Strateji ekoloji qiymətləndirmənin tətbiq sahəsi və aparılması qaydası açıqlanıb

Strateji ekoloji qiymətləndirmənin tətbiq sahəsi və aparılması qaydası açıqlanıbStrateji ekoloji qiymətləndirmənin (SEQ) tətbiq sahəsi və aparılması qaydası açıqlanıb.

"Report"un məlumatına görə, bu, SEQ-in yeni təsdiqlənən qaydalarında əks olunub.

Belə ki, SEQ "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunun 7-ci maddəsinə uyğun olaraq aşağıdakı strateji sənədlərə tətbiq edilir:

- kənd təsərrüfatı, meşəçilik, balıqçılıq, enerji, sənaye, nəqliyyat, tullantıların və suyun idarə olunması, torpaq ehtiyatlarının istifadəsi, turizm və telekommunikasiya sahələri üzrə strateji sənədlərin layihələri və bu cür sənədlərdə düzəlişlərin layihələri;

- ərazi planlaşdırılması sənədlərinin layihələri və bu cür sənədlərdə düzəlişlərin layihələri;

- ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik sahəsində Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq və konsessiya müqavilələrindən irəli gələn layihələr.

Fövqəladə hallar, dövlətin müdafiəsi, habelə maliyyə və büdcə məsələləri ilə bağlı strateji sənədlərə SEQ tətbiq edilmir.

SEQ aparılmış strateji sənədlərdə dəyişikliklər edilməsi zərurəti yarandıqda, planlaşdırıcı orqan həmin dəyişikliklərin
mahiyyətini və həcmini nəzərə alaraq planlaşdırılan düzəlişlər strateji sənəddə gələcəkdə ƏMTQ tələb etməyən və ətraf mühitə ciddi təsirlərə səbəb olmayacaq fəaliyyəti nəzərdə tutduğu halda, Nazirliklə razılaşdırmaqla SEQ-in
aparılmamasına dair qərar qəbul edir.

Bu halda mövcud SEQ sənədində müvafiq dəyişiklik edilir və Nazirliyin tabeliyində Dövlət Ekoloji Ekspertiza Agentliyinə (bundan sonra – Agentlik) məlumat üçün təqdim edilir;

- dəyişikliklərin edilməsi zərurəti ətraf mühitin mövcud vəziyyəti və ətraf mühitə təsir faktları üzrə riskin qiymətləndirilməsinin nəticələri əsasında yarandıqda, həmin dəyişikliklərin mahiyyəti və həcmindən asılı olaraq planlaşdırıcı orqan tərəfindən Nazirliklə razılaşdırmaqla onlara münasibətdə SEQ-in aparılması barədə qərar
qəbul edildikdə, SEQ bu strateji sənədlərə münasibətdə bu Qaydaya uyğun olaraq bütövlükdə aparılır.

"Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunu qüvvəyə minənədək SEQ aparılmamış SEQ-in obyekti hesab edilən strateji sənədlərdə ƏMTQ tələb edən fəaliyyətlə bağlı dəyişikliklər edilməsi zərurəti yarandıqda,
planlaşdırıcı orqan SEQ-in tətbiqi barədə qərar qəbul edir.

SEQ-in aparılması Agentliyə ilkin məsləhətləşmə üçün müraciət tarixindən başlanılır və ekoloji ekspertiza rəyinin verilməsi ilə başa çatır.

SEQ-in həyata keçirilmə mərhələləri aşağıdakılardır:

- strateji sənəd üzrə potensial təsirlərin həcminin (dairəsinin) müəyyən edilməsi və Agentliklə ilkin məsləhətləşmələrin
aparılması;

- normativ hüquqi aktların tələblərinə uyğun olaraq mümkün təsirlərin təhlili və qiymətləndirilməsi;

- nəticələr üzrə ətraf mühitin mühafizəsi tədbirlərinin müəyyən edilməsi;

- SEQ sənədinin tərtib edilməsi;

- ictimai dinləmələrin təşkili;

- planlaşdırıcı orqan tərəfindən nəticələr üzrə müvafiq yekun əsaslandırmanın hazırlanması;
- Nazirlik tərəfindən strateji sənədin təsdiq edilməsi;

- SEQ-in nəticələrinin monitorinqinin aparılması.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 604   Tarix: 17 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)

Azərbaycanda bölgələrin hansı ərzaq məhsullarını daha çox istehlak etdiyi açıqlanıb. -ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, son dövrlər iqtisadi rayonlar üzrə qida məhsullarının adambaşına istehlakında ciddi fərqlər müşahidə olunub. Belə ki, çörək və çörək məhsullarının (una çevirməklə

07.08.2026 425
.

Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vaşinqton sülh sammitinin birinci ildönümü ilə bağlı video paylaşıb. "Report" xəbər verir ki, H.Hacıyev bu barədə "X" hesabınd

15:00 161
.

97 yaşında təyyarə qanadında uçdu - Video

İngiltərənin Qlosterşir qraflığının Çeltnem şəhərində yaşayan 97 yaşlı Betti Bromeyc qeyri-adi rekord müəyyənləşdirib. "Qafqazinfo" xəbər verir ki, 2025-ci ildə insult keçirməsinə baxmayaraq, o, təyyarənin qanadı üzərində uçan ən yaşlı qadın kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb

07.08.2026 304
.

İspaniyadan Əlcəzairə narkotik, geriyə miqrant daşıyan dəstə ələ keçdi

İspaniyanın hüquq-mühafizə orqanları Avropolun dəstəyi ilə Aralıq dənizi regionunda fəaliyyət göstərən ən iri cinayətkar qruplaşmalardan birini zərərsizləşdirib. TASS-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın Mülki Qvardiyası bəyanat yayıb. Məlumata əsasən, canilər yüksəksürətli katerlərdən istifad

07.08.2026 267
.

Ana oğluna qoyduğu ada görə həbs olundu

Norveçdə çoxuşaqlı ana oğluna yuxusunda eşitdiyi adı verdiyi üçün həbs olunub. xarici KİV-ə istinadla xəbər verir ki, hadisə 1998-ci ildə baş verib. Kirsti Larsen yeni doğulan oğluna yuxusunda ingilis dilində eşitdiyi adın ivrit dilindəki qarşılığı olan "Geşer" adını vermək istəyib. Lakin həmi

07.08.2026 391
.

Aİ Ukraynanın Enerji Sektoruna Dəstək Fonduna daha 30 milyon avro ayırıb

Avropa İttifaqı (Aİ) Ukraynanın Enerji Sektoruna Dəstək Fonduna daha 30 milyon avro ayıraraq bu çərçivədə yardımının ümumi həcmini 279 milyon avroya çatdırıb. "Report" xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin birinci müavini, energetika naziri Denis Şmıqal "X" sosial şəbəkəsind

18:50 0
.

Azyaşlı şəkər xəstəsi olduğu üçün "Barama" uşaq bağçasından kənarlaşdırılıb (VİDEO)

Azyaşlının şəkərli diabet xəstəsi olduğu üçün Bakıdakı uşaq bağçasından kənarlaşdırıldığı iddia edilir. Uşağın anası Hədiyyə Qurbanəliyeva "Barama" uşaq bağçasından şikayətçidir. Dediyinə görə, ona xəbərdarlıq edilmədən övladı bağçanın "Əcəmi" filialından uzaqlaşdırılıb. Valideyni

10:15 212
.

Buludun çəkisi əslində nə qədərdir? - Yüz fildən daha ağır

Yerdən baxanda buludlar yüngül və demək olar ki, çəkisiz görünür. Əslində isə başımızın üzərində nəhəng su kütlələri hərəkət edir. Orta ölçülü bir buludun çəkisi 500 tona çata bilər, ən iri tufan buludlarında isə 25 milyon tona qədər su ola bilər. Buludlar necə yaranır?. xəbər verir ki, buludlar okeanların

07.08.2026 272
.

Turistlərin ziyarət etdiyi "qədim" Roma teatrı saxta imiş

İtaliyada turistlərə eramızın 393-cü ilə aid qədim Roma abidəsi kimi təqdim edilən teatrın əslində müasir dövrdə inşa edilmiş saxta tikili olduğu müəyyən edilib. Məhkəmə bu obyektin yaradıcısı Franko Malossonu sənət əsərlərinin saxtalaşdırılması və qanunsuz tikinti işləri aparmaqda təqsirli bilib. Qaynarinf

07.08.2026 286
.

TOP MP3