Şakira ayrılıqdan sonra ilk dəfə - "Karyeramı Pikeyə qurban verdim"
Məşhur müğənni Şakira sevgilisi futbolçu Jerar Pikedən ayrılandan sonra ilk dəfə kamera qarşısına keçərək məsələ ilə bağlı açıqlama verib.
Axşam.az xəbər verir ki, ifaçı "Elle"yə müsahibəsində həyatının bu mərhələsini "ən qaranlıq dövrlərdən biri" adlandırıb.
"Bu barədə şəxsən danışmaq həqiqətən çətindir, xüsusən də ilk dəfə müsahibəmdə bu mövzuya toxunacağam. Susdum və hər şeyi düşünməyə çalışdım. İctimaiyyət qarşısında olduğum üçün ayrılığımız normal formada olmadı. Ona görə də təkcə mənim üçün yox, uşaqlarım üçün də çətin idi. İnanılmaz dərəcədə çətin...
Paparatsilər gecə-gündüz evimin qarşısında növbə çəkirdilər və mənim evdə uşaqlarla birlikdə onlardan gizlənməyə yerim yox idi. Biz adi bir ailə kimi parkda gəzə, dondurma yeyə və ya paparassilər bizi təqib etmədən heç nə edə bilmirik. Yəni, çətindir".
O, Pike ilə arasındakı problemin və bu mərhələnin uşaqları üçün çətin olduğunu vurğulayıb:
"Mən isə bu vəziyyəti uşaqlarımın hiss etməməsi üçün susaraq yaşamağa çalışdım. Onları qorumağa çalışıram, çünki bu, mənim həyatda bir nömrəli missiyamdır. Amma sonra onlar məktəbdə dostlarından nəsə eşidirlər və ya sosial şəbəkədə pis xəbərlərə rast gəlirlər, bu, sadəcə olaraq onları incidir.
Bacardıqca vəziyyəti onlardan gizlətməyə çalışıram. Valideynləri ayrılan uşaqlar çox üzülür. Bəzən mənə elə gəlir ki, bütün bunlar pis yuxudur və nə vaxtsa oyanacağam. Amma yox, bu realdır. Həm də real olan, uşaqlarımın atası ilə münasibətimin media tərəfindən vulqarlaşdırılmış və dəyərsizləşdirilən bir şeyə çevrildiyini görməyimdir. Bütün bunlar atamın reanimasiyada olduğu müddətdə baş verdi və mən müxtəlif problemlərlə eyni anda mübarizə aparırdım.
Dediyim kimi, bu, bəlkə də həyatımın ən qaranlıq vaxtıdır. Amma sonra dünyadakı bütün o qadınları düşünürəm. Çətin günlər keçir, mənimki qədər pis və ya daha da çətin günlər yaşayanlar var. Mənim kimi ailə dəyərlərinə inanan, ömürboyu bir ailə sahibi olmaq arzusunda olan qadınlar üçün bu xəyalın parça-parça olduğunu görmək, keçə biləcəyi ən ağrılı dövlərdən biridir. Amma düşünürəm ki, biz qadınlar dözümlüyük. Bu dözümlülük bizdə anadangəlmədir".
Şakira qəyyumluqla bağlı məsələyə də toxunub:
"Nə olursa olsun, Pike övladlarının atası olaraq qalır və o, ümid edir ki, onlar gələcəkləri üçün nəyin yaxşı olduğunu anlaya biləcəklər".
İfaçı illər əvvəl Pikenin karyerası üçün öz sənətini qurban verdiyini deyib:
"İkimizdən biri nəyisə qurban verməli idi. Ya o, "Barselona" ilə müqaviləsini ləğv edib mənimlə karyeramın inkişaf etdiyi ABŞ-a köçəcək, ya da mən bunu etməliyəm. Mən bunu etdim. Karyeramı arxa plana atdım və onun futbol oynaya, titullar qazana bilməsi üçün İspaniyaya köçdüm. Və bu sevgi üçün bir qurban idi".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1433 Tarix: 22 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video
8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:
08.11.2026 187 Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
08.11.2026 149 Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto
Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər
08.11.2026 174 Ağ Evin yaxınlığında saxlanılan şəxs: "Başımdakı səslər Trampı öldürməyi əmr etdi"
ABŞ-nin Məxfi Xidmət agentləri Ağ Evin yaxınlığında ölkə Prezidenti Donald Trampı öldürməklə hədələyən venesuelalı qeyri-qanuni miqrantı saxlayıblar. xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyinə istinadla məlumat yayıb. Bildirilir ki, əməliyyat zaman
08.11.2026 171 Ərdoğan Xocalı Soyqırımı Memorialının xatirə kitabına ürək sözlərini yazıb - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazıb
08.11.2026 163 Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video
Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü
08.11.2026 221 Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
08.11.2026 154 NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
Ağ Evin yeni Aparat rəhbəri Stiven Miller ABŞ Prezidenti Donald Trampa İranla hərbi münaqişəyə son qoymağı tövsiyə edib. "Report"un məlumatına görə, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən xəbər verib. Məlumata görə, Miller Ağ Evin Aparat rəhbəri vəzifəsinə namizədliyin
08.11.2026 178 Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
08.11.2026 134