"Nensi Pelosinin Ermənistana səfəri regionda yeni müharibəyə yol açır"

"Nensi Pelosinin Ermənistana səfəri regionda yeni müharibəyə yol açır""Amerika Birləşmiş Ştatları Konqresinin spikeri Nensi Pelosinin Ermənistana səfəri əslində iki məqsəd güdür. Birincisi onunla bağlıdır ki, noyabr ayında Amerika Birləşmiş Ştatları Konqresində aralıq seçkilər olacaq, Nensi Pelosi isə ermənipərəst dairələrin konqresə gətirdikləri deputatdır və onu spiker vəzifəsinə qədər yüksəldiblər. O, ermənipərəst mövqelidir və onların maliyyə dəstəyi və havadarlığı ilə bu postlara yiyələnmiş şəxsdir. 84 yaşlı bu xanım növbəti dəfə parlamentə düşmək istəyir və arzularından biri odur ki, imkan daxilində, ahıl yaşının olmasına baxmayaraq, bu postu saxlasın. Halbuki mənsub olduğu partiyanın özündə də onun növbəti dəfə seçilməsinə qarşı etirazlar var.

İkincisi isə budur ki, Nensi Pelosi son dövrlər Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsindən istifadə etmək, Ermənitanda da Rusiyanın zəifləməkdə olan mövqelərini ABŞ-ın hesabına möhkəmləndirmək istəyir. Yəni əsas strateji hədəflərindən biri də budur.

Bizim üçün maraqlı olan odur ki, Amerika Birləşmiş Ştatlarının ierarxiyasında üçüncü vəzifəni tutan şəxs regionda sülh və təhlükəsizlik məsələləri ilə bağlı hansı mövqedə dayanacaq. Əslində onun anti-Azərbaycan mövqeyində dayanacağı və ermənipərəst mövqe ifadə edəcəyi gözlənilən idi.

N.Pelosi söyləyir ki, son sərhəd münaqişəsi Azərbaycan tərəfinin təhriki ilə baş verib və məsuliyyət Azərbaycanın üzərinə düşür. Yəni burada qətiyyən Ermənistana qarşı heç bir fikir yoxdur. Bununla yanaşı o deyir ki, Ermənistan kiçik dövlətdir və buna baxmayaraq, 4 tərəfdən sıxılmaqdadır. Pelosi belə bir mövqe ortaya qoyur".

Bu fikirləri BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərini şərh edərkən deyib.

Millət vəkili bildirib ki, ABŞ Parlamentinin spikerinin bu davranışı regionda yeni müharibəyə yol açır:

"Biz təəssüflə qeyd edirik ki, ABŞ Parlamentinin spikerinin bu davranışı və bəyanatları nəinki regionda sülhə və təhlükəsizliyə hesablanmır, hətta regionda yeni müharibənin alovlanması üçün şərait yaradır, Ermənistan revanşistlərinə əlavə stimul verir. Bütün bunlar nəticə etibarilə Cənubi Qafqaz regionu üçün yeni təhdidlər yaratmış olur.

Bu hadisələr fonunda artıq ayrı-ayrı ölkələrdə də Azərbaycanın səfirliklərinə hücumlar baş verir. Fövqəl-dövlətin spikeri anti-Azərbaycan mövqeyi bildirir və ayrı-ayrı Avropa ölkələrindəki radikal erməni qruplaşmalar da bundan stimul alır. Fransadakı səfirliyimizdə olan son hadisələrə də bu konteksdə qiymət vermək lazımdır. Analoji addımı Gürcüstanda da atmaq istədilər. Erməni radikal qruplaşmaları Gürcüstandakı Azərbaycan səfirliyinə də hücum təşkil etməyə səy göstərdi. Amma gürcü polisi və xüsusi xidmət orqanları öz missiyalarını layiqincə yerinə yetirdilər və onların bu cəhdi baş tutmadı.

Təəssüf ki, eyni sözü nə ABŞ, nə Böyük Britaniyada, nə də ki Fransadakı hüquq-mühafizə orqanları barədə söyləmək olmur. Onlar prosesləri tamamilə müşahidəçi statusunda izlədilər və bu da qəbuledilməzdir. Nensi Pelosi hara səfər edibsə, ora bir gərginlik ocağına çevrilib. Tayvana səfər etdi, az qala ABŞ-Çin müharibəsi baş verdi. İndi isə Ermənistana səfər edib və bu da kövrək atəşkəsin pozulması üçün imkanlar yaradır və stimul verir. Ona görə, hesab edirəm ki, əgər Nensi Pelosinin qayıdışından sonra regionda gərginlik artmış olsa, atəşkəs yenidən pozulsa, bütün məsuliyyət Nensi Pelosinin və təmsil etdiyi parlamentin üzərinə düşəcək".

Nuranə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 989   Tarix: 19 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

08.11.2026 174
.

40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü

"Azər-Türk Bank" ASC-nin 40 yaşlı əməkdaşı Yasən Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Y.Məmmədov futbol oyunu zamanı ürəktutmadan dünyasını dəyişib. Məlumata görə, o, Şuşa şəhərindən məcburi köçkün olub və Bakıda müvəqqəti məskunlaşıb. Mərhumun atası Tərxan Məmmədov Birinc

08.11.2026 174
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

08.11.2026 164
.

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

08.11.2026 188
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

08.11.2026 187
.

Ağ Evin yaxınlığında saxlanılan şəxs: "Başımdakı səslər Trampı öldürməyi əmr etdi"

ABŞ-nin Məxfi Xidmət agentləri Ağ Evin yaxınlığında ölkə Prezidenti Donald Trampı öldürməklə hədələyən venesuelalı qeyri-qanuni miqrantı saxlayıblar. xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyinə istinadla məlumat yayıb. Bildirilir ki, əməliyyat zaman

08.11.2026 171
.

Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video

"Azərbaycan və Türkiyə arasındakı əlaqələri zəhərləmək üçün göstərilən səylər bu gün Şuşada puça çıxdı". xəbər verir ki, bunu "Haber Global" telekanalına Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiy

08.11.2026 207
.

Tramp: "ABŞ seçkiyə görə 3 trilyon dollar itirdi"

"Demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə nəticələnən aralıq seçkisinə görə ABŞ 3 trilyon dollar itirib". xəbər verir ki, bunu Floridadakı Con Kennedi adına Kosmik Mərkəzdə çıxış edərkən ABŞ Prezidenti Donald Tramp deyib. Ölkə başçısı oktyabr ayında iş yerlərinin sayının 165 min artdığın

08.11.2026 165
.

Leyla Əliyeva Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 8 noyabr tarixində Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib. paylaşımı təqdim edir:

08.11.2026 192
.