Media Reyestrinin olmasının jurnalistlər üçün hansı üstünlükləri var? - AÇIQLAMA
""Media haqqında" Qanunun qəbulundan sonra Media Reyestri bu günlərdə fəaliyyətə başlayacaq. Bu, bəzən jurnalistləri qorxudur, bəzən yanlış başa düşülür. Amma ümumilikdə demək lazımdır ki, Media Reyestrinin olması jurnalistlər üçün, ciddi redaksiyalar üçün çox böyük dividend gətirir. Media Reyestrinə qeydiyyata düşmək subyekt kimi artıq tanınmaq deməkdir. Yəni bir media vasitəsi artıq media subyekti kimi tanınacaq".
Bu sözləri Sonxeber.az-a açıqlamasında Səs İnformasiya Agentliyinin (SİA) baş direktoru Bəhruz Quliyev Media Reyestrinin fəaliyyətə başlaması ilə bağlı danışıb.
B.Quliyev bildirib ki, Media Reyestrinin olması ciddi resurslar üçün yalnız müsbət haldır:
"Ənənəvi olaraq media subyekti kimi tanınan redaksiyanın jurnalistləri qeydiyyatdan keçəcək. Ümumiyyətlə, jurnalistlərin media reyestrindən qeydiyyatdan keçməsi jurnalist üçün yalnız müsbət haldır. Belə ki, burada jurnalistlər dövlətin imtiyazlarından istifadə edə bilir. Eyni zamanda, ona verilən vəsiqə artıq legal sayılır və bütün dövlət qurumları tərəfindən tanınır. Bu, digər jurnalistləri qorxutmasın. Yəni bura jurnalistlərin qeydiyyatdan keçməsi könüllüdür, onlar keçməyə də bilərlər. Belə ki, jurnalistin işlədiyi redaksiyanın vəsiqəsi də kifayyət edir.
Ümumiyyətlə, burada məhdudlaşdırma yoxdur ki, redaksiya öz əməkdaşına vəsiqə verməsini qadağan etsin və s. Redaksiya öz əməkdaşına vəsiqələrin verilməsində heç bir problem yaratmamalıdır və bu vəsiqə də etibarlıdır. Lakin hesab edirəm ki, reyestrdən keçən jurnalistlərə verilən vəsiqələr rəsmi qurum tərəfindən verilən vəsiqə kimi daha etibarlıdır. Burada uduşumuz odur ki, bu, medianın sağlamlaşmasına doğru atılmış bir addımdır. Təəssüf ki, artıq mediada qeyri-sağlam jurnalist adını qoyub fəaliyyət göstərən bəzi ünsürlər də var. Jurnalist adlandırmaq istəmədiyim bu tip jurnalistlərin qeydiyyat məsələsində bəzi davranışların qarşısı alınacaq. Bu məsələdə pis bir şey yoxdur. Hesab edirəm ki, medianın reyestrdən keçməsi ciddi resurslar üçün yalnız üstünlük olacaq, irəliyə doğru atılmış bir addım kimi dəyərləndiriləcək və biz onun real nəticəsini görəcəyik".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 896 Tarix: 27 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Geyimlərini hərraca çıxaracaq
Xalq artisti Nazpəri Dostəliyeva sərgi keçirəcək. Axşam.az xəbər verir ki, müğənni geyimlərini nümayişə çıxaracaq. Bu haqda Dostəliyeva "Qonaqcanlı" proqramında deyib. O bildirib ki, illərdir konsertlərində, kliplərində geyindiyi paltarları satacaq:. "Hansı konsertdə hansı geyimlərim olu
14:59 201 Metrodakı problem sərnişinləri çətin vəziyyətdə qoydu
Bakı metrosunda baş verən texniki nasazlıq digər nəqliyyat vasitələri ilə gedişi də çətinləşdirib. "Qafqazinfo" xəbər verir ki, həmçinin problem paytaxt küçələrində sıxlığa səbəb olub. Nəticədə əsas yol hərəkəti istiqamətlərində əlavə yüklənmə qeydə alınıb. Xüsusilə universitetlərin yerləşdiy
14:46 306 Xəbər saytlarında istinad problemi: etibarlılıq sual altındadır - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA
Son dövrlərdə xəbər saytlarında yayımlanan materiallarda istinad mənbələrinin göstərilməməsi diqqət çəkən problemlərdən birinə çevrilib. Bu hal oxucular arasında məlumatın etibarlılığı ilə bağlı suallar doğurur və jurnalistikanın əsas prinsiplərindən olan şəffaflıq məsələsini yenidən gündəmə gətirir
15:27 161 Simonyan: Qaz bahalaşarsa, Ermənistan AİB və KTMT-dən çıxa bilər
Ermənistan Parlamentinin sədri Alen Simonyan Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində Türkiyədə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb. Görüş zamanı Simonyan bildirib ki
11:43 203 Sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti - Açıqlandı
Ötən gün Bakıda 286 nömrəli məktəbdə sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti açıqlanıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hazırda şagirdin müalicəsi davam etdirilir: "Ötən gün yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzini
11:27 367 Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Azərbaycanda həbsdə olan separatçı Ruben Vardanyan ailəsi ilə telefon danışığı aparıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "Sputnik Ermənistan" yayıb. Bildirilib ki, söhbət zamanı R.Vardanyan Ermənistan ombudsmanı Anait Manasyana müraciət ünvanlayıb. O, həmin müraciətind
16:08 158 Məktəblərdə zorakılıq niyə artır? Son hadisə suallar doğurur - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Son vaxtlar təhsil müəssisələrində baş verən zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq yaratmaqda davam edir. Dünən məktəblərdən birində qeydə alınan dəhşətli hadisə isə bu problemin nə qədər təhlükəli həddə çatdığını bir daha göstərdi. Belə ki, şagirdlər arasında yaranan mübahisə faciəvi sonluğ
10:53 406 Azərbaycanda 12 uşağa görün nə adı qoyulub?
Azərbaycanda bəzi valideynlər yeni doğulan uşaqlarına meyvə və çərəz adları verirlər. BİG.AZ xəbər verir ki, ötən il 1 uşağa İnnab adı verilib. Son 5 ildə isə 2 uşağa Gilas, 6 uşağa Badam, 3 uşağa isə Püstə adı qoyulub
20.04.2026 673 Sakinlərin nəzərinə: Bəzi ərazilərdə su olmayacaq
Sumqayıtın bəzi ərazilərində su olmayacaq. Qaynarinfo xəbər verir ki, bu barədə Sumqayıt Sukanal İdarəsi məlumat yayıb. "Sumqayıt şəhərnin bəzi hissələrini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar aprelin 21-də səhər saat 09:00-dan axşam saatlarınadə
10:22 239