Vətən müharibəsi qazisi: "Qismətimdə 44 günlük şərəfli yolda addımlamaq da varmış" - MÜSAHİBƏ + FOTO

Vətən müharibəsi qazisi: "Qismətimdə 44 günlük şərəfli yolda addımlamaq da varmış" - MÜSAHİBƏ + FOTO"Vətən müharibəsindən əvvəl Mingəçevirdə yerləşən "N" saylı hərbi hissədə xidmət edirdim. Xidməti tamamlamağıma sayılı günlər qalmışdı. Sentyabrın 15-də 23 yaşıma əsgər yoldaşlarımla birgə qədəm qoydum. Doğum günüm olsa da, xoş əhvalda deyildim. Hərbiyə olan sevgim o qədər böyük idi ki, tezliklə formanı əynimdən çıxaracağıma kədərlənirdim. Bir yandan da Tovuz hadisələrinin intiqamı məni narahat edirdi. Bir il ərzində hərbi sirlərə yiyələnmiş və özümü döyüşlərə hazır hiss edirdim. Hərbi xidməti başa vursaydım belə, ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşmək əmri gəldiyi anda irəli atılanlardan biri olacaqdım. Lakin tale elə gətirdi ki, həm sevdiyim formanı daha bir neçə ay geyinmək, həm də düşməndən intiqam almaq nəsibim oldu. Qismətimdə hər günü bir tarix olan 44 günlük şərəfli yolda addımlamaq da varmış".

Bunu AZƏRTAC-a müsahibəsində Vətən müharibəsi qazisi Kamran Şahmarlı deyib.

Tank əleyhinə taqımın çavuşu olan Kamran Tərtər rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndi istiqamətlərində aparılan hərbi əməliyyatlarda iştirak edib. O, düşmənin bir neçə canlı qüvvəsini məhv etməklə yanaşı, silah-sursatını da qənimət götürməyə nail olub. Savaş meydanı onun etibarını da sınağa çəkib. Belə ki, Kamran yaralı döyüş yoldaşlarını və şəhid silahdaşlarının nəşini atəş altından çıxarıb. Bir sözlə, həm müharibə, həm də vəfa imtahanından üzüağ çıxıb.

Kamran Şahmarlı üçün o günlərdən danışmaq qürurlu, eyni zamanda, kədərlidir. Arzusuna çatdığı, düşməndən qisas aldığı və müzəffər Ordunun bir üzvü olduğu üçün qürurlanır. Lakin çörəyini, suyunu paylaşdığı, bir-birinə söykənib dincliyini aldığı, yorğunluğunu çıxardığı, düşmən gülləsindən qorumağa çalışdığı döyüş yoldaşlarının itkisi hələ də qəlbini sızladır. O, Suqovuşanın, Talış kəndinin düşmən əsarətindən qurtarılması sevincini döyüş meydanında yaşamağın əvəzolunmaz bir hiss olduğunu deyir...

Bir neçə il boksla məşğul olan Kamran dəfələrlə yerli və beynəlxalq turnirlərdə fəxri kürsüdə yer alıb. O, idmanla məşğul olmağının müharibədə ona çox kömək etdiyini, fiziki gücünü, dözümlülüyünü, döyüş qabiliyyətini artırdığını, istədiyi kimi savaşmağa vəsilə olduğunu qeyd edib.

K.Şahmarlı müharibədən sonra xidmətini Kəlbəcərdə davam etdirib. 2021-ci ilin aprelində isə ordu sıralarından tərxis olunub. Müharibə onun üçün acılı-şirinli xatirələrlə doludur. O günlərdə gözünün qarşısında baş verən dəhşətləri unutmağa çalışır. Lakin Ermənistan silahlı qüvvələrinin son təxribatı ona 44 gün ərzində yaşadığı müharibə dəhşətlərini yenidən xatırladıb:

"Düşmən təxribatı nəticəsində hərbi qulluqçularımızın şəhid olması xəbəri məni çox kədərləndirdi. Bir anlıq o ağrılı günlərə geri döndüm. Yeganə təsəllim odur ki, qəhrəman döyüşçülərimizin qanı yerdə qalmadı. Ordumuzun bölmələri sarsıdıcı zərbələr endirərək düşmənə layiqli cavab verdi, yeni mühüm mövqelər ələ keçirdi, quldurları darmadağın etdi, dəyəri milyardlarla ölçülən hərbi texnikaları dəqiq atəşlə sıradan çıxardı. Düşmənin xeyli sayda canlı qüvvəsi məhv edildi. Beləliklə, son nəticə olaraq Azərbaycan Ordusu növbəti Zəfərinə imza atdı.

Düşmən anlamalıdır ki, təxribatlara əl atdıqca daha ağır nəticələrlə üzləşməli olacaq. Ərazi bütövlüyümüzə təhlükə yaranacağı təqdirdə, tərəddüd etmədən silaha sarılacaq, yenidən düşmənin qənimi olmağa yollanacağam. Əgər Vətən yenə bizi səsləyərsə, hər birimiz onun çağırışına səs verməli, ərazi bütövlüyümüz, suverenliyimiz naminə can alıb can verməyə hazır olmalıyıq".

Qeyd edək ki, Vətən müharibəsi qazisi Kamran Şahmarlı "Suqovuşanın azad olunmasına görə", "Vətən uğrunda" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

Vətən müharibəsi qazisi: "Qismətimdə 44 günlük şərəfli yolda addımlamaq da varmış" - MÜSAHİBƏ + FOTOVətən müharibəsi qazisi: "Qismətimdə 44 günlük şərəfli yolda addımlamaq da varmış" - MÜSAHİBƏ + FOTOVətən müharibəsi qazisi: "Qismətimdə 44 günlük şərəfli yolda addımlamaq da varmış" - MÜSAHİBƏ + FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 765   Tarix: 18 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

08.11.2026 174
.

40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü

"Azər-Türk Bank" ASC-nin 40 yaşlı əməkdaşı Yasən Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Y.Məmmədov futbol oyunu zamanı ürəktutmadan dünyasını dəyişib. Məlumata görə, o, Şuşa şəhərindən məcburi köçkün olub və Bakıda müvəqqəti məskunlaşıb. Mərhumun atası Tərxan Məmmədov Birinc

08.11.2026 174
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

08.11.2026 164
.

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

08.11.2026 188
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

08.11.2026 187
.

Ağ Evin yaxınlığında saxlanılan şəxs: "Başımdakı səslər Trampı öldürməyi əmr etdi"

ABŞ-nin Məxfi Xidmət agentləri Ağ Evin yaxınlığında ölkə Prezidenti Donald Trampı öldürməklə hədələyən venesuelalı qeyri-qanuni miqrantı saxlayıblar. xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyinə istinadla məlumat yayıb. Bildirilir ki, əməliyyat zaman

08.11.2026 171
.

Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video

"Azərbaycan və Türkiyə arasındakı əlaqələri zəhərləmək üçün göstərilən səylər bu gün Şuşada puça çıxdı". xəbər verir ki, bunu "Haber Global" telekanalına Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiy

08.11.2026 207
.

Tramp: "ABŞ seçkiyə görə 3 trilyon dollar itirdi"

"Demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə nəticələnən aralıq seçkisinə görə ABŞ 3 trilyon dollar itirib". xəbər verir ki, bunu Floridadakı Con Kennedi adına Kosmik Mərkəzdə çıxış edərkən ABŞ Prezidenti Donald Tramp deyib. Ölkə başçısı oktyabr ayında iş yerlərinin sayının 165 min artdığın

08.11.2026 165
.

Leyla Əliyeva Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 8 noyabr tarixində Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib. paylaşımı təqdim edir:

08.11.2026 192
.