Müharibə 21-ci əsr insanlarının psixologiyasına necə təsir edir?

Müharibə 21-ci əsr insanlarının psixologiyasına necə təsir edir?Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətdilər. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verdi. Son məlumatlara görə, 80 hərbçimiz şəhid olub.

Belə dövrdə baş verənlər insanlar arasında müxtəlif şəkildə qarşılana bilər. Aldığı informasiyanı hərə bir cür qəbullanır. Bəzən alınan gərəksiz, yaxud doğru olmayan məlumat insanları təşvişə salır və psixoloji cəhətdən çökürlər.

44 günlük Vətən müharibəsinin yaratdığı psixoloji təsirlər cəmiyyətimizdə hələ də hiss olunurdu. Müharibə insan psixologiyasına, düşüncələrinə və davranışlarına təsir edir. Bəzən psixoloji pozuntu sindroma çevrilə də bilər. Ötən əsrə qayıtsaq, görərik ki, 1941-45 müharibəsindən sonra insanlar kütləvi şəkildə ölürdülər. Bunu da postmüharibə sindromu ilə əlaqələndirirdilər. Müharibə zamanı insanlar həddən artıq gərgin şəraitdə yaşadıqlarından postmüharibə dövründə həmin gərginliyin fəsadlarını çəkirdilər, alışmaq çətin olurdu.

Maraqlıdır, müharibə 21-ci əsr insanlarının psixologiyasına necə təsir edir?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən psixoloq Elnur Rüstəmovun sözlərinə görə, qalib dövlətin vətəndaşı olaraq müharibədə iştirakımız psixologiyamıza müsbət təsir göstərdi:

"Müharibənin insan psixologiyasına təsiri var. Əgər biz bunu 1941-45-ci illərdən sonra ilə müqayisə etsək, eynilik təşkil etmədiyini görərik. Çünki o, 20-ci əsrin ortalarında baş vermişdi, bu isə 21-ci əsrdə. Çox fərqlər var.

Bununla yanaşı, müharibədə qalib və məğlub tərəflər var. Bunu da nəzərə almalıyıq. Konkret Azərbaycan vətəndaşından söhbət gedirsə, onu deyə bilərəm ki, 2020 və 2022-ci illərin sentyabrında biz qalib dövlətin vətəndaşı, qalib tərəf olduq. Bu bizim psixologiyamıza müsbət təsir göstərdi. Çünki biz savaşdan qalib tərəf kimi çıxmışdıq. 1990-cı illərin məğlubiyyətini, psixoloji fəsadlarını, təsirlərini 2020-ci il və ondan sonrakı mərhələlərdə yavaş-yavaş adlamağa başladıq".

E.Rüstəmov qeyd edib ki, posttravmatik stres pozuntusu daha çox müharibə iştirakçılarında müşahidə olunur:

"Bunu ötən əsrlərdə də müşahidə etmək olar. Posttravmatik stres pozuntusunu yaşayanların əhval-ruhiyyələri tez-tez dəyişir, aqressiv olurlar. 2020-ci ilin sentyabrından sonra da biz müharibə iştirakçılarında bu posttravmatik stres pozuntusunu gördük. Bu gün də bu proses davam edir. Onlarla bağlı kompleks sosial-psixoloji reabilitasiya işləri aparılmalıdır".

Psixoloq əlavə edib ki, son hadisələr vətəndaşlarımıza ciddi təsir etdi:

"Şəhidlərimiz var. Bu acını, kədəri vətəndaş kimi hər birimiz yaşayırıq. Bir təsəllimiz var ki, bu kiçik savaşda biz qalib kimi ayrıldıq. Qalib psixologiyası ilə yaşamaq özü də bir vətəndaş olaraq çox müsbət bir göstəricidir. Nəzərə alın: 1990-lardan 2020-yə qədər istər Azərbaycanda, istərsə də digər ölkələrdə özümüzü narahat, gərgin hiss edirdik. Bu gün həmin hissi qarşı tərəf yaşayır. Qalib ruhumuzu hər zaman qoruyub-saxlamalıyıq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 813   Tarix: 19 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

08.11.2026 174
.

40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü

"Azər-Türk Bank" ASC-nin 40 yaşlı əməkdaşı Yasən Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Y.Məmmədov futbol oyunu zamanı ürəktutmadan dünyasını dəyişib. Məlumata görə, o, Şuşa şəhərindən məcburi köçkün olub və Bakıda müvəqqəti məskunlaşıb. Mərhumun atası Tərxan Məmmədov Birinc

08.11.2026 174
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

08.11.2026 164
.

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

08.11.2026 188
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

08.11.2026 187
.

Ağ Evin yaxınlığında saxlanılan şəxs: "Başımdakı səslər Trampı öldürməyi əmr etdi"

ABŞ-nin Məxfi Xidmət agentləri Ağ Evin yaxınlığında ölkə Prezidenti Donald Trampı öldürməklə hədələyən venesuelalı qeyri-qanuni miqrantı saxlayıblar. xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyinə istinadla məlumat yayıb. Bildirilir ki, əməliyyat zaman

08.11.2026 171
.

Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video

"Azərbaycan və Türkiyə arasındakı əlaqələri zəhərləmək üçün göstərilən səylər bu gün Şuşada puça çıxdı". xəbər verir ki, bunu "Haber Global" telekanalına Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiy

08.11.2026 207
.

Tramp: "ABŞ seçkiyə görə 3 trilyon dollar itirdi"

"Demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə nəticələnən aralıq seçkisinə görə ABŞ 3 trilyon dollar itirib". xəbər verir ki, bunu Floridadakı Con Kennedi adına Kosmik Mərkəzdə çıxış edərkən ABŞ Prezidenti Donald Tramp deyib. Ölkə başçısı oktyabr ayında iş yerlərinin sayının 165 min artdığın

08.11.2026 165
.

Leyla Əliyeva Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 8 noyabr tarixində Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib. paylaşımı təqdim edir:

08.11.2026 192
.