II Elizabetin ölümündən sonra barəsində bilinməyən maraqlı faktlar üzə çıxıb

II Elizabetin ölümündən sonra barəsində bilinməyən maraqlı faktlar üzə çıxıbII Elizabetin ölümündən sonra onunla uzun illər işləmiş bütün keçmiş işçiləri Böyük Britaniyanın kraliçası haqqında maraqlı məlumatlar veriblər.

Bildirilir ki, onun yemək tərzi və xüsusi seçimləri olub. Məsələn, kraliça heç vaxt bananı birbaşa qabığını soyaraq, dişləyib yeməyib: həmişə onu bıçaqla kəsib, çəngəllə yeyib.

Səhər yeməyində yumurta yeməyi sevən II Elizabetin xüsusi yumurta resepti olub. Kraliçanın keçmiş işçilərindən birinin verdiyi məlumata görə, bişməyinə az qalmış yumurtaya limon qabığı və kokos yağı əlavə edilib. Bu, kraliçanın ən sevimli səhər yeməyi olub.

Çox az adama məlum olan başqa bir məlumat isə II Elizabetin heç vaxt çörəyin üst hissəsini (qabığını) yeməməsi olub. Xüsusilə sendviç yeməyi çox sevən kraliça həmişə çörəyin içi ilə hazırlanan sendviçlərə üstünlük verib. 90-cı illərdə onunla işləmiş kral aşpazı Oven Hodcson xatirələrini paylaşaraq deyib ki, kraliça bu barədə ona bir dəfə xəbərdarlıq belə edib və sendviçi necə hazırlayacağını başa salıb.

Günə ruh yüksəkliyi ilə başlamağı özünə şüar edən II Elizabet hər səhər saat 07:30-da otağının pəncərəsinin altında çalınan qaida (şotland musiqi aləti) səsinə oyandırılırdı. 15 dəqiqəlik musiqi dinləmək kraliçaya gündəlik işinə daha yaxşı fokuslanmaq üçün ruh yüksəkliyi verirdi.

Böyük Britaniya sularında yaşayan bütün qu quşları kraliça II Elizabetə məxsus idi. Bu sularda yaşayan qu quşlarının hər hansı birinə müdaxilə etmək qanuni olaraq cinayət sayılırdı. Kraliçanın qu quşları məşhur idi, lakin onun sahib olduğu tək quşlar deyildi. Böyük Britaniya sularında yaşayan "krallıq balıqları" kimi tanınan balinalar və delfinlər də var idi. "Krallıq balıqları"na da hər hansı bir şəkildə zərər vermək, qu quşlarına zərər vermək kimi, cinayət hesab olunurdu.

Kraliça Elizabetin cəmi dörd övladı var idi. Halbuki o, dörd uşağından başqa, 30 uşağın xaç anası idi. Onların arasında keçmiş gəlini Ledi Diananın qardaşı Erl Spenser də var idi. Digər xaç övladlarının kim olduğu bilinmir, lakin Erl Spenser II Elizabeti son mənzilə yola salınanda belə tək qoymayıb.

II Dünya müharibəsində yük maşınlarını idarə edən və maşın sürərkən tez-tez kameralara tuş gələn kraliça yaxşı sürücü olub. O, heç vaxt sürücülük üçün yazılı imtahan verməyib. Məlumdur ki, kraliça Böyük Britaniyada ictimai yollarda maşın sürmək üçün sürücülük vəsiqəsi tələb olunmayan yeganə şəxsdir.

Maşın sürmək üçün heç bir sənədə ehtiyacı olmayan kraliçanın pasportu da yox idi və həyatı boyunca heç bir pasporta ehtiyac duymayıb. Pasport və sürücülük vəsiqəsi krallıqda onun adına hazırlandığı üçün bu sənədi almasına ehtiyac yox idi. Bu da yalnız hökmdarlara məxsus qayda olub.

Rəngarəng paltarları sevən və xüsusi hazırlanmış papaqları ilə tez-tez kameralara tuş gələn II Elizabet xüsusilə izdihamlı mərasimlərdə, məclislərdə, camaatla qaynayıb-qarışdığı yerlərdə insanların onu görə bilmələri üçün parlaq rənglərə üstünlük verib. Kraliça bu mövzuda çox həssas olub - hamının onu görə bilməsi və izdihamda diqqət çəkməsi onun üçün vacib idi.

II Elizabet II Dünya müharibəsindən qısa müddət sonra şahzadə Filiplə ailə qurdu. O illərdə Britaniya hökuməti ailə qurmağa hazırlaşan gəlinlərə kupon paylayırdı. Hətta Britaniya hökuməti kraliça II Elizabetə gəlinliyi üçün əlavə 200 kupon da hədiyyə etmişdi. Lakin kral ailəsi üzvlərinin ictimaiyyətdən heç bir hədiyyə qəbul edə bilmədiyi deyilib, ona görə də kraliça jest olaraq ona verilən kuponları geri qaytarıb. Çox sadə və adi gəlinlik geyinməyə razılıq verən kraliça kuponları qaytardıqdan sonra ona Norman Hartnel tərəfindən Çin ipəyindən hazırlanmış heyranedici gəlinlik hədiyyə edilib. II Elizabet toyunda həmin paltarı geyinməli olub. Amma o, gəlinlik paltarından çox, adi bir insan kimi gəlinliyinə kupon toplamağı ilə xatirələrdə qalıb./Oxu.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1886   Tarix: 21 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

08.11.2026 187
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

08.11.2026 149
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

08.11.2026 174
.

Ağ Evin yaxınlığında saxlanılan şəxs: "Başımdakı səslər Trampı öldürməyi əmr etdi"

ABŞ-nin Məxfi Xidmət agentləri Ağ Evin yaxınlığında ölkə Prezidenti Donald Trampı öldürməklə hədələyən venesuelalı qeyri-qanuni miqrantı saxlayıblar. xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyinə istinadla məlumat yayıb. Bildirilir ki, əməliyyat zaman

08.11.2026 171
.

Ərdoğan Xocalı Soyqırımı Memorialının xatirə kitabına ürək sözlərini yazıb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazıb

08.11.2026 163
.

Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video

Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü

08.11.2026 221
.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

08.11.2026 154
.

NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb

Ağ Evin yeni Aparat rəhbəri Stiven Miller ABŞ Prezidenti Donald Trampa İranla hərbi münaqişəyə son qoymağı tövsiyə edib. "Report"un məlumatına görə, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən xəbər verib. Məlumata görə, Miller Ağ Evin Aparat rəhbəri vəzifəsinə namizədliyin

08.11.2026 178
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

08.11.2026 134
.