Məktəblilər gündə neçə dəfə qidalanmalıdırlar? - Səhiyyə Nazirliyinin əməkdaşı AÇIQLADI
"Məktəb dövründə uşaqlar düzgün qidalanmalıdırlar və onların yuxu rejiminə diqqət edilməlidir. Çünki hər iki amil onların gələcəkdə hansı xəstəliklərlə üzləşməsində aparıcı rol oynayacaq. Mütləq şəkildə uşaqların çantalarına meyvə-tərəvəz və isti yemək qoyulmalıdır".
Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova nazirliyin rəsmi "Instagram" hesabında canlı yayım zamanı deyib. Mütəxəssis bildirib ki, altıncı sinfə qədər onlar çantalarına yemək qoymağa imkan verirlər, amma yeniyetməlik dövründə çox zaman bununla razılaşmırlar:
"Təəssüf ki, məktəbdə satılan yeməklər də çox zaman onların sağlamlığına ziyan vura bilir. Fastfudlara çox yer verilməməlidir. Uşaqlar mütləq qidada süd və süd məhsullarına, ət, balıq və toyuq məhsullarına üstünlük verməlidirlər. Onlar gündə dörd dəfə qidalanmalıdırlar, iki səhər yeməyi yeməlidirlər.
Uşaqlara müayinə etmədən vitamin də vermək olmaz. Çünki həmin vitaminlər inkişafda olan orqanizmə ciddi ziyan vura bilər. Onlar kimyəvi dərman preparatlarıdır. Vitamin B, Vitamin C və ya Vitamin D həkim məsləhəti olmadan uşaqlara verilməsin. Onun yerinə meyvə-tərəvəz kimi təbii vitaminlər qəbul etmələrinə diqqət göstərsinlər".
Həkim immunitetin güclü olması üçün uşaqlara iki yaşadək ana südü verilməli olduğunu qeyd edib:
"Orqanizmin infeksiyalara qarşı mübarizə aparan müdafiə sistemi immunitetdir. İmmunitetin güclü olması üçün uşaq doğulduqdan sonra mütləq ana südü ilə qidalanmalıdır. Yaxşı olar ki, iki yaşlarına qədər onlara ana südü verilsin. İmmun sistemini zəiflədən faktorlar isə yetəri qədər var. Məsələn, əgər bir ilin içərisində üç dəfədən artıq antibiotikdən istifadə edilirsə, bu, immun sisteminin zəifləməsindən xəbər verir. Psixoloji faktorlar da immun sisteminin zəifləməsinə yol açır".
Aynurə Zeynalova valideynlərə uşaqları xəstə olarkən məktəbə göndərməməyi tövsiyə edib:
"Uşağı xəstə-xəstə məktəbə göndərməsinlər. Hətta imkan daxilində uşaqlarda halsızlıq olduqda belə, onları bir-iki gün evdə saxlasınlar. Bu, həm onların sağlamlığı, həm də sinifdəki digər uşaqların səhhəti baxımından önəmlidir".
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 927 Tarix: 18 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDoaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA
MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur
14.09.2021 364 Üz dərisini ağardan unikal vasitə
Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində
13.09.2021 741 "Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"
Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi
12.09.2021 5476 Bu şəxslərə soğan yemək olmaz
Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey
12.09.2021 2801 Ayaq qoxusuna son
Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi
10.09.2021 1505 Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR
"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə
11.09.2021 2925 Bu köpəkbalığı donuza oxşayır - FOTO
İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə
10.09.2021 1424 Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...
Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi
12.09.2021 1875 On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz
BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti
11.09.2021 2055