Əlavə dərs saatı istədi, şəhid qardaşı təhqir edildi - İDDİA + AÇIQLAMA
Astara rayonunda məktəb direktoru və müəllimi arasında mübahisə baş verib.
Bu barədə Oxu.Az-ın redaksiyasına Astara rayonu Bəxtiyar Rüstəmov adına Asxanakəran kənd tam orta məktəbinin müəllimi, Birinci Qarabağ müharibəsinin şəhidi Sarvan Qurbanovun qardaşı Rizvan Qurbanovun müraciətində deyilir.
O bildirib ki, məktəbin direktoru Əlican Hacıyev ədalətli şəkildə dərs bölgüsü aparmır:
"Mən direktora bildirdim ki, digər müəllimlərə nisbətdə mənə cəmi 16 saat dərs bölgüsü edilib. Xahiş etdim ki, bu bölgü azdır və boş qalan dərslərdən əlavə edilsin. O mənə bildirdi ki, bu məsələ onluq deyil. Məsələ barədə Lənkəran-Astara Regional Təhsil İdarəsinə müraciət etdim. Orada bildirildi ki, mənə əlavə iki saat dərs veriləcək.
Bundan xəbər tutan direktor məni təhqir etdi və: "Sən kimsən ki, özbaşına gedib, dərs bölgüsü alasan?" - dedi. O mənə bildirdi ki, dərs bölgüsündəki iki saatı pul aldığı musiqi müəllimi İbrahim Həsənzadəyə verib".
R.Qurbanov deyir ki, direktor onu otağına çağırıb və zor tətbiq edib:
"Otağa daxil olanda gördüm ki, direktor, musiqi müəllimi İbrahim, atası, əmisi oradadırlar. Həmin vaxt İbrahimin atası yaxamdan yapışdı və şəhid qardaşımı təhqir etdi, nalayiq ifadələr işlətdi. Mən məsələ barədə Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə müraciət etdim və polis izahatımı aldı. Bir müddət sonra İbrahim Həsənzadənin ailəsi evimə gəldi, şəhid qardaşımı təhqir etdiyi üçün üzr istədi. Eyni zamanda, şikayəti də geri çəkməyimi istədilər. Mən şikayətimi geri götürmədim. İstəyirəm, hər kəs cəzasını alsın".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a bildirilib ki, həmin şəxsin müraciəti əsasında Astara Rayon Polis Şöbəsində ilkin araşdırma aparılıb:
"Araşdırmanın davam etdirilməsindən ötrü toplanmış material rayon prokurorluğuna göndərilib".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1058 Tarix: 26 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBəzi yerlərə yağış yağacaq, dolu düşəcək
Avqustun 9-u axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 11-dək əsasən dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dol
07.08.2026 318 İTV əməkdaşlarının çəkiliş aparmasına mane oldular - Polis araşdırır - Video
Ağdaş rayonunda nikah yaşına çatmayan şəxsin nişan mərasiminin keçirilməsinə cəhd zamanı çəkiliş aparan media nümayəndələri ilə mərasimi planlaşdıran şəxslər arasında yaranmış münaqişə polis tərəfindən araşdırılır. "Qafqazinfo" xəbər verir ki, hazırda hadisə ilə bağlı müvafiq ekspertizala
12:17 1 16 yaşlı Asimanın da meyiti tapıldı
Avqustun 6-sı dənizdə nəzarətsiz ərazidə batan şəxsin meyiti tapılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Fövqəladə Halar Nazirliyi (FHN) məlumat yayıb. "6 avqustda Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsi
12:01 64 Yaşasaydı, 35 yaşı olacaqdı…
Bu gün Milli Qəhrəman, təyyarə bələdçisi Hökumə Əliyevanın doğum günüdür. "Qafqazinfo" xəbər verir ki, Hökumə Cəlil qızı Əliyeva 8 avqust 1991-ci ildə Kəlbəcərdə anadan olub. Ailəsi 1993-cü ildə işğal səbəbindən məcburi köçkün düşərək əvvəlcə Bərdədə, sonra isə Rusiyada yaşayıb. O, Volqoqradd
11:28 91 "Toppuş bacı"nın ailəsində daha bir ağır itki
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın atası Məcid Əliyev vəfat edib. Axşam.az xəbər verir ki, M.Əliyev bu gün 88 yaşında dünyasını dəyişib. Qeyd edək ki, "Toppuş bacı" ləqəbi ilə tanınan aktrisa onkoloji xəstəlikdən əziyyət çəkirdi və 2023-cü ildə vəfat edib. Bir neçə gün əvvəl isə onu
07.08.2026 389 "Oğlu Almaniyada təhsil alır, Azərbaycana gəlib-gəlmədiyini bilmirəm"
Mərhum aktrisa Çimnaz Sultanovanın oğlu hazırda Almaniyada təhsil alır. Anasının vəfatından sonra onun Azərbaycana gəlib-gəlməməsi barədə məlumatım yoxdur. Bunu aktrisa Sonaxanım Əliyeva Qaynarinfo-ya açıqlamasında deyib. Aktrisa mərhumun yaxınları ilə əlaqə saxlamadığını bildirib:. "Ona görə d
07.08.2026 431 Azyaşlı şəkər xəstəsi olduğu üçün "Barama" uşaq bağçasından kənarlaşdırılıb (VİDEO)
Azyaşlının şəkərli diabet xəstəsi olduğu üçün Bakıdakı uşaq bağçasından kənarlaşdırıldığı iddia edilir. Uşağın anası Hədiyyə Qurbanəliyeva "Barama" uşaq bağçasından şikayətçidir. Dediyinə görə, ona xəbərdarlıq edilmədən övladı bağçanın "Əcəmi" filialından uzaqlaşdırılıb. Valideyni
10:15 125 Elon Musk Ukraynanın Starlink tələbinə "yox" deyir
Amerikalı sahibkar Elon Musk Ukraynanın SpaceX tərəfindən təqdim olunan "Starlink" peyk rabitə sistemindən istifadə ilə bağlı tələbini rədd edir. xəbər verir ki, bu barədə "The Atlantic" məlumat yayıb. Nəşrin məlumatına görə, Ukraynanın keçmiş müdafiə naziri Mixaylo Fedorov vəzifəsində
10:55 115 20 manatlıq ödəniş ləğv olundu
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv edilib. "Qafqazinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı "Media haqqında" qanuna dəyişikliklərdə əksini tapıb. Qeyd edək ki, jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsin
07.08.2026 341