Qreypfrut yeyəndə, diqqətli olun! İnanılmaz faktlar
Qreypfrut və bu sitrus meyvəsinin şirəsi çox faydalı sayılır.
Belə hesab olunur ki, qreypfrut qanda xolesterinin səviyyəsini aşağı salır, immun sisteminə, maddələr mübadiləsinə müsbət təsir edir, şəkərli diabet xəstəliyi zamanı şəkərin səviyyəsini aşağı salır, piylərin parçalanmasını sürətləndirir ki, nəticədə arıqlamağa kömək edir. Qreypfrut orqanizmə iltihab və göbələkəleyhinə təsir edir.
Bütün bu faydalı xüsusiyyətlərə baxmayaraq qreypfrutun çox ciddi əks-göstərişləri var. Mədə şirəsinin turşuluğunun artması, xora xəstəliyi, qara ciyər xəstəlikləri zamanı bu meyvəni və onun şirəsini qəbul etmək olmaz.
Qreypfrutun həmçinin çox təhlükəli xüsusiyyəti var. Onun tərkibində olan maddələr ("furanokumarin") bir çox dərmanların orqanizmə olan təsirini pozur - azaldır və ya əksinə artırır. Məsələ burasındadır ki, bu maddələr qara ciyərin ferment sisteminin fəaliyyətini ləngidir və bu da dərmanın vaxtında parçalanmasına və orqanizmə lazım olan effekt verməsinə mane olur.
Belə ki, hal hazırda elmi araşdırmalar nəticəsində məlum oldu ki, məhz qreypfrut və xüsusilə də onun şirəsi bəzi antibiotiklərin, allergiya əleyhinə, şiş əleyhinə, depressiya əleyhinə, hormon və s. preparatların (məsələn, hamiləlik əleyhinə həblər və s.) təsirini azaldır. Bu isə xəstədə pozulmalara səbəb ola bilər.
Əksinə isə bəzi digər preparatların təsiri (təzyiq dərmanları, xolesterinin səviyyəsini aşağı salan preparatlar, ürək ritmini tənzimləyən preparatlar və s.) qreypfrut şirəsinin təsirindən artır ki, nəticədə xəstə dərmanı sanki lazım olandan artıq dozada qəbul edir. Bu isə orqanizmə ciddi ziyan vura bilər. Məsələn, arterial təzyiq kəskin düşə bilər ki, nəticədə insan bayıla bilər.
Problem o dərəcədə vacib sayılır ki, məsələn, ABŞ-da bütün yeni preparatların qreypfrut şirəsi ilə uyğunluğu araşdırılır. Hal hazırda təxminən 85 preparatın qreypfrutla uyğunsuzluğu aşkar olunub. Araşdırmalar davam edir.
Bu səbəbdən dərman preparatları qəbul edən insanlara hər ehtimala qarşı bu dövr ərzində qreypfrut şirəsini qəbul etmək tövsiyə edilmir.(saglamolun.az)
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1327 Tarix: 26 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKişilər və qadınlar üçün ən təhlükəli yaş dövrləri
Alimlər kişilərin və qadınların hansı yaş dövrlərində ciddi xəstəliklərə daha çox həssas ola biləcəyini araşdırıblar. Bildirilir ki, ürək-damar xəstəliklərinin yaranma riski yaşla birlikdə artır və bu proses kişilərlə qadınlarda fərqli xüsusiyyətlər göstərə bilər. xarici mediaya istinadla xəbər veri
01.11.2026 734 Dezinfeksiya xidməti
Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy
02.11.2026 1605 Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
08.11.2026 160 Dünyanın ən kiçik avtomobili hərracda satılacaq
"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən kiçik kütləvi istehsal olunan avtomobili kimi düşən "Peel P50" hərraca çıxarılır. "Qafqazinfo" xəbər verir ki, Böyük Britaniyanın Uorvikşir şəhərindəki "Iconic Auctioneers" hərrac evi tərəfindən satılacaq 1964-cü il istehsal
06.11.2026 442 Payızda yatmazdan əvvəl bunları edin - Səhərə gümrah oyanmağın yolları
Payız aylarında havaların soyuması, günlərin qısalması və temperaturun dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Bu dövrdə yuxu rejiminə diqqət yetirmək, səhərlər yorğun oyanmamaq və sağlamlığı qorumaq üçün yatmazdan əvvəl bəzi sadə qaydalara əməl etmək tövsiyə olunur. xəbər verir ki, yuxudan əvvə
07.11.2026 208 14-cü mərtəbədən yıxılan kişi sağ qaldı
Rusiyanın paytaxtı Moskvada yaşayış binasının 14-cü mərtəbəsindən yıxılan kişi möcüzə nəticəsində sağ qalıb. yerli mediaya istinadla xəbər verir ki, hadisə bu gün səhər saat 8 radələrində Marşal Rokossovski bulvarında baş verib. Məlumata görə, kişi binanın 14-cü mərtəbəsindən yıxılaraq avtomobilin damın
01.11.2026 481 Almaniyada müəllim 16 il işə çıxmadan maaş alıb
Almaniyada 62 yaşlı müəllim 16 il ərzində xəstəlik məzuniyyətində olmasına baxmayaraq, rəsmi maaş alıb. Bu müddətdə onun dalğıclıqla məşğul olduğu üzə çıxıb. "Lad Bible" nəşrinə istinadən xəbər verir ki, söhbət Vezel şəhərindəki peşə kollecinin müəlliməsindən gedir. Təhsil müəssisəsi qadın
01.11.2026 461 Qaralmış gümüşü ovmadan təmizləyən üsul
Gümüşlərin zaman keçdikcə matlaşaraq qaralması çirk deyil, havadakı kükürd molekulları ilə təmas nəticəsində səthdə gümüş sulfid təbəqəsinin yaranmasıdır. Gümüşü bezlə və ya kimyəvi maddələrlə ovub təmizləmək metalı cızır və nazildir, elektrokimyəvi reaksiya fiziki sürtünmə olmadan qaralmanı saniyələ
01.11.2026 477 Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar
Güclü alqışların və ümumxalq şöhrətinin arxasında məşhur sənətçinin ictimaiyyət qarşısında müzakirə etməməyi üstün tutduğu hadisələr qalıb. Müslüm Maqomayev böyük şöhrətin mənasını erkən yaşlarından öyrənib. 20 yaşında bütün ölkə onun adını bilirdi və pərəstişkarları konsertlərdən sonra saatlarla on
01.11.2026 463