Azərbaycanda "TikTok" nə vaxt açılacaq? - RƏSMİ

Azərbaycanda "TikTok" nə vaxt açılacaq? - RƏSMİBildiyimiz kimi, Azərbaycanda "TikTok" sosial şəbəkəsi müvəqqəi olaraq bağlanıb. Platformaya giriş 12-13 sentyabr tarixlərində Ermənistan silahlı birləşmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatdan sonra məhdudlaşdırılıb. Belə ki, buna səbəb "TikTok"da cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən, hərbi sirləri özündə əks etdirən dezinformasiya xarakterli məlumatların paylaşılması olub. İctimaiyyət arasında vahimə yaradan və həqiqətə uymayan informasiyaların qarşısını almaq məqsədilə artıq bir neçə gündür ki, bu platformanın girişinə qadağ qoyulub.

Bəs Azərbaycanda "TikTok" niyə hələ də bağlıdır? Sosial şəbəkəyə qoyulan məhdudiyyət nə vaxt aradan qaldırılacaq?

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən BiG.AZ-a bildirilib ki, bununla bağlı qanunvericilikdə hələlik bir dəyişiklik yoxdur:

""TikTok" sosial şəbəkəsinin fəaliyyətinin Azərbaycan ərazisində müvəqqəti məhdudlaşdırılması ilə bağlı qərarda dəyişiklik olacağı halda bu barədə aidiyyəti orqanlar ictimaiyyətə məlumat verəcək".

Qeyd edək ki, "TikTok"un Azərbaycanda geniş istifadəçi kütləsi var. Bir çoxları bu platformaya qoyulan qadağanın aradan qaldırılmasının tərəfdarıdır.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz BiG.AZ-a açıqlamasında platformanın hələ də bağlı olmasının səbələrindən danışıb:

"Bu addımın atılması zəruri idi. Çünki hər bir sosial medianın öz auditoriyası var. "TikTok"un da auditoriyası daha çox yeniyetmə və uşaqlardır. Bu təbəqə orada çoxluq təşkil edir. Onlar da bilərəkdən yaxud bilməyərəkdən Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrlə bağlı Azərbaycan qanunvericiliyinə zidd, reallığı əks etdirməyən informasiyalar yayırdılar. Bu baxımdan, "TikTok"da uşaqların və yeniyetmələrin çox olduğunu nəzərə alaraq, hökumətin bu istiqamətdə atdığı addım doğru hesab oluna bilər".

O.Gündüz "Azərbaycanda "TikTok"a giriş bərpa olunmalıdırmı?" sualını da şərh edib:

"Düşünürəm ki, bu, müvvəqqətidir. Yəgin ki, vəziyyət normallaşandan sonra bu məsələyə yenidən baxıla bilər. Amma istənilən halda, fikrimcə, uşaqlar və yeniyetmələr üçün sözügedən platformanın bağlanması doğru olardı.

Əlbəttə, "TikTok"un faydalı tərəfləri də var. Burada əhəmiyyətli informasiyalar da tapmaq olar. İnsanlar özlərini təsdiq etmək və tanıtmaq üçün bu sosial şəbəkədən istifadə edə bilərlər. Yəni yaşlı təbəqə üçün ondan istifadə faydalıdır. Ona görə də gələcəkdə bu məsələyə baxıla bilər. Azərbaycan qanunvericiliyi tələb edir ki, uşaq və yeniyetmələr üçün bu platforma bağlanmalıdır. Qanunvericilikdə qadağan olunan, uşaqların əldə etməsi düzgün olmayan informasiyaların çoxusu orada var. Ona görə düşünürəm ki, gələcəkdə məsələyə bir qədər fərqli yanaşmaq lazımdır".

Nuranə Vüqarlı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 42233   Tarix: 22 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

08.11.2026 187
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

08.11.2026 149
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

08.11.2026 174
.

Ağ Evin yaxınlığında saxlanılan şəxs: "Başımdakı səslər Trampı öldürməyi əmr etdi"

ABŞ-nin Məxfi Xidmət agentləri Ağ Evin yaxınlığında ölkə Prezidenti Donald Trampı öldürməklə hədələyən venesuelalı qeyri-qanuni miqrantı saxlayıblar. xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyinə istinadla məlumat yayıb. Bildirilir ki, əməliyyat zaman

08.11.2026 171
.

Ərdoğan Xocalı Soyqırımı Memorialının xatirə kitabına ürək sözlərini yazıb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazıb

08.11.2026 163
.

Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video

Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü

08.11.2026 221
.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

08.11.2026 154
.

NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb

Ağ Evin yeni Aparat rəhbəri Stiven Miller ABŞ Prezidenti Donald Trampa İranla hərbi münaqişəyə son qoymağı tövsiyə edib. "Report"un məlumatına görə, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən xəbər verib. Məlumata görə, Miller Ağ Evin Aparat rəhbəri vəzifəsinə namizədliyin

08.11.2026 178
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

08.11.2026 134
.