"Necə olur ki, Azərbaycan öz ərazisindən ermənilərə dəhliz verir və bunu Ermənistanın işğalı kimi qəbul etmir, amma Ermənistan...?!"

"Necə olur ki, Azərbaycan öz ərazisindən ermənilərə dəhliz verir və bunu Ermənistanın işğalı kimi qəbul etmir, amma Ermənistan...?!""27 sentyabr 2020-ci il Azərbaycan xalqının öz ərazi bütövlüyünü bərpa etmək üçün hərbi-siyasi iradə ortaya qoyaraq Vətən uğrunda mübarizəyə başladığı gündür. 90-cı illərin əvvəllərində, 1988-1993-cü illərdə Ermənistan Azərbaycana qarşı işğalçılıq müharibəsi apararaq onun torpqalarının 20 faizini işğal etmişdi. 1993-cü ildə, aprel ayından noyabr ayına qədər olan müddətdə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası ermənilərin qeyd-şərtsiz Azərbaycan torpaqlarını azad etməsi ilə bağlı qəbul etdiyi 4 qətnamə ötən 30 il ərazində yerinə yetirilmədi. Bütün bunlar azmış kimi, Ermənistan daima Azərbaycana qarşı, beynəlxalq müstəvidə sivil Azərbaycan vətəndaşlarına qarşı təxribatlar törətməklə, snayperlər və digər hərbi vasitələrlə azərbaycanlılara öz təcavüzünü edib".

Bu sözləri BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Məmmədov 27 sentyabr – Anım Günü ilə bağlı danışarkən deyib.

Millət vəkili qeyd edib ki, 44 gün davam edən müharibədə Azərbaycan Ordusu ölkənin beynəlxalq hüquqla tanınan sərhədlərinə çıxaraq Azərbaycanın ərazi bütövlüyünü təmin etdi:

"Eyni zamanda, 2020-ci ilin iyul ayının 13-14-ündə Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək Azərbaycanın Avropanın alternativ enerji təhlükəsizliyini təmin edən neft və qaz kəmərlərini atəş altına aldı. Belə olan halda Azərbaycan beynəlxalq hüququ, eyni zamanda BMT-nin qəbul etdiyi 4 qətnaməni yerinə yetirmək üçün müstəqil qərar qəbul edərək erməni işğalçılarına layiqli cavab vermək, beynəlxalq hüququ bərpa etmək, öz ərazi bütövlüyünü təmin etmək üçün mübarizəyə qalxdı və 44 gün davam edən müharibədə Azərbaycan Ordusu onun beynəlxalq hüquqla tanınan sərhədlərinə çıxaraq Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Nəticədə, Cənubi Qafqazda ermənilər tərəfindən pozulan sülhün və inteqrasiyanın təmin olunması üçün əlverişli zəmin, şərtlər yarandı.

Rusiya Federasiyasınının təminatçılığı və vasitəçiliyi ilə 10 noyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya prezidenti arasında üçtərəfli bəyanat imzalandı. Bəyanat mövcud şərtlərdə hələ də Azərbaycan ərazisində qalan erməni silahlı birləşmələrinin tamamilə Azərbaycan ərazisindən çıxarılmasını tələb edirdi. Bununla bağlı Ermənistanın Baş naziri öhdəçilik götürdü. Eyni zamanda, bəyanat kommunikasiyaların açılmasını və münaqişəyə qədərki dövrdə olan demoqrafik balansın bərpa olunmasını özündə əks etdirirdi.

Lakin hazırda, ikinci ilini qeyd etdiyimiz postmüharibə dövrünə baxmayaraq, ermənilər bu günə qədər götürdükləri öhdəçiliyi yerinə yetirmirlər. Ermənistanın Baş naziri Nikol Paşinyan kommunikasiyaların açılmasını qəbul etmir. Eyni zamanda, hələ də Azərbaycan ərazisində erməni icmasının yaşadığı yerlərdə, yəni Qarabağda Ermənistan silahlı birləşmələri var. Bu, beynəlxalq hüququn pozulmasıdır, bu, Ermənistanın hələ də işğalçılıq siyasətindən əl çəkməməsidir.

Bütün bunlar azmış kimi, Azərbaycan öz ərazilərində yaşayan ermənilərə Ermənistana sərbəst gediş-gəliş üçün Laçın dəhlizi yaratmaqla və onların təhlükəsizliyini təmin etməklə şərtlər formalaşdırdığına baxmayaraq, Azərbaycanın qərb rayonlarına və Naxçıvan Muxtar Respublikasına Ermənistan ərazsindən keçəcək dəhlizin açılması ilə bağlı Ermənistan heç bir addım atmır və Azərbaycanın bununla bağlı tələblərini Ermənistana qarşı ərazi iddiası kimi qəbul edir.

Bəs necə olur ki, Azərbaycan öz ərazisindən ermənilərə dəhliz verir və bunu Ermənistanın işğalı kimi qəbul etmir, amma Ermənistan bunu özünə qarşı ərazi iddiası hesab edir?!

Göründüyü kimi, müharibədən dərhal sonra qalib dövlət kimi Azərbaycanın sülh təklif etməsini və beynəlxalq hüquqa söykənən 5 baza prinsipini irəli sürməsini Ermənistan qeyri-ciddiyə alır və regionda sülh istəmir. Bunun da çoxsaylı səbəbləri var. Səbəblərdən biri Ermənistanın daxilində olan revanşistlərlə radikal qüvvələrdir, eləcə də Paşinyanın siyasi komandasının səmərəli fəaliyyət göstərməməsi və sülh istəməməsidir. Digər səbəb isə xaricdə olan bəzi mərkəzlərin Cənubi Qafqazı öz geosiyasi ambisiyalarının rəqabət meydançasına çevirmək cəhdləridir.

Lakin buna baxmayaraq, Azərbaycan yenə sülh üçün çalışır, kommunikasiyaların açılmasında israr edir və yalnız mümkün inteqrasiya və kommunikasiyaların açılması nəticəsində Qafqaza daimi və uzunmüddətli sülh gəlməsini həmişə gündəmdə saxlayır. Çox təəssüf ki, yenə bir neçə gün bundan öncə Ermənistanın Baş naziri Azərbaycanın sülh cəhdlərini heçə endirəcək iddialarla çıxış etdi, BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edərkən yenə də sülh mesajları vermədi. Ancaq Azərbaycan bütün hallarda qalib ölkə kimi və Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiyanı yaradan güclü dövlət kimi sülhdə maraqlıdır, sülh istəyir və buna nail olmağa çalışacaq".

Nuranə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1428   Tarix: 27 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.