Şəhid Eşqin Omarovun atası: "Dərsdən qayıdandan sonra çoban işləyərək evə maddi dəstək olurdu"

Şəhid Eşqin Omarovun atası: "Dərsdən qayıdandan sonra çoban işləyərək evə maddi dəstək olurdu""Hərbi xidməti bitirməsinə cəmi üç ay qalmışdı. Mən onun xidməti harada və necə keçməsindən xəbərsiz oldum. Nə vaxt yığdımsa, dedi ki, narahat olma, yaxşıyam".

Bu sözləri Bizim.Media-ya verdiyi açıqlamada şəhid Eşqin Omarovun atası Nəsib Omarov söyləyib.

Eşqin Omarov Ermənistanın sonuncu təxribatları zamanı şəhid olub. O, 2003-cü ildə Ağstafanın Aşağı Kəsəmən kəndində anadan olub. İki bacının tək qardaşı idi.

Eşqin yeganə oğul övladı kimi ailənin dolanması üçün lap uşaqlıqdan valideynlərinə kömək etməyə başlayıb.

"Dərsdən qayıdandan sonra çoban işləyərək ailəsinin maddi ehtiyaclarının qarşılanmasına köməklik göstərirdi. Eşqin hərbi xidmətə yollandığı zaman çox sevinirdi. Deyirdi ki, hərbi xidməti bitirdikdən sonra könüllü olaraq orduda qalacaq və gələcək planları da yalnız hərblə bağlı olacaq".

Şəhidimiz həmçinin sürətli qaçışı ilə də hər kəsi təəccübləndirərmiş. Qonşulardan kiminsə bir ehtiyacı olduğu zaman o, işi qısa zamanda həll edərək geri dönərmiş.

Bu sözləri şəhid Eşqin Omarovun bibisi oğlu Səməndər Batıyev və onu tanıyan Aşağı Kəsəmən kəndinin sakinləri söyləyirlər. Əmisi Əli Omarov da onu istiqanlı biri kimi xatırlayır:

"Çox mehriban idi. Bu uşaq özünü dərk etdiyi ilk gündən zəhməti ilə çalışdı. Bir sözlə, yediyi hər loğmanı alın təri ilə əldə etdi. Ailənin bütün yükünü çəkdi. Qanı bahasına torpaq qazandı".

Şəhidimizin atası yeganə oğlunun şəhidlik xəbərini də naxırı evə qaytararkən eşidib:

"Evə gələrkən həyətimizə xeyli adam toplaşdığını gördüm. Mənə dedilər ki, oğlum yaralıdır. Sonradan isə məlum oldu ki, onun ölümünü məndən gizlətmək üçün belə deyiblər. Həyatdakı ən böyük dayağımı itirmişəm. Oğlumun yoxluğunun həyatımda açdığı boşluğu heç nə doldura bilməyəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 965   Tarix: 21 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ülviyyə İlyasova fəhləyə borclu qalıb?

"NovaMed" klinikasında usta kimi çalışmışam, amma ödənişə gəldikdə 1020 manat pulumu kəsdilər". Bu barədə "Qafqazinfo"ya adının çəkilməsini istəməyən vətəndaş müraciət edib. Tibb ocağında boya işləri gördüyünü deyən şikayətçinin sözlərinə görə, kosmetoloq Ülviyyə İlyasova barəsind

07.08.2026 381
.

Rusiya rəsmisindən Polşa prezidentinə sərt cavab: "Sadəcə axmaqdır"

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik Polşa prezidenti Karol Navrotskinin Ukraynaya "moskvalıları məğlub etmək" çağırışına münasibət bildirib. xəbər verir ki, Kolesnikin sözlərini yayıb. Rusiya rəsmisi Polşa prezidentini sərt ifadələrlə tənqid edib. "Karol Navrotsk

11:00 181
.

Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto

Xəbər verdiyimiz kimi, avqustun 6-na keçən gecə Gəncənin Poçt qəsəbəsində yerləşən restoranların birində baş verən kütləvi dava zamanı 1983-cü il təvəllüdlü Azər Arzu oğlu Yusifov qətlə yetirilib. "Qafqazinfo"nun məlumatına görə, öldürülən şəxs Gəncə və ətraf rayonlarda tanınmış vəkil ola

10:22 202
.

Gədəbəydə 3 məktəb bağlandı: Şagird və müəllimlərin aqibəti necə olacaq?

Gədəbəy rayonunda 3 məktəbin fəaliyyəti dayandırılıb. Bunlar Gədəbəy şəhəri 4 nömrəli məktəbi, Toplar kənd məktəbi və Günəşli kənd məktəbidir. Məlumata görə, məktəblərin fəaliyyəti dayandırılarkən buna səbəb kimi şagird sayının normadan aşağı olması göstərilib. Bəs bağlanan məktəblərin şagirdləri təhsillərin

07.08.2026 277
.

Toyuq döşünü səhv bişirirsiniz: ətin şirəli və yumşaq olması üçün nə etməli

Toyuq döşü yüksək zülal tərkibi, tez bişməsi və müxtəlif qarnirlərlə uyğunluğu sayəsində ən çox istifadə olunan məhsullardan biridir. Ancaq bir çox insanın qarşılaşdığı ümumi problem var - bişdikdən sonra ətin quru və sərt olması. xarici mediaya istinadən xəbər verir ki, bunun qarşısını almaq düşündüyünüzdə

07.08.2026 315
.

"Mumiya"nın sirli döyüşçüsü illər sonra yenidən ekrana qayıdır

Uzun illər sonra israilli aktyor Oded Fehr yenidən "Mumiya" filmində oynayacaq. xarici KİV-ə istinadla xəbər verir ki, aktyor yeni çəkilən filmdə Ardet Bəy obrazını bir daha canlandıracaq. Ekran əsəri klassik trilogiyanın davamı olacaq. Filmdə Brendan Freyzer və Reyçel Vays da ilk hissələrdək

07.08.2026 295
.

Xəzər dənizində unikal TAPINTI: suyu təbii təmizləyir

Xəzər dənizində suyun təmizlənməsinə kömək edən unikal molyusk aşkar edilib. xəbər verir ki, bu barədə "AkJayık" Dövlət Təbiət Qoruğunun mütəxəssisləri məlumat veriblər. "AkJayık" Dövlət Təbiət Qoruğu Qazaxıstanın Atırau vilayətinin Mahambet rayonunda və Atırau şəhərinin ətrafında

07.08.2026 291
.

Ən çox turist bu rayona gedib

2026-cı ilin ilk rübündə Azərbaycanın bir sıra rayonlarında turizm göstəricilərində yüksək artım qeydə alınıb. Ən yüksək dinamika işğaldan azad edilmiş ərazilərdə müşahidə olunub. xəbər verir ki, bu barədə -ın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən məlumat verilib. Turizm gəlirlərinin artı

13:55 122
.

ABŞ-də yüzlərlə "Boeing 737 Max" təyyarəsi texniki yoxlanışdan keçiriləcək

"Boeing" şirkətinin daha köhnə təyyarə modellərinin konstruksiya elementlərində çatların aşkarlanmasından sonra, ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi (FAA) yüzlərlə "Boeing 737 Max" hava gəmisinin yoxlanılması barədə təlimat verib. xəbər verir ki, bu barədə ABŞ-nin federal reyestrini

07.08.2026 269
.

TOP MP3