500 qram yazıb, 450 qram çörək satanlarla bağlı AÇIQLAMA
Xəbər verdiyimiz kimi, "Bizim Market"də satılan, "Bakery" MMC-nin istehsalı olan çörəyin faktiki çəkisinin etiketdə göstərilən çəkidən az olması faktı müəyyən edilib. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin araşdırması nəticəsində istehlakçının çəkidə aldadıldığı müəyyən edilib.
Məsələ ilə bağlı BiG.AZ-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, çörəyin qiyməti sərbəst olmadığına görə istehsalda bu hallara yol verilir:
"Hər bir istehsal olunan malın standartı və yaxud texniki şərtləri olmalıdır. Həmin texniki şərtlərdə və standartlarda malın çəkisi, onun təsviri və s. göstərilir. Çörək biznesi ölkədə ən liberallaşmış bir seqmentdir. Kim harada, necə istəyir, istehsal edib sata bilir. Hazırkı vəziyyətdə bu işə nəzarət edən dövlət qurumu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətidir. Lakin onlar da bazarın bu subyektinə müdaxilə etmirlər. Əgər çörəyin etiketində, məsələn, 500 qram yazılıbsa və əslində 450 qramdırsa, bu, istehlakçıların aldadılmasıdır. Əgər texniki şərtlərində bu cür çəki qoyulubsa, bu, qanun pozuntusu deyil.
Digər bir məsələ isə sosial çörək, yaxud zavod çörəyinə dövlət orqanlarının təzyiqi məsələsidir. Əslində onların da qiyməti sərbəst olmalıdır. Zavod çörəyi istənilən qiymətə, istənilən çəkidə ola bilər. Lakin dövlət orqanları, adını çəkdiyimiz qurum onlara təzyiq göstərişi etdi. Hökümətin vəzifəsi odur ki, bazarda azad rəqabət şəraiti yaratsın, bazarda çoxlu oyunçular olsun, qiymət aşağı düşsün, keyfiyyət isə qalxsın. Sosial çörək istehsalçıları isə qırmızı xəttin üzərində işləyirlər. Əgər dövlət onlara bir az da təzyiq etsə, onlar ya bağlanacaq, ya da qiymətləri sərbəst olan çörəklərə keçəcəklər. Düşünürəm ki, hökümət bu barədə müəyyən iş aparmalıdır. Aydındır ki, çörək bu cür təzyiq altında hazırlandıqda, yəni qiymətə bu qədər təzyiq edildikdə, keyfiyyət aşağı düşər, çəki də azalar. Düşünürəm ki, hökumət bu təzyiqdən əl çəkməlidir".
Nuranə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 887 Tarix: 28 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQazaxıstan futbolunda yeni səhifə: Niderlandlı mütəxəssislə razılıq əldə olundu
Qazaxıstan Futbol Federasiyası (KFF) milli komandanın baş məşqçisi postuna niderlandlı mütəxəssis Con van't Sxipi gətirməklə bağlı yekun razılıq əldə edib. xəbər verir ki, bu barədə KFF-nin rəsmi saytı məlumat yayıb. Mütəxəssisin bu vəzifəyə təyinatı qurumun nizamnaməsinə əsasən, KFF İcraiyyə Komitəsini
07.08.2026 274 Gədəbəydə 3 məktəb bağlandı: Şagird və müəllimlərin aqibəti necə olacaq?
Gədəbəy rayonunda 3 məktəbin fəaliyyəti dayandırılıb. Bunlar Gədəbəy şəhəri 4 nömrəli məktəbi, Toplar kənd məktəbi və Günəşli kənd məktəbidir. Məlumata görə, məktəblərin fəaliyyəti dayandırılarkən buna səbəb kimi şagird sayının normadan aşağı olması göstərilib. Bəs bağlanan məktəblərin şagirdləri təhsillərin
07.08.2026 270 18 yaşlı ana 3 aylıq körpəsini öldürdü
Rusiyanın Krasnoyarsk diyarında 18 yaşlı ana üç aylıq oğlunu öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə avqustun 5-də Ujur şəhərində baş verib. İlkin məlumata görə, gənc qadın uşağı və valideynləri ilə birlikdə yaşayırmış. Səhər saatlarında körpə ilə evdə tək qalıb və ağlayan uşağı sakitləşdirməy
07.08.2026 275 "Oğlu Almaniyada təhsil alır, Azərbaycana gəlib-gəlmədiyini bilmirəm"
Mərhum aktrisa Çimnaz Sultanovanın oğlu hazırda Almaniyada təhsil alır. Anasının vəfatından sonra onun Azərbaycana gəlib-gəlməməsi barədə məlumatım yoxdur. Bunu aktrisa Sonaxanım Əliyeva Qaynarinfo-ya açıqlamasında deyib. Aktrisa mərhumun yaxınları ilə əlaqə saxlamadığını bildirib:. "Ona görə d
07.08.2026 410 Bu universitetlər BAĞLANA BİLƏR - XƏBƏRDARLIQ
Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ali təhsil müəssisələrinin fəaliyyəti məsələsini yenidən gündəmə gətirib. Bu qərar universitetlərin keyfiyyət standartlarına uyğunluğu, tədris və idarəetmə prosesləri, maddi-texniki baza və digər tələblərin nə dərəcədə vacib olduğunu göstərir
07.08.2026 452 Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovu
07.08.2026 259 Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı referendum niyə mümkünsüzdür?
"Ermənistanın Avropa İttifaqına (Aİ) ehtimal olunan üzvlüyü ilə bağlı referendumun hazırkı mərhələdə təşkili qeyri-mümkündür". xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan məlumat verib. Siyasətçinin mövzu ilə bağlı çıxışının videogörüntüsü onun "Facebook" sosia
07.08.2026 212 Ən ağıllı insanların iki qəribə xüsusiyyəti - Psixoloqlar AÇIQLAYIR
Kütləvi şüurda çox ağıllı insan obrazı adətən eyni cür görünür: o, həmişə öz əməllərində əmindir, tez düzgün qərarlar qəbul edir, təmkinini qoruyur və heç vaxt şübhə etmir. xarici mediaya istinadən xəbər verir ki, psixoloqlar reallıqda yüksək intellektin çox vaxt tamamilə başqa cür təzahür etdiyini iddi
07.08.2026 281 "Azərlotereya"nın "Poz-Qazan" oyunları iyulda 15,7 milyon manatdan çox uduş qazandırıb
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın tirajlı lotereyaları və "Poz-Qazan" oyunları üzrə iyul ayında növbəti böyük uduşlar qeydə alınıb. Belə ki, ötən ay tirajlı lotereyalar arasında ən böyük uduş "Super Keno" oyununda qazanılıb
07.08.2026 231