ABŞ hakimiyyəti video oyunlarında terrorla mübarizə üçün 700 min dollar ayırdı

ABŞ hakimiyyəti video oyunlarında terrorla mübarizə üçün 700 min dollar ayırdıABŞ Daxili Təhlükəsizlik Departamenti 699,763 dollar dəyərində tədqiqat qrantı dərc edib.

Bu məbləğ video oyunlar və tematik mesajlarda terrorizm və ekstremizmin təzahürləri, həmçinin qumar əyləncələrinin təşkili hallarının öyrənilməsi üçün nəzərdə tutulur.

"Son on ildə video oyunlar getdikcə daha çox yeniyetmələr və gənclər üçün sosial fəaliyyətin və şəxsiyyətin formalaşması mərkəzinə çevrilib. Ekstremistlər video oyunlardan və cəmiyyətdən təbliğat aparmaq, terrorçuları səfərbər etmək və öyrətmək, eyni zamanda bir çox müxtəlif məqsədlər üçün istifadə edirlər", - deyə sənəddə bildirilib.

Layihə oyunlarda ekstremist fəaliyyətin aşkarlanması və qiymətləndirilməsi üzrə qabaqcıl təcrübələrin işlənib hazırlanmasına yönəldiləcək. Həmçinin müvafiq avtomatik sistemlərin yaradılması da nəzərdə tutulur. Bundan əlavə, ayrılan vəsait onlayn oyun moderatorları üçün təlim kurslarının yaradılmasına sərf olunacaq. Ayrılan qrant Midlberi İnstitutunun Terrorizm, Ekstremizm və Kontrterrorizmlə Mübarizə Mərkəzi, həmçinin oyunçuların psixi sağlamlığının öyrənilməsi üzrə ixtisaslaşan "Take This" qeyri-kommersiya təşkilatı arasında bölüşdürüləcək.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 566   Tarix: 18 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ev heyvanları xərçənglə mübarizədə kömək edir

Məlum olub ki, pişiklərdə rast gəlinən xərçənglə insan onkologiyası arasında ortaq mexanizmlər var. xəbər verir ki, ev pişikləri insanlarda xərçəngin müalicəsi üçün yeni üsulların tapılmasında mühüm rol oynaya bilər. Çünki pişiklərdə onkoloji xəstəliklərin inkişafına səbəb olan genetik mexanizmləri

19:45 1
.

Möhbalıyevin restoranının pullarını kazinoda uduzdu

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən "Batabat" restoranının Aqil adlı icraçı direktoru sözügedən obyektin pullarını kazinoda uduzub. xəbər verir ki, bu barədə "Qaynarinfo" məlumat yayıb. Restoran sahibinin bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyi bildirilir

17:23 204
.

Fatimə də pafoslu sözlərlə qalmaqala qoşuldu: "Hamımız bir ailənin üzvüyük"

Rəqqasə Fatimə Fətəliyeva müğənni Səidə Sultan və aparıcı Tarix Əliyev (Tolik) arasında qalmaqala münasibət bildirib. "Yeni Sabah" xəbər verir ki, o, sosial media hesabında paylaşım edərək ağbirçək və ağsaqqalları məsələyə aydınlıq gətirməyə dəvət edib:. "Hamımız bir ailənin üzvüyük. Çoxlar

20:30 1
.

Sabah hava necə olacaq?

Fevralın 25-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə hava şəraitinin çiskinli olacağı ehtimal

13:34 272
.

Dünya təcrübəsi Azərbaycanda: təqaüdçülər öz bankını seçə bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Dünyanın bir çox ölkəsində təqaüdçülər öz pensiyalarını istədikləri bankdan ala bilirlər ki, bu da həm onların seçim azadlığını təmin edir, həm də banklar arasında rəqabəti gücləndirərək xidmət keyfiyyətini artırır. Belə sistemdə vətəndaşlar öz rahatlıqlarına və üstünlüklərinə uyğun bankı seçə bilir

13:24 294
.

London və Paris Kiyevə nüvə silahı vermək istəyir - İDDİA

London və Paris Kiyevə nüvə silahları və onların sistemlərinin çatdırılmasını təmin etmək üçün fəal şəkildə çalışırlar. xəbər verir ki, bardədəRusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu məlumat yayıb. Qurumun bəyanatında deyilir: "Rusiya Xarici Kəşfiyyat Xidmətinin əlində olan məlumata görə

21:00 1
.

Yağış, qar - Faktiki hava

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Belə ki, Bakıda və Abşeron yarımadası, eyni zamanda Balakən, Gəncə, Naftalan, Şəmkir, Ceyrançöl, Tovuz, Şirvan

17:46 161
.

İşinə olan sevgi insana nə verir? - Alimlərdən heyrətamiz kəşf

Kanadanın 7 universitetinin alimlərinin apardığı araşdırma göstərir ki, işə sevgi adlandırılan dərin emosional bağlılıq sağlamlıq və rifah üzərində təkcə işdən məmnunluq hissindən daha güclü təsirə malikdir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaçılar 1800 işləyən insan üzərində müşahidələrin

18:45 103
.

Kim Kardaşyana bənzəmək üçün əməliyyat etdirən məşhur ÖLDÜ

Kim Kardaşyana bənzəmək üçün keçirdiyi onlarla estetik əməliyyatla dünya mətbuatının diqqət mərkəzində olan 34 yaşlı realiti-şou ulduzu və sosial media fenomeni Cordan Ceyms Park, Londonda yaşadığı rezidensiyada ölü tapılıb. xarici mediaya istinadla xəbər verir ki, "Dodaq Kralı" (Lip King

19:30 63
.

TOP MP3