"Qətliam"larla ad çıxaran "Prius" probleminin həlli nədədir? - ÇIXIŞ YOLLARI

"Qətliam"larla ad çıxaran "Prius" probleminin həlli nədədir? - ÇIXIŞ YOLLARISon vaxtlar ölkədə "Prius" avtomobillərinin iştirakı ilə baş verəb qəzaların sayı artmaqdadır. Bu statistika günbəgün artır. Hər gün demək olar ki, sözügedən maşınlar qəza törədir. Xüsusilə Bakıda sayı çox olan bu avtomobillərin sürücüləri qəzalı şərait yaradaraq özlərini və ətrafdakıları təhlükəyə atırlar. Onu da qeyd edək ki, bu qəzalar əsasən də taksi sürücülərinin iştirakı ilə baş verir. Bu yol qırğınının səbəbi nəqliyyat vasitələridir ya onu idarə edən sürücülər? Problemin kökündə nə dayanır?

Mövzu ilə bağlı BiG.AZ-a danışan yol nəqliyyatı üzrə ekspert İlqar Hüseynov bildirib ki, "Prius" avtomobillərinin idarə edilməsində bəzi mürəkkəb məsələlər var və bunun öhdəsindən ancaq peşəkar sürücü gələ bilər:

"Bu problemin mahiyyətində bir çox amillər dayanır. Əvvəla, regionlarda kifayət qədər işsizlik mövcüddur. Regionda işsiz qalan insanlar internet üzərindən, yaxud müxtəlif şəbəkələr üzərindən özəl sektorda fəaliyyət göstərən taksi şirkətlərinə müraciət edirlər. Regionda işsiz qalan gənclər, ümumiyyətlə sürücülük vəsiqəsi olan insanlar elan əsasında müqavilə bağlayırlar və şirkət onlara "Prius" markalı maşın verir.

Digər tərəfdən, nəqliyyatın idarə edilməsi özü də böyük bir təcrübədir. Təsadüfi deyil ki, nəqliyyat vasitəsinin şəhərin paytaxt daxilində idarə olunması ilə rayonlarda idarə olunması arasında kifayyət qədər fərqli nüanslar var. Burada qaydalar çoxdur və müxtəlifdir. İstər şəhər yol hərəkəti qaydalarında, istərsə də yol nişanlarında.

Bildiyimiz kimi, ölkədə sürücülük vəsiqəsi ilə bağlı çox ciddi problemlər yaşanır. Bir çoxlarının sürücülük vəsiqəsini vasitəçilik yolu ilə aldığı heç kəsə sirr deyil. Bununla da bəziləri yol hərəkəti qaydalarını, nişan tələblərini tam olaraq bilmədən, sadəcə sürücülük vəsiqəsini alıb gəlir və Bakıda həmin o özəl şirkətlərdə taksi xidmətinin icrası ilə məşğul olurlar. Onların heç birilə təlim-məşq keçirilmir, bilik səviyyələri test olunmur. Azərbaycanda sürücülərlə bağlı, istər taksi sürücüsü olsun, istərsə də avtobus sürücüləri, ictimai sektorda nəqliyyatla yük daşınma xidmətini həyata keçirən şirkətlər öz işçiləri üzərindən bu tələblərin heç birinə əməl etmirlər, ancaq maşınların sayını artırırlar. Burada, həmçinin, nəqliyyat vasitəsinin texniki imkanları nəzərə alınmalıdır.

Bildiyimiz kimi, "Prius"lar hibrid avtomobillərdir, elektromobildir. Nəqliyyat vasitəsinin mühərrikində də müxtəlif əvəzləmələr zamanı peşəkar sürücü bilməlidir ki, bunu necə idarə etmək olar. Yəni burada mürəkkəb məsələlər var".

Ekspert sığorta şirkətlərinin bu avtomobillərin icbari sığortasından imtina etməsinə də münasibət bildirib:

"Düşünürəm ki, sığorta şirkətlərinin bu maşınları sığorta etməmək kimi özəl qaydaları olmamalıdır. Bu, konstitusion hüquqların pozulması deməkdir. İstənilən bir sığorta şirkəti öz üzərinə öhdəlik götürüb onu birbaşa sığortalamalıdır. Azərbaycan vətəndaşı və mülkiyyət hüququna malik şəxsin sığortadan imtina cavabı alması qanuna adekvat deyil. Bunun qarşlıqlı həlli yolu tapılmalıdır və şərtlər dəyişə bilər. Amma birdəfəlik sığortadan imtina etmək sığorta olunmaq istəyən şəxsin konstitusion hüquqlarının pozulmasıdır. Əvvəl-axır bunu hər hansı sığorta şirkəti sığortalamalıdır. İstənilən halda, hər bir nəqliyyat növü sığortalanmalıdır".

İ.Hüseynov bildirib ki, əsas məsələ "Prius" avtomobillərinin düzgün idarə olunmasındadır:

"Tələbi təklif bazar yaradır. Bu gün bizdə heç bir taksometrlər qoyulmayıb. Buna görə də bazar liberaldır. Yəni taksi şirkətləri əsasən başqa ölkələrindir və onların provayderləri ilə, yazdığı proqramlarla idarə olunur. Vergini ödəyir və kilometraja görə yaxud pik saata görə istədiyi qiymətə dəyişə bilir. Tarif orada üzən məzənnə rejimindədir. Yəni bu, yolların şəhərin nəqliyyat sıxlığına görə müəyyənləşdirilir. Azərbaycanda taksi bazarında rəqabət mühiti var. Buna görə də bu bazarda tələb-təklif istinadında maşınların sayı günbəgün artır. Elə insanlar var ki, 100-200 minlik əmlakını satıb 10-20 ədəd "Prius" avtomobili gətizdirir və fiziki şəxs kimi taksi şirkətləri ilə müqavilə bağlayıb xidmət göstərmək üçün onların sərəncamına verir.

Avtomobillərin belə də artımı var. Yəni artıq bəzi fiziki şəxslər bizneslərini bu sahəyə yönəldirlər. Buradan yaranır çoxalmanın səbəbi. Ölkəyə kifayyət qədər istifadə olunmuş nəqliyyat vasitəsi daxil olur. Bu tələbatı bazar yaradır.

"Prius"lara yaranan tələb taksi bazarı ilə bağlıdır ki, bu maşınların artımına səbəb olur. Təhlükəsizlik məsələsində bilavasitə bu xidməti həyata keçirən şirkətlər də məsuliyyət daşıyır. Məsuliyyət ondan ibarətdir ki, götürdüyü işçi geyimindən tutmuş sürücülük qabiliyyətinə qədər uyğun olmalıdır. Azərbaycanda bu gün "Prius qətliyamı" adlı termin çıxıb.

"Prius"a nə olub ki? Normal avtomobildir, sadəcə yaxşı idarə etmək lazımdır. Qəzanı törədən sürücüdür. Əgər qəzaların sayı çox olursa, deməli, şirkət bilik və bacarığı olan normal sürücü işə götürmür, yaxud onları bacarığın artırılması yönündə təlimləndirmir. Kontraktorun iki tərəfi var. Biri şirkət, digəri həmin avtomobili idarə edən fiziki şəxsdir.

Digər tərəfdən, bu xidmətə nəzarət edən qurum var – Bakı Nəqliyyat Agentliyi. BNA bu şərtləri və tələbləri sərtləşdirməlidir. Bəzi taksi şirkətləri var ki, bunlara nəzarət BNA tərəfindən həyata keçirilir. Lisenziyanı da BNA verir. BNA-nın nizamnaməsində də yazılır ki, avtobuslara və taksi xidmətinə nəzarət funksiyasını dolayısı ilə həyata keçirən qurum Bakı Nəqliyyat Agentliyidir. Birbaşa isə Bakı Şəhər İcra Hakimiyyətidir".

Ekspert qeyd edib ki, "Prius" avtomobilləri ekoloji cəhətdən faydalıdır, sadəcə onların idarə edilməsində nəzarət mexanizmi yoxdur:

"Bu avtomobillərin ölkəyə gətirilməsinə məhdudiyyət qoymaq lazım deyil. "Prius" ekoloji cəhətdən faydalıdır, dünya bu gün elektromobillərdən hibridlərə doğru gedir. Sadəcə bizdə bunun təkmilləşməsi yoxdur, burada nəzarət mexanizmi qurulmalıdır. Problem odur ki, ölkədə peşə təhsil məktəbi adı formaldır, sadəcə adı var. Təəssüflər olsun ki, peşə təhsili müəssisələrində bu taksi xidmətini həyata keçirmək üçün təlim və tədris mexanizmləri, metodları olsa da, icra olunmur. Yəni peşə təhsilinə önəm vermək lazımdır. Peşə təhsilini gücləndirmək lazımdır. Ölkədə çox müasir standartlara cavab verən peşə təhsili mərkəzləri qurulmalıdır və həmin peşə təhsili mərkəzlərində bilavasitə sürücülük kursları təşkil edilməlidir ki, sürücülər taksi xidmətini həyata keçirə bilsinlər".

Nuranə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1085   Tarix: 26 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha

08.11.2026 202
.

Ərdoğan Xocalı Soyqırımı Memorialının xatirə kitabına ürək sözlərini yazıb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazıb

08.11.2026 163
.

"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy

08.11.2026 123
.

Qubernator ABŞ prezidentliyinə namizəd olur: Pul toplamağa başladı

ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək növbəti prezident seçkisində öz namizədliyini irəli sürmək üçün hazırlıqlara başıayıb. xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. Məlumata görə, Desantis Respublikaçılar Partiyasından ABŞ prezidentliyin

08.11.2026 163
.

Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video

"Türkiyə və Azərbaycan arasında əlaqələr gündəlik məsələ deyil, çox uzun əsrlərə söykənir və əbədi qardaşlıq, ortaq taledir". xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının İdarə Heyətinin üzvü, millət vəkili Kürşad Zorlu "Haber Global" telekanalına müsahibəsində deyib

08.11.2026 205
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

08.11.2026 164
.

Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video

Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü

08.11.2026 221
.

Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly

08.11.2026 173
.

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

08.11.2026 188
.