Nazir: "Azərbaycan ilk vaxtlardan pandemiyaya qalib gəlmək üçün qlobal həmrəyliyin tərəfdarı olub"
Azərbaycan ilk vaxtlardan etibarən həm milli, həm də Qoşulmama Hərəkatının Sədri qismində pandemiyaya qalib gəlmək üçün daha böyük qlobal həmrəyliyin tərəfdarı olmuşdur və bu məqsədlə bir sıra qlobal təşəbbüslər irəli sürüb.
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına cavab olaraq BMT Baş Assambleyasının Xüsusi Sessiyasının çağırılması təşəbbüsü BMT-yə üzvlüyün geniş dəstəyini qazanıb. Qoşulmama Hərəkatı adından Azərbaycan, həmçinin üzv dövlətlərin böyük dəstəyi ilə BMT Baş Assambleyası və İnsan Hüquqları Şurasında qəbul edilmiş COVID-19 peyvəndlərinə bərabər, əlverişli, vaxtında və universal əlçatanlığın təmin edilməsinə dair qətnamələri müzakirəyə çıxarıb:
"Azərbaycan ölkə daxilində effektiv peyvəndləmə kampaniyası ilə yanaşı, ehtiyacı olan ölkələrə əhəmiyyətli miqdarda COVID-19 peyvəndləri bağışlamışdır. Biz pandemiya ilə mübarizə üçün 80-dən çox ölkəyə beynəlxalq yardım göstərmişik.
Pandemiyanın nəticələrinin aradan qaldırılması istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsi və COVID-19 pandemiyasından sonrakı qlobal bərpa üçün səylərimizin birləşdirilməsinə yönəlmiş fəaliyyətimizi davam etdirəcəyik. Azərbaycan Prezidenti bununla əlaqədar olaraq BMT-nin pandemiyadan sonrakı qlobal bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılması təşəbbüsü ilə çıxış edib və bu, yaxın aylarda Bakıda keçiriləcək COVID-19 pandemiyası ilə mübarizə üzrə Qoşulmama Hərəkatının Təmas Qrupunun qarşıdan gələn Zirvə Görüşündə müzakirə olunacaq mövzulardan biri olacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 614 Tarix: 25 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774