Azərbaycan daha 6 erməni hərbçinin meyitini Ermənistana təhvil verib - RƏSMİ
Azərbaycan sentyabrın 23-də Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə ərazidə tapılmış daha 6 erməni hərbçinin meyitini Ermənistan tərəfinə təhvil verib.
Bu barədə BiG.AZ-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.
Meyitlərə Azərbaycan Hərbi Prokurorluğunun iştirakı ilə baxış keçirilib və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olması müəyyən edilməyib.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-14-də Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində həlak olaraq ərazidə qalmış erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı həyata keçirilir.
Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Azərbaycan Silahlı Qüvvələri adekvat cavab tədbirləri görüb. Nəticədə Ermənistan silahlı qüvvələrinin 207 hərbçisi ölüb, 293 nəfər yaralanıb, 20 hərbçi əsir, 2 nəfər isə itkin düşüb.
Hazırda sərhəddə vəziyyət sabitdir, atəşkəsə əməl olunur.
Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu şəhid olub, 281-i yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bu günədək Azərbaycan tərəfinin 32 və 95 olmaqla ümumilikdə 127 erməni hərbçinin meyitini Ermənistana təhvil verdiyini açıqlayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 758 Tarix: 23 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti - Açıqlandı
Ötən gün Bakıda 286 nömrəli məktəbdə sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti açıqlanıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hazırda şagirdin müalicəsi davam etdirilir: "Ötən gün yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzini
11:27 381 Yaponiya müdafiə ixracı qaydalarının dəyişdirilməsi ilə qlobal silah bazarına qapılarını açır
Yaponiya çərşənbə axşamı müdafiə ixracı qaydalarının onilliklər ərzində ən böyük yeniləməsini açıqladı, xaricə silah satışına qoyulan məhdudiyyətləri aradan qaldırdı və döyüş gəmiləri, raketlər və digər silahların ixracına yol açdı. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Yaponiyanın müdafiə sənayes
12:37 237 Pişiyinizi incidə biləcək 3 gözlənilməz davranış
Bütün pişik sahibləri bilməlidir ki, bu heyvanlar olduqca həssasdır və çox vaxt kin saxlaya bilirlər. Pişiklər bəzən özünü müstəqil və emosional baxımdan soyuq kimi göstərsə də, əslində bu belə deyil. Onlar hisslərini açıq göstərməsələr də, sahibinə çox bağlı olur və emosional olaraq ondan asılıdırlar
19:45 63 Rus ordusu bu iki kəndi işğal edib
Rusiya Silahlı Qüvvələri Ukraynanın daha iki kəndini işğal edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Donetsk Qrişino və Xarkovun Veterinarneyo kəndlərini işğal edilib
21:00 1 İcra başçısının bank müdiri ilə görüşü tənqid olundu - Yenilənib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda yerləşən bank filiallarından birinin yeni təyin olunan müdirini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə icra hakimiyyətinin sosial şəbəkə səhifəsində məlumat verilib. Görüşdə M.Məmmədov filial müdirinə uğurlar arzulayıb
12:32 536 Bu ölkədə 50 körpənin qalıqları tapıldı
Trinidad və Tobaqo Respublikasında 50 körpə, eləcə də 6 yetkin insana aid sirli qalıqlar aşkar edilib. xarici KİV-ə istinadla bildirir ki, qalıqlar Kumuto şəhərinin qəbiristanlığında tapılıb. Yetkin insanlara aid bütün cəsədlərin üzərində identifikasiya nişanları olub. Məhkəmə-tibbi ekspertlərin müəyyə
18:45 128 Tbilisidə nəhəng layihə: Trampın şirkəti 70 mərtəbəli bina tikir
ABŞ prezidenti Donald Trampın şirkəti olan Trump Organization Tbilisidə ən hündür göydələnin tikintisini planlaşdırır. xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, "Trump Organization" və tərəfdaşları təxminən 70 mərtəbəli, Gürcüsta
11:30 199 Metrodakı problem sərnişinləri çətin vəziyyətdə qoydu
Bakı metrosunda baş verən texniki nasazlıq digər nəqliyyat vasitələri ilə gedişi də çətinləşdirib. "Qafqazinfo" xəbər verir ki, həmçinin problem paytaxt küçələrində sıxlığa səbəb olub. Nəticədə əsas yol hərəkəti istiqamətlərində əlavə yüklənmə qeydə alınıb. Xüsusilə universitetlərin yerləşdiy
14:46 401 Metro problemi taksi qiymətlərini 3 dəfə artırdı
Bakı metropolitenində baş verən texniki nasazlıq digər nəqliyyat vasitələrindən istifadəyə də təsir edib. Trend-in məlumatına görə, hazırda taksi xidmətlərindən istifadə ilə bağlı çətinliklər müşahidə olunur. Sərnişinlər tətbiqlər vasitəsilə taksi tapmaqda çətinlik çəkdiklərini bildirirlər. Yüksək tələba
15:40 300