Şirkət rəhbəri eyni torpağı bir neçə nəfərə satır - Vətəndaşlar ETİRAZ EDİR - FOTO-VİDEO
Azərbaycanda özünü tikinti şirkətinin rəhbəri kimi qələmə verən iş adamı vətəndaşı aldadıb, başqa torpağı göstərərək qamışlıq ərazisini satıb.
Bunu Sonxeber.az-a müraciət edən Rəhimli Gülüzar Həsənağa qızı söyləyib.
O bildirib ki, özünü Hövsanda yerləşən "Günəşli İnşaat" tikinti şirkətinin rəhbəri kimi qələmə verən, lakin heç bir yerdə rəsmi qeydiyyatı olmayan Məmmədov Firutan Ələsgər oğlundan 9 il öncə (2014-cü ildə) torpaq sahəsi alıb:
"Firutan Məmmədov Hövsanda İbrahim adı ilə tanınır. Bir neçə ay öncə 9 ildir ki, külli miqdarda pul xərcləyib tikdiyim və hazırda yaşadığım evin çıxarışının başqa əraziyə aid olduğunu öyrəndim. Bundan başqa, mən Firutan Məmmədova 6000 min manat verib əlavə torpaq sahəsi almışam. Həmin torpaq sahəsində də ev tikmişəm. 6 aydır ki, bu insan 2 sot torpağın sənədlərini düzəltməkdən imtina edir. Nə zaman zəng edirəmsə, "bu gün-sabah" deyib, məni yola verir və ya zənglərimə cavab vermir.
6 aydır ki, Firutan Məmmədovla əlaqə saxlamağa çalışıram. Amma hər dəfə torpağı mənim adıma rəsmiləşdirməkdən imtina edir. Yaxın günlərdə eşitmişəm ki, mənə satdığı 2 sot torpağı və üzərindəki evi başqasına da satmaq istəyir. Hətta Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsinin nümayəndələri ilə gəlib ölçüb-biçmə işləri də aparıb. Görünən odur ki, Firutan Məmmədov növbəti dəfə dələduzluq edərək bir torpağı bir neçə dəfə satmağa çalışır.
Qeyd edim ki, Firutan Məmmədov məndən başqa, bir neçə nəfəri də bu formada aldadıb, Təbii ki, burada Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsinin əməkdaşlarının da səhlənkarlığı olub. Çünki onlar sənət verən zaman hər iki tərəfin, yəni torpaq satanın da, alanın da iştirakını tələb etməli idilər".
Gülüzar Rəhimli vurğulayıb ki, onda bütün rəsmi sənədlər və torpağın çıxarışı var:
"Firutan Məmmədov hazırda bu cür dələduzluqla məşğuldur. Mən bu məsələ ilə bağlı bütün səlahiyyətli orqanlara müraciət edib, həmin şəxsin cəzalandırılmasını tələb edəcəyəm. Hətta cənab Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya da müraciət edəcəyəm. İnsanların inamından istifadə edib, dələduzluq etmək olmaz! Adiyyəti orqanlardan bu məsələni araşdırmağı və Firutan Məmmədovun qanun çərçivəsində cəzalandırılmasını, eləcə də ondan aldığım torpaq sahələrinin, üzərində tikdirdiyim evlərlə birlikdə mənim adıma sənədləşdirilməsini xahiş edirəm. Hazırda torpaq və üzərindəki evlər onun adınadır".








BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2492 Tarix: 21 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə sıx bağlıdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Nizamın Məsləhətini Müəyyənləşdirmə Şurası Katibliyinin rəhbəri Abbas Əli Kədxudayi bildirib. İranın Ali rəhbəri Müctəba Xameneinin adıçəkilən şura ilə əlaqələndiricisi ola
08.11.2026 163 Qubernator ABŞ prezidentliyinə namizəd olur: Pul toplamağa başladı
ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək növbəti prezident seçkisində öz namizədliyini irəli sürmək üçün hazırlıqlara başıayıb. xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. Məlumata görə, Desantis Respublikaçılar Partiyasından ABŞ prezidentliyin
08.11.2026 163 Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video
8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:
08.11.2026 187 Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Xankəndidə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. "Qafqazinfo" xəbər verir ki, ziyafətdə konsert proqramı təqdim olunub. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinc
08.11.2026 202 Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub
Seneqal sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ən azı 21 nəfər həlak olub. "Report" "Euronews"a istinadən xəbər verir ki, bu barədə Seneqalın Daxili İşlər Nazirliyi (DİN) bildirib. Axtarış-xilasetmə əməliyyatı davam edir, hələlik sağ qalan yalnız bir nəfər tapılıb
08.11.2026 148 İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib
İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə
08.11.2026 141 Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
00:08 123 Bakıda 33 yaşlı kişi bıçaqlanıb
Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı
08.11.2026 136 Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
08.11.2026 154