"Ermənilərin cəzasızlıq mühitində vəhşiliyi daha da artır, ona görə də..." - Deputat
"Azərbaycan Respublikasının Fransadakı Səfirliyi qarşısında erməni radikal qrupları tərəfindən törədilmiş təxribatçı "aksiya" və səfirliyimizə hücum edərək zərər vurmaq cəhdləri bir daha erməni vandalizminin simasını ortaya çıxarır. Bu, eynilə bir müddət əvvəl Böyük Britaniyadakı Səfirliyimizə hücum edən terrorçuların vandal hərəkətlərinə bənzəyir. Son günlərdə erməni barbarizminin Livan və digər ölkələrdəki Azərbaycan səfirliklərini hədəfə alması dünya ictimaiyyətində bu millətin hansı "əxlaq"a və "mədəniyyət"ə malik olması barədə aydın təsəvvür formalaşdırır.
Ancaq təəssüf ki, Fransa polisinin bu hadisəyə laqeyd qalması və radikallar barədə sərt tədbirlər görməməsi erməni radikalizminin daha da ayaq açmasına şərait yaradır və bu cür təxribatların bir daha təkrarlanmayacağına zəmanət vermir. Ona görə də, Fransa və digər dövlətlər bu xoşagəlməz hadisə barəsində dərhal qanunamüvafiq qaydada ölçü götürməli, təxribatçılar layiqli cəzasını almalı və Azərbaycan Səfirliyinin təhlükəsizliyinin qorunmasını daha etibarlı və fasiləsiz təmin edilməlidir".
BiG.AZ xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Aydın Hüseynov deyib.
Millət vəkili qeyd edib ki, ümumiyyətlə, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin binalarına qarşı erməni icmaları tərəfindən təşkil edilən hücumlar beynəlxalq təşkilatlar tərəfindən ciddi şəkildə nəzarətə götürülməli, vandalizm və terror şüarları altında dinc insanlara qarşı bu cür zərərli halların qarşısı dərhal alınmalıdır. Ermənilərin bu hərəkətlərinə qarşı sərt addımlar atılmadığından onların cəzasızlıq mühitində vəhşiliyi daha da artır və aqressiya üçün yeni zəminlər yaranır. Ona görə də müvafiq dövlətlərin aidiyyəti qurumlarından və beynəlxalq icmalardan erməni təxribatların qarşısının alınması üçün qətiyyətli tədbirlər gözləyirik. Fransa hökumətinin və hüquq-mühafizə orqanlarının isə bu cinayətləri törədənlər barəsində lazımi hüquqi tədbirlər görəcəyinə ümid edirik".
Aysel Yusifqızı
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 922 Tarix: 19 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHəmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto
Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər
08.11.2026 174 40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Azər-Türk Bank" ASC-nin 40 yaşlı əməkdaşı Yasən Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Y.Məmmədov futbol oyunu zamanı ürəktutmadan dünyasını dəyişib. Məlumata görə, o, Şuşa şəhərindən məcburi köçkün olub və Bakıda müvəqqəti məskunlaşıb. Mərhumun atası Tərxan Məmmədov Birinc
08.11.2026 174 Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
08.11.2026 164 Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb
08.11.2026 188 Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video
8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:
08.11.2026 187 Ağ Evin yaxınlığında saxlanılan şəxs: "Başımdakı səslər Trampı öldürməyi əmr etdi"
ABŞ-nin Məxfi Xidmət agentləri Ağ Evin yaxınlığında ölkə Prezidenti Donald Trampı öldürməklə hədələyən venesuelalı qeyri-qanuni miqrantı saxlayıblar. xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyinə istinadla məlumat yayıb. Bildirilir ki, əməliyyat zaman
08.11.2026 171 Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
"Azərbaycan və Türkiyə arasındakı əlaqələri zəhərləmək üçün göstərilən səylər bu gün Şuşada puça çıxdı". xəbər verir ki, bunu "Haber Global" telekanalına Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiy
08.11.2026 207 Tramp: "ABŞ seçkiyə görə 3 trilyon dollar itirdi"
"Demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə nəticələnən aralıq seçkisinə görə ABŞ 3 trilyon dollar itirib". xəbər verir ki, bunu Floridadakı Con Kennedi adına Kosmik Mərkəzdə çıxış edərkən ABŞ Prezidenti Donald Tramp deyib. Ölkə başçısı oktyabr ayında iş yerlərinin sayının 165 min artdığın
08.11.2026 165 Leyla Əliyeva Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 8 noyabr tarixində Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib. paylaşımı təqdim edir:
08.11.2026 192