Azərbaycan Ordusunun Baş Qərargah rəisi Gürcüstanın müdafiə naziri ilə görüşdü - FOTO
Gürcüstana rəsmi səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sentyabrın 28-də bu ölkənin müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan müdafiə nazirinin salamlarını Gürcüstanın müdafiə nazirinə çatdıran general-polkovnik K.Vəliyev iki ölkə arasında hərbi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.
Görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin dostluq və qarşılıqlı etimad üzərində qurulduğu, dövlət başçılarının mütəmadi görüşlərinin əlaqələrimizin daha da güclənməsinə təkan verdiyi qeyd edilib.
Qarşılıqlı maraqlara cavab verən bu münasibətlərin regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına xidmət etdiyi bildirilib.
Tərəflər Azərbaycan ilə Gürcüstan arasında hərbi əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini xüsusi qeyd edib, maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
Görüşdən sonra Azərbaycan Ordusunun Baş Qərargah rəisi Tbilisinin mərkəzindəki Qəhrəmanlar meydanını ziyarət edib və Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların abidəsi önünə əklil qoyub.





BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 731 Tarix: 28 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda 12 uşağa görün nə adı qoyulub?
Azərbaycanda bəzi valideynlər yeni doğulan uşaqlarına meyvə və çərəz adları verirlər. BİG.AZ xəbər verir ki, ötən il 1 uşağa İnnab adı verilib. Son 5 ildə isə 2 uşağa Gilas, 6 uşağa Badam, 3 uşağa isə Püstə adı qoyulub
20.04.2026 611 Bu ölkədə məktəblərdə rus dilində danışmaq qadağan edilir
"Latviyada şagirdlərə məktəb ərazisində, hətta dərs olmayan vaxtlarda belə dövlət dilindən başqa dillərdə danışmağı qadağan edən bir sıra qanunlar qəbul edilib". "Qafqazinfo" xəbər verir ki, bu barədə "RİA Novosti"yə açıqlamasında Riqa Dumasının deputatı Aleksey Rosliko
20.04.2026 419 Qaranlıqda televizora baxmaq zərərlidir - XƏBƏRDARLIQ
Yatmazdan əvvəl televizora baxmaq sağlamlığa zərər verə bilər, lakin proqramları qaranlıqda izləmək daha da zərərlidir. xarici mediaya istinadən xəbər verir ki, çox vaxt insanlar televizoru yarıqaranlıqda izləməyə alışırlar və otağı minimum işıqlandırırlar. Bu vərdiş kinoteatrlardan gəlir orada fil
20.04.2026 312 İcra başçısının bank müdiri ilə görüşü tənqid olundu - Yenilənib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda yerləşən bank filiallarından birinin yeni təyin olunan müdirini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə icra hakimiyyətinin sosial şəbəkə səhifəsində məlumat verilib. Görüşdə M.Məmmədov filial müdirinə uğurlar arzulayıb
12:32 239 Gürcüstanda qeyri-adi qərar: məşhur milyarderin yaşadığı ərazi bağlandı
Gürcüstan hakim Gürcü Arzusu partiyasının qurucusu Bidzina İvanişvilinin yaşadığı Abastumani kurort şəhəri üzərində uçuşlara qadağa qoyulub. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Hakim partiyanın baş katibi Kaxa Kaladze jurnalistlərə açıqlamasında qərarın səbəbini belə izah edib: "Rəsədxanad
11:46 123 Tbilisidə nəhəng layihə: Trampın şirkəti 70 mərtəbəli bina tikir
ABŞ prezidenti Donald Trampın şirkəti olan Trump Organization Tbilisidə ən hündür göydələnin tikintisini planlaşdırır. xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, "Trump Organization" və tərəfdaşları təxminən 70 mərtəbəli, Gürcüsta
11:30 118 "Zarafat xoşuna gəlməyib, dərdini hər kəsə deyib" - Detallar+Video
Xəbər verdiyimiz kimi, Bakıda 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü sinif yoldaşının üzərinə spirt tökərək alışqanla yandırıb. "Qafqazinfo" xəbər verir ki, iddialara görə, şagirdlər arasında əvvəllər də münaqişələr yaşanıb. Qeyd edilib ki, xəsarət yetirən şagirdin məsələ il
20.04.2026 670 ABŞ-dan vətəndaşlarına çağırış: İraqı dərhal tərk edin!
ABŞ-ın Bağdaddakı səfirliyi vətəndaşlarını İraqa səfər etməməyə və orada olan vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb. xəbər verir ki, bu barədə səfirlik məlumatını yeniləyib. Eyni zamanda, səfirlik İranla əlaqəli silahlı qrupların ABŞ vətəndaşlarına və Vaşinqtonun maraqlarına qarşı yeni hücumla
20.04.2026 408 Maştağada evdən 8 min manatlıq qızıl oğurlandı
Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində sakinlərdən birinin evindən oğurluq edilib. Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sabunçu rayon Polis İdarəsi 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinənlər - N.Abbasov, O.Abbasov, F.Mövsümov və N.Vəliye
20.04.2026 437