Sahibə Qafarova: "Nensi Pelosinin açıqlaması təəssüf hissi doğurur"
ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri çərçivəsində verdiyi açıqlama dərin təəssüf hissi doğurur.
"Report" xəbər verir ki, bu, Milli Məclisin sədri Sahibə Qafarovanın ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri çərçivəsində səsləndirdiyi açıqlamasına dair bəyanatında yer alıb.
"2022-ci il sentyabrın 12-dən 13-ə keçən gecə Azərbaycanla Ermənistan arasında delimitasiya olunmamış şərti sərhəddəki genişmiqyaslı hərbi təxribat məhz Ermənistan tərəfindən törədilmişdir. Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin qorunub saxlanılması istiqamətində hərəkətə keçərək, müvafiq cavab tədbirləri görmüşdür. Hazırda tərəflər arasında atəşkəs əldə olunmuş və vəziyyətin daha da gərginləşməsinin qarşısı alınmışdır", - Sahibə Qafarova qeyd edib.
Milli Məclisin sədri bildirib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və yenidənqurma işləri apardığı, regionda sülh və sabitliyin təmin olunması istiqamətində səylər göstərdiyi halda, Ermənistan özünün destruktiv mövqeyi və hərbi təxribatları ilə sülh prosesinə ardıcıl şəkildə zərbə vurur. Bu addımlara görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür:
"ABŞ Nümayəndələr Palatasının spikerinin açıqlaması baş vermiş hadisələrə obyektivlikdən uzaq, qərəzli və birtərəfli yanaşmanı əks etdirir. Öz siyasi karyerası ərzində ermənipərəst siyasətçi kimi tanınan Nensi Pelosinin bu açıqlamanı erməni təbliğatının təsiri altında verdiyi şübhə doğurmur. Ermənistana səfər edən nümayəndə heyətinin tərkibinə üç nəfər ermənipərəst Konqres üzvünün daxil edilməsi də bunun növbəti bariz təzahürüdür. Digər tərəfdən, ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdən öncə reallaşdırılan bu səfərin ABŞ-dakı erməni lobbisinin dəstəyini qazanmağa xidmət edən addımlardan biri kimi xanım spikerin şəxsi maraqlarına xidmət etdiyi də aydındır.
ABŞ Nümayəndələr Palatasının spikeri anlamalıdır ki, onun bu açıqlaması Ermənistanda revanşizm meyllərini gücləndirməklə, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə və regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması səylərinə ciddi zərbə vurur.
Təəssüf doğuran başqa bir məqam budur ki, Azərbaycan torpaqlarının 30 ilə yaxın Ermənistanın işğalı altında qaldığı dövr ərzində Nensi Pelosi kimi siyasətçilərin beynəlxalq hüququn norma və prinsiplərini, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən bəyanatlarının heç vaxt şahidi olmadıq. Ermənistan tərəfindən aparılmış etnik təmizləmə siyasətinə, 1 milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə, işğal altındakı ərazilərimizdə vandalizm aktlarının törədilməsinə, şəhər və kəndlərimizin dağıdılmasına baxmayaraq, onlar susmağa üstünlük verdilər və heç bir mövqe bildirmədilər. Belə olduğu təqdirdə, ABŞ Konqresi Nümayəndələr Palatasının spikerinin erməni təbliğatının təsiri altında verdiyi bu açıqlama sadəcə olaraq ikili standartların növbəti bariz nümunəsi kimi qiymətləndirilməlidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 744 Tarix: 18 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHəmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto
Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər
08.11.2026 174 40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Azər-Türk Bank" ASC-nin 40 yaşlı əməkdaşı Yasən Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Y.Məmmədov futbol oyunu zamanı ürəktutmadan dünyasını dəyişib. Məlumata görə, o, Şuşa şəhərindən məcburi köçkün olub və Bakıda müvəqqəti məskunlaşıb. Mərhumun atası Tərxan Məmmədov Birinc
08.11.2026 174 Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
08.11.2026 164 Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb
08.11.2026 188 Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video
8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:
08.11.2026 187 Ağ Evin yaxınlığında saxlanılan şəxs: "Başımdakı səslər Trampı öldürməyi əmr etdi"
ABŞ-nin Məxfi Xidmət agentləri Ağ Evin yaxınlığında ölkə Prezidenti Donald Trampı öldürməklə hədələyən venesuelalı qeyri-qanuni miqrantı saxlayıblar. xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyinə istinadla məlumat yayıb. Bildirilir ki, əməliyyat zaman
08.11.2026 171 Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
"Azərbaycan və Türkiyə arasındakı əlaqələri zəhərləmək üçün göstərilən səylər bu gün Şuşada puça çıxdı". xəbər verir ki, bunu "Haber Global" telekanalına Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiy
08.11.2026 207 Tramp: "ABŞ seçkiyə görə 3 trilyon dollar itirdi"
"Demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə nəticələnən aralıq seçkisinə görə ABŞ 3 trilyon dollar itirib". xəbər verir ki, bunu Floridadakı Con Kennedi adına Kosmik Mərkəzdə çıxış edərkən ABŞ Prezidenti Donald Tramp deyib. Ölkə başçısı oktyabr ayında iş yerlərinin sayının 165 min artdığın
08.11.2026 165 Leyla Əliyeva Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 8 noyabr tarixində Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib. paylaşımı təqdim edir:
08.11.2026 192