XİN: "Pelosi tərəfindən Azərbaycana qarşı irəli sürülən əsasız və ədalətsiz ittihamlar qəbuledilməzdir"
"18 sentyabr 2022-ci il tarixində Ermənistana səfəri çərçivəsində ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi tərəfindən verilmiş və bölgədəki vəziyyəti təhrif edən açıqlama ciddi təəssüf doğurur. N.Pelosi tərəfindən Azərbaycana qarşı irəli sürülən əsassız və ədalətsiz ittihamlar qəbuledilməzdir".
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Qeyd olunub ki, bu ilin 12 sentyabr tarixindən 13 sentyabra keçən gecə delimitasiya olunmamış şərti sərhəddə baş verən insident Ermənistanın Azərbaycana qarşı törətdiyi genişmiqyaslı hərbi təxribat idi və Azərbaycan Silahlı Qüvvələri tərəfindən bu təxribatın qarşısı alınıb və ölkənin suverenliyi və ərazi bütövlüyünün qorunması təmin edilib:
"Hal-hazırda atəşkəs rejimi təmin olunur və vəziyyətin gərginləşməsinin qarşısı alınıb. Bölgədə vəziyyətin bu şəkildə gərginləşdirilməsi və genişmiqyaslı təxribatın törədilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Ümumiyyətlə, N.Pelosi ermənipərəst siyasətçi kimi tanınır və onun nümayəndə heyətinin tərkibində Konqresin məhz ermənipərəst üzvlərinin olması bunu bilavasitə nümayiş etdirir. Qarşıdan ABŞ-da Konqresə ortamüddətli seçkilər dövrü gəldiyini nəzərə alaraq, görünür N.Pelosi də bu səfərdən öz daxili siyasi gündəliyi və ABŞ-dakı erməni lobbi dairələrinin dəstəyini qazanmaq üçün istifadə edir".
Bildirilib ki, ABŞ-ın daxili siyasi gündəliyində olan siyasi intriqalar və lobbi maraqlarının Ermənistan üzərindən Cənubi Qafqaz regionuna daşınması qəbuledilməzdir:
"Təəssüflə vurğulayırıq ki, ədalətdən danışan N. Pelosi Azərbaycana qarşı Ermənistanın təcavüz siyasəti, ərazilərinin 30 ilə yaxın davam edən işğalı, yüz minlərlə azərbaycanlının etnik təmizlənməsi və Ermənistanın məsuliyyət daşıdığı digər bu kimi ağır cinayətlərlə bağlı bugünədək məqsədli şəkildə heç bir mövqe nümayiş etdirməyib.
N.Pelosinin Ermənistanda söylədikləri erməni təbliğatı əsasında verilmiş açıqlama kimi dəyərləndirilməlidir. Bu, Ermənistanla Azərbaycan arasında hal-hazırda münasibətlərin normallaşması istiqamətində atılan səylərə ciddi zərbədir. Bu kimi birtərfli addımlar və verilən əsassız açıqlamalar regionda kövrək sülhün gücləndirilməsinə deyil, əksinə gərginliyin artmasına xidmət edir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 747 Tarix: 18 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
¼ finalda rekord göstərici - Yarımfinala bu nəticə ilə çıxdı - VİDEO
ATV-nin "Kəlmə-kəlməyə" meyxana şousunda sonuncu yarımfinalçının adı məlum olub. xəbər verir ki, ¼ mərhələnin son qarşılaşmasında meyxanaçılar Tərlan Xəlilov və Valeh Musayev üz-üzə gəlib. Gərgin keçən "söz savaşında" Tərlan Xəlilov rəqibini rekord göstərici ilə qabaqlayaraq adın
21.04.2026 343 Vəfa yenidən konsert verəcək
Müğənni Vəfa Şərofova yenidən konsert verəcək. xəbər verir ki, bu haqda sənətçi özü paylaşım edib. Konsert 28 may tarixində Sumqayıt şəhərində baş tutacaq. Xatırladaq ki, müğənni bir neçə gün öncə Opera Studiyasında da konsert proqramı ilə çıxış etmişdi
21.04.2026 213 Bir uşağı qəddar edən sistem: məktəblərdə nə baş verir?
"Məktəblərin hər keçən gün daha təhlükəli məkana çevrilməsi illərlə buraxılmış sistemli səhvlərin məntiqi nəticəsidir. Ədəbiyyata olan biganəlik insanın mənəvi dünyasının kasadlaşmasına, empatiya hissinin zəifləməsinə səbəb olduğu kimi, digər sahələrdə yaranan boşluqlar da aqressiv və cinayətka
21.04.2026 295 Şəhidin atası vəfat etdi - Foto
Vətən müharibəsi şəhidi, kapitan İlkin Nəcəfovun atası Misirxan Nəcəfov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, yaşadığı Salyan rayonunda dünyasını dəyişib. Qeyd edək ki, İ.Nəcəfov 1989-cu ildə Salyanın Şikarlı kəndində anadan olub. Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirdikdən sonr
21.04.2026 293 Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Azərbaycanda həbsdə olan separatçı Ruben Vardanyan ailəsi ilə telefon danışığı aparıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "Sputnik Ermənistan" yayıb. Bildirilib ki, söhbət zamanı R.Vardanyan Ermənistan ombudsmanı Anait Manasyana müraciət ünvanlayıb. O, həmin müraciətind
21.04.2026 406 Anasının meyitini 3 il dondurucuda saxlayıb pensiyasını aldı
Böyük Britaniya sakini Kristofer Fillips anasının meyitini üç il gizlədib. xarici KİV-ə istinadla xəbər verir ki, o, anası Silviya Fillips ilə eyni evdə yaşayıb. Qadının həkimi uzun müddətdir onu görmədiyini və vəziyyətindən narahat olduğunu bildirərək polisə xəbər verib. Evdə aparılan baxış zamanı poli
21.04.2026 297 Nahar vaxtı evini təmir edənlər cərimələnəcək - Qonşu ölkədə
Nahar vaxtı təmir işləri görən ruslar cəzalandırılacaq. "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu üçün cərimə məbləği 80.00 rubl müəyyən olunub. Məlumata görə, Rusiyanın bəzi bölgələrində qanunlar təmir işləri də daxil olmaqla, başqalarının rahatlığını pozmağın qadağan olunduğu dövrlər
21.04.2026 133 Metronun fəaliyyəti bərpa olundu - Yenilənib
"Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür". "Qafqazinfo" xəbər verir ki, bu barədə Bakı Metropoliteninin yaydığı növbəti açıqlamada qeyd olunub. Bildirilib ki, yaxın bir saat ərzində metropoliteni
21.04.2026 829 "Azərsun Holdinq"in dəstəyi ilə "Vikipediya"nın 25 illiyi qeyd olundu - Fotolar
"Azərsun Holdinq" doğma dilimizin qorunması və xüsusən də rəqəmsal məcrada inkişaf etdirilməsi məqsədilə layihələrini davam etdirir. Bu layihələr çərçivəsində şirkətlər qrupu "Vikimedia Azərbaycan" İstifadəçi Qrupu ilə birgə "Azərbaycan dilinin rəqəmsal ensiklopediyası: 25"
21.04.2026 289