Yasa getmək, yoxsa sosial şəbəkədə bəyəni toplamaq sevdası? - Video+Fotolar
Xəbər verdiyimiz kimi, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı zamanı 80 hərbi qulluqçumuz şəhid olub. Şəhidlərimizlə bağlı sosial şəbəkələrdə yüzlərlə paylaşımlar edilir. Onlar arasında tanınmış simalar da yer alıb. Amma bəziləri yasa gedib, orada az qala "fotosessiya" etdirirlər.
Axşam.az xəbər verir ki, tənqidlərə tuş gələnlərdən biri Əməkdar artist Mehriban Xanlarova olub. Əvvəlcə şəhidlərə görə 40 gün heç bir televiziya proqramına qatılmayacağını deyən aktrisa sonradan instaqramında dayanmadan fotolar paylaşmağa başlayıb. Xanlarova şəhidlərin yas mərasiminə gedib, şəhid anaları ilə şəkillər çəkdirib. Hətta şəhidin fotosunu da ananın qucağına qoyaraq, kameraya baxmasını istəyib. Bir fotonu isə Xanlarova övladının məzarı üstündə ağlayan ana ilə çəkdirib. Aktrisa yazılan tənqidi şərhlərin qarşısını almaq üçün isə şərh bölümünü bağlayıb.
Müğənni Zenfira İbrahimova isə SOS uşaq evində böyüyən şəhid Səbuhi Əhmədovun yas mərasiminə yollanıb. Müğənni buradan video çəkib yaymağı da unutmayıb. O, yasın ortasında əlinə telefonu alaraq üç mərasimini lentə alıb. Zenfira Səbuhinin dəfn mərasiminə gedib, dini şüar səsləndirənlərlə sinə döyərək video çəkib.
Şəhidimiz Səbuhinin yas mərasiminə yollananlar arasında müğənni Bahar Lətifqızı da yer alıb. Bahar isə masanın başında oturub, telefonunu da başqasına verərək onu çəkmələrini istəyib. Həmin görüntüləri də instaqram səhifəsində paylaşıb.
Keçək TikTok-a. Hazırda ölkə ərazisində yayımı müvəqqəti dayandırılan sosial şəbəkəyə bəzi proqramla bir çoxları rahatlıqla girirlər. TikTok "ulduzları"mız da şəhidlərin dəfn və yas mərasiminə gedərək video çəkmək bir yana, canlı yayıma girirlər. Yası canlı yayımda nümayiş etdirir, yarış da keçirirlər.








BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2434 Tarix: 19 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHəmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto
Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər
08.11.2026 174 40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Azər-Türk Bank" ASC-nin 40 yaşlı əməkdaşı Yasən Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Y.Məmmədov futbol oyunu zamanı ürəktutmadan dünyasını dəyişib. Məlumata görə, o, Şuşa şəhərindən məcburi köçkün olub və Bakıda müvəqqəti məskunlaşıb. Mərhumun atası Tərxan Məmmədov Birinc
08.11.2026 174 Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
08.11.2026 164 Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb
08.11.2026 188 Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video
8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:
08.11.2026 187 Ağ Evin yaxınlığında saxlanılan şəxs: "Başımdakı səslər Trampı öldürməyi əmr etdi"
ABŞ-nin Məxfi Xidmət agentləri Ağ Evin yaxınlığında ölkə Prezidenti Donald Trampı öldürməklə hədələyən venesuelalı qeyri-qanuni miqrantı saxlayıblar. xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyinə istinadla məlumat yayıb. Bildirilir ki, əməliyyat zaman
08.11.2026 171 Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
"Azərbaycan və Türkiyə arasındakı əlaqələri zəhərləmək üçün göstərilən səylər bu gün Şuşada puça çıxdı". xəbər verir ki, bunu "Haber Global" telekanalına Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiy
08.11.2026 207 Tramp: "ABŞ seçkiyə görə 3 trilyon dollar itirdi"
"Demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə nəticələnən aralıq seçkisinə görə ABŞ 3 trilyon dollar itirib". xəbər verir ki, bunu Floridadakı Con Kennedi adına Kosmik Mərkəzdə çıxış edərkən ABŞ Prezidenti Donald Tramp deyib. Ölkə başçısı oktyabr ayında iş yerlərinin sayının 165 min artdığın
08.11.2026 165 Leyla Əliyeva Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 8 noyabr tarixində Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib. paylaşımı təqdim edir:
08.11.2026 192