"Qalib Azərbaycan əsgəri üçrəngli bayrağımızı Şuşada dalğalandırmaqla yeni bir tarix yazdı"

"Qalib Azərbaycan əsgəri üçrəngli bayrağımızı Şuşada dalğalandırmaqla yeni bir tarix yazdı""2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü, 44 gün davam edən Vətən müharibəsi şanlı Ordumuzun rəşadəti, Ali Baş Komandanın qətiyyəti sayəsində Ermənistan və ona havadarlıq edənlərin məkirli siyasətinin puç olması ilə başa çatdı. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq, Azərbaycan qələbə qazandı və tarixi ədalət bərpa olundu. Azərbaycan Ordusu şəhidlərin qanını yerdə qoymadı. Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. 27 Sentyabr Anım Günündə də bütün xalqımız şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad edir".

Bu sözləri BiG.AZ-a Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

O qeyd edib ki, xalq-iqtidar birliyi, güclü ordu tandemi nəhayətdə döyüş meydanında işğalçının məğlub edilməsi ilə bitdi:

"Ermənistan ordusunun "məğlubedilməzliyi" haqqında uydurulan miflər darmadağın edildi. Azərbaycan əsgərinin rəşadəti qarşısında erməni əsgəri ancaq qaçmaqla xilas ola bildi. Düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan özünün dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü təmin etdi. BMT Təhlükəsizlik Şurasının ərazilərimizin erməni silahlılarından boşaldılması ilə bağlı qətnamələrini Azərbaycan təkbaşına icra etdi".

Deputat bildirib ki, 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk qrupu fəaliyyəti dövründə problemin həllinə yox, dondurulmasına çalışıb və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalıb:

"Minsk qrupu həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslədi, münaqişənin həlli ilə bağlı qəbul olunmuş beynəlxalq qətnamələr kağız üzərində qaldı. Məsuliyyətli ölkə olaraq, Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirib və münaqişənin danışıqlar yolu həllinə çalışmışdı. Bu dövrdə dünyanın mötəbər beynəlxalq təşkilatı olan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirdi, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətləndi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı. Beynəlxalq birlik bu sənədlərin icra olunması üçün Ermənistana heç bir təzyiq göstərmədi".

Millət vəkili hesab edir ki, 30 ilə yaxın münaqişənin tənzimlənməsində vasitəçi olan qurumların heç bir fəaliyyət göstərməməsi və bunun əksinə olaraq, işğalçıya dəstək olmaması xalqımızın haqlı narazılığı ilə qarşılanırdı:

"Ona görə də, Azərbaycan xalqı pozulmuş hüquqlarının bərpasını ancaq Ali Baş Komandanın qətiyyətindən, ordumuzun gücündən gözləyirdi. Çünki ATƏT-in Minsk Qrupu kimi tarixin arxivinə göndərilmiş təşkilatlar ancaq status-kvonun saxlanılmasına çalışıb. Amma Azərbaycan özünün hərbi gücü ilə döyüş meydanında bütün stereotipləri sındırdı.

Qalib Azərbaycan əsgəri üçrəngli bayrağımızı Şuşada dalğalandırmaqla yeni bir tarix yazdı. Bu, eyni zamanda yeni bir reallıq idi. Bu reallığın müəllifi Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Məhz bu uğurlu strategiya bölgədə sülhü, təhlükəsizliyi, əməkdaşlığı ehtiva edir. Azərbaycanın müharibədən dərhal sonra Ermənistana təklif etdiyi 5 bənddən ibarət sülh konsepsiyası da bir-birinin ərazi bütövlüyünü, sərhədlərini tanımaq və beynəlxalq hüquqa əsaslanan münasibətlər formalaşdırmağa hesablanıb. Amma çox təəsüf ki, özünün işğalçı, təxribatçı və təcavüzkar mahiyyətindən imtina edə bilməyən Ermənistan ona uzanan sülh əlini tutmaq üçün cəsarət tapmır. Bunun əksinə, təxribatlara əl atır ki, bu da qarşı tərəfə böyük itkilər hesabına başa gəlir. Çünki bu gün bölgədə Azərbaycan özünün malik olduğu imkanlarla bu bölgədə söz sahibidir. Cənubi Qafqazda sülh strategiyası üçün ölkəmiz açıq mövqe ortaya qoyub. Bu, bölgədə mövcud olan digər dövlətlərin də qarşılıqlı maraqlar müstəvisində inkişafına hədəflənib. Bütün bunlar onu deməyə əsas verir ki, bu regionun çox böyük işıqlı gələcəyi var və burada əsas təkanverici qüvvə Azərbaycandır".

Nuranə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1312   Tarix: 27 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.