxdur, ona görə də burada, lazımdırsa, qanuna dəyişiklik etmək olar. Amma qanuna dəyişiklik etmədən də bu məsələ çox yüngül şəkildə həll edilə bilər. Yəni aidiyyəti dövlət qurumu yuxarı orqanlarla məsləhətləşərək şəhidin qardaşına iki otaqlı mənzil verə bilər.

Bir otaqlı mənzilin verilməsini mən də doğru saymıram. Çünki bu adam ailəlidir və belə şəraitdə bir otaqlı mənzili nə edəcək? Bir otaqlı mənziləmi köçüb yaşayacaq?

İstisna hal kimi Sənan Əhmədova iki otaqlı mənzilin verilməsi onun haqqıdır. Ümid edirəm ki, Azərbaycanda bir nəfər vətəndaş, bir nəfər məmur tapmazsan ki, buna etiraz etsin. Etiraz edənlər də doğru yol tutmuş olmazlar. Ona görə də sözügedən məsələ aidiyyəti qurumlarla müzakirə olunmalı və kimsəsiz şəhid qardaşına mütləq şəkildə iki otaqlı mənzil verilməlidir.

Hesab edirəm ki, bu cür halların olması qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsini gündəmə gətirir. Ümid edirəm ki, məsələ ilə bağlı parlamentdə də müəyyən işlər aparılacaq".

Nuranə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1055   Tarix: 29 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

08.11.2026 154
.

Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video

"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"

08.11.2026 176
.

Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatından əvvəl son hazırlıq işləri görülüb. Baku TV-nin məlumatına görə, tədbir ərəfəsində məkanda azərbaycanlı və türkiyəli jurnalistlər bir araya gələrək həmkarları ilə söhbətləşiblər. Azərbaycanın xarici işlə

08.11.2026 176
.

Tramp: "ABŞ seçkiyə görə 3 trilyon dollar itirdi"

"Demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə nəticələnən aralıq seçkisinə görə ABŞ 3 trilyon dollar itirib". xəbər verir ki, bunu Floridadakı Con Kennedi adına Kosmik Mərkəzdə çıxış edərkən ABŞ Prezidenti Donald Tramp deyib. Ölkə başçısı oktyabr ayında iş yerlərinin sayının 165 min artdığın

08.11.2026 165
.

Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub

Seneqal sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ən azı 21 nəfər həlak olub. "Report" "Euronews"a istinadən xəbər verir ki, bu barədə Seneqalın Daxili İşlər Nazirliyi (DİN) bildirib. Axtarış-xilasetmə əməliyyatı davam edir, hələlik sağ qalan yalnız bir nəfər tapılıb

08.11.2026 148
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

08.11.2026 174
.

NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb

Ağ Evin yeni Aparat rəhbəri Stiven Miller ABŞ Prezidenti Donald Trampa İranla hərbi münaqişəyə son qoymağı tövsiyə edib. "Report"un məlumatına görə, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən xəbər verib. Məlumata görə, Miller Ağ Evin Aparat rəhbəri vəzifəsinə namizədliyin

08.11.2026 178
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

08.11.2026 154
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

08.11.2026 174
.