"Xəzər TV"yə xəbərdarlıq edildi
Audiovizual Şurası "Xəzər TV"yə xəbərdarlıq edib.
BiG.AZ xəbər verir ki, bu barədə Şuradan bildirilib.
Qeyd olunub ki, Audiovizual Şuranın onlayn formatda iclası keçirilib.
İclasda ümumölkə yerüstü televiziya yayımçısı olan "Xəzər TV" MMC-nin "Xəzər TV" redaksiyasının (kanalının) efirində 22.09.2022-ci il tarixdə "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.12-ci maddəsinin tələbinin (parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməməlidir) pozulması faktı müzakirə olunmuşdur.
Belə ki, "Xəzər TV" televiziya redaksiyasının "Xəbər ertəsi" proqramında 22 sentyabr 2022-ci il tarixdə saat 09.14 – 09.22 arası Binə qəsəbəsində yaşayan bir ailənin evində baş verməsi iddia olunan paranormal hadisələrlə bağlı süjet yayımlanmışdır. Bu xəbərin yayımlanması zamanı redaksiyanın müxbiri aşağıdakı fikirləri səsləndirmişdir:
"Qəribə varlıqlar əşyaların yerini dəyişir, evi daşlayır, qabları sındırır, qorxulu səslər çıxarır...biz də 10-15 dəqiqədir ki, artıq evin içindəyik və bir neçə hadisəni görürük. Bizim burada olduğumuz müddətdə qənd, daş və digər cisimlər atıldı. İndicə elə telefonu bura atdılar".
Daha sonra süjetdə "Mən sizə əzab çəkdirəcəm. Ən sonda ehtiyacım olanı alıb gedəcəm" yazısı olan kağız nümayiş etdirilmişdir ki, müxbir ev yiyəsinin bu yazının hansısa varlıqlar tərəfindən yazıldığını iddia etdiyini demişdir.
Bundan başqa süjetdə ezoterik, ekstrasens kimi təqdim edilən Zirəddin Rzayev adlı şəxsin fikirlərinə də yer verilmişdir:
"Bu kimi hallar tez-tez baş verir. Tarixdə görünən hallardır. Bəzən paralel aləmdən insanların beyinlərinə təsir edərək, doğmalarına, adamlara xəsarət yetirirlər, paltarlarını kəsirlər...bu cür halların qarşısının alınması insanların dini inanclarına bağlıdır".
Efirdə bu cür reportajların yayımlanması ilə yanaşı həmin reportajda baş verməsi iddia olunan paranormal hadisəyə redaksiyanın (hazırki halda müxbirin) faktı doğrulayan, təsdiq edən münasibəti, eyni zamanda özünü ekstrasens kimi təqdim edən şəxsin fikirlərinə yer verilməsi yayımçı tərəfindən parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə imkan yaradılması hesab olunur və bununla da "Media haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq tələbi pozulur.
Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası ümumölkə yerüstü televiziya yayımçısı olan "Xəzər TV" MMC-yə ("Xəzər TV" televiziya redaksiyası) belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1500 Tarix: 26 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏrdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha
08.11.2026 202 Ərdoğan Xocalı Soyqırımı Memorialının xatirə kitabına ürək sözlərini yazıb - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazıb
08.11.2026 163 "Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib
Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy
08.11.2026 123 Qubernator ABŞ prezidentliyinə namizəd olur: Pul toplamağa başladı
ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək növbəti prezident seçkisində öz namizədliyini irəli sürmək üçün hazırlıqlara başıayıb. xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. Məlumata görə, Desantis Respublikaçılar Partiyasından ABŞ prezidentliyin
08.11.2026 163 Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
"Türkiyə və Azərbaycan arasında əlaqələr gündəlik məsələ deyil, çox uzun əsrlərə söykənir və əbədi qardaşlıq, ortaq taledir". xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının İdarə Heyətinin üzvü, millət vəkili Kürşad Zorlu "Haber Global" telekanalına müsahibəsində deyib
08.11.2026 205 Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
08.11.2026 164 Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video
Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü
08.11.2026 221 Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly
08.11.2026 173 Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb
08.11.2026 188