"Kaspi": "Ermənistanın güvəndiyi KTMT ölkələri Azərbaycana üstünlük verirlər"

"Kaspi": "Ermənistanın güvəndiyi KTMT ölkələri Azərbaycana üstünlük verirlər"Bu təxribatların məsuliyyəti Nikol Paşinyanın nəyi istəyib-istəməməsindən, Azərbaycanla razılıqlara nə dərəcədə sadiq qalıb-qalmasından asılı olmayaraq, Ermənistan dövlətinin adına yazılmalıdır. Azərbaycan öz təhlükəsizliyi üçün lokal əməliyyata məcbur idi.

Sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycanla Ermənistan arasında növbəti dəfə genişmiqyaslı hərbi toqquşma ilə müşayiət olundu.

Ermənistan bu dəfə sərhəddəki təxribat zolağını genişləndirdi, Laçın, Kəlbəcər, Daşkəsən, Zəngilan istiqamətlərində hücum cəhdləri ilə sülh danışıqlarına, əldə edilmiş razılıqlara zərbə vurdu.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Ermənistanın adına yazılan daha bir təxribat

Bu təxribatların məsuliyyəti baş nazir Nikol Paşinyanın yox, Ermənistan dövlətinin adına yazılmalıdır. Yəqin ki, Ermənistan hakimiyyətində Nikol Paşinyanın bic və çoxüzlü mövqeyindən ruhlanaraq revanşizmə əl atan bir qrup sərhəddə hansısa nəticəyə nail olacaqları hisslərinə qapılıblar.

Azərbaycan bu cür təxribatların olacağını Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsindən sonra aydın şəkildə görürdü, kəşfiyyat və hərbi nəzarət imkanları, vizual müşahidələrlə Ermənistanın niyyətlərini ölçürdü.

Ona görə də, ordu istər sərhəddə, istərsə də sərhəddən kənarda yerləşən Qarabağ iqtisadi zonasında daim əli tətikdə idi və yüksək hazırlıqla döyüş vəziyyəti alınmışdı.

Ermənistanın budəfəki təxribatları da ona baha başa gəldi

Ermənistanın budəfəki təxribatları da ona baha başa gəldi, hələlik rəsmi informasiyalar açıqlanmasa da, Azərbaycan xeyli əraziyə nəzarəti bərpa edib.

Azərbaycanın məqsədi özünə qarşı gələ biləcək təhdidlərə görə bufer zonanı Ermənistanın dərinliklərində formalaşdırmaqdır, ona görə də əməliyyatların miqyasını və xarakterini anlamaq lazımdır.

Azərbaycan özünə yarana biləcək təhdidlərin nəzəri hissələrini Hərbi Doktrinada və Milli Təhlükəsizlik Konsepsiyasında göstərib, sərhəd mövzusu isə hər iki sənəddə ayrıca vurğu ilə keçir.

Azərbaycan təhlükəsizlik mühitinin qaraldılmaması üçün əks-hücum əməliyyatına məcbur idi, ona görə də Ermənistanın dərinliklərinə doğru hərəkət etmək mütləq zərurətə çevrilirdi.

KTMT-də də ermənilərin səsinə səs verən olmadı

Ermənistan yaranmış şəraitdən istifadə edərək Rusiyanın hökmranlığı altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qüvvələrinin sərhədə dislokasiya edilməsi üçün dəridən-qabıqdan çıxır.

Ancaq KTMT daxilindəki mövqelərin haçalanması, daha doğrusu Azərbaycanın mövqeyini ifadə edən ölkələrin olması Ermənistanın planlarının üzərindən xətt çəkir.

Diqqət etməli olduğumuz xətlər:

1. Rusiya Azərbaycanla münasibətlərin inkişafına önəm verir,

2. Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistan Azərbaycan maraqlarını müdafiə edir,

3. Qırğızıstanla Tacikistanın özünün sərhəd problemləri var və onlar heç bir halda Azərbaycan-Ermənistan sərhədinə qoşun göndərməkdə maraqlı olmazlar.

Deməli, ortada Ermənistan tək qalır, KTMT maddələrinin tətbiqi isə yekdil qərara söykənməlidir, ancaq təşkilat daxilindəki dövlətlər Azərbaycan naminə veto qoymağa üstünlük verirlər.

Qərb yenə də ikili standartları ilə seçildi

Əli ümidlərdən üzülən Ermənistan Qərbdən yardım diləməyə məcburdur. Qərb isə Rusiya ilə maraq toqquşması fonunda əlini daşın altına salıb nəyisə dəyişdirməyə çalışır.

Əslində dərin münasibətlər sistemində Qərb Azərbaycanı seçir, lakin üzə doğru qalxan bəzi məsələlərdə Ermənistana dəstək çıxmaq meylləri inkişaf edir.

Bu məsələdə ABŞ-ın mövqeyi ənənəvi diplomatik çağırışa köklənsə də, Fransanın duruşu konkret erməni himayədarlığıdır.

Azərbaycan onsuz da bu cür ikili standartlarla üzləşməkdə təcrübə qazanıb, ona görə də heç bir təhdid rəsmi Bakını öz maraqlarını təmin etmək istəyindən çəkindirə bilməz.

Bura Türkiyə faktorunu da əlavə etsək, onda Azərbaycanın əlini dəmir yumruğa çevirən xeyli arqumentlərdən danışa bilərik.

Yuxarıda qeyd etdiyimiz KTMT qüvvələrinin regionda Azərbaycan əleyhinə fəaliyyətə girişməməsinin bir səbəbi də Türkiyədir. Ona görə ki, Azərbaycana təhdid Şuşa Bəyannaməsinn bəndlərindən irəli gələn öhdəliklərin icrasını aktuallaşdırır və heç bir ölkə özünü Türkiyə ilə hərbi mənada üz-üzə qoymaq istəməz.

Sərhəddəki toqquşmalara Qərblə yanaşı, ikinci ikibaşlı mövqeni İran sərgiləyir, hərçənd ki, Tehrandan gələn çağırışların Azərbaycan üçün əhəmiyyəti yoxdur. Ona görə ki, İslam Respublikası həmin çağırışlar adı altında əslində Ermənistana olan sevgisini pərdələyir və Bakı bunun mahiyyətini çox gözəl anlayır.

Rusiya-Qərb rəqabəti yeni məcraya keçir

Beləliklə, sərhəddəki son toqquşmalar siyasi mənzərəni canlandırmaq üçün bizim üçün bir neçə detal verir.

Ona vurğu edirik ki, Ermənistan bir neçə dövləti çıxmaq şərtilə beynəlxalq aləmin gözündə lazımsız administrativ statusdadır. Reallıqda Qərb son hadisələrdə ofsaydda qalır və Azərbaycan şəraitə uyğun olaraq Ermənistanı ram edir.

Nəzərə alaq ki, Rusiyanın Ermənistanda böyük nüfuz dairəsi var. Bu, prinsipcə regionda qüvvələr balansında Moskvanın çəkisini çoxaldır.

İndi isə Azərbaycan da nüfuz çevrəsi yaradır və bunu legitimləşdirir. Bu isə avtomatik olaraq Türkiyənin də Ermənistanda mövcudluğu deməkdir.

Nəticə etibarı ilə Ermənistanda Azərbaycan, Türkiyə və Rusiyanın nüfuz dairəsi formalaşdırılır.

Qərb isə yeni düzənə uyğun olaraq əlavə rıçaqlar qazanmaq istəyir.

Bu isə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi məsələsində Rusiya-Qərb rəqabətini yeni məcraya itələyir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 793   Tarix: 17 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib

ABŞ İranla əlaqəli sanksiyalar siyahısına Kanadada qeydiyyatdan keçmiş səkkiz qurumu əlavə edib. "Report" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib. Məlumata görə, məhdudiyyətlər valyuta mübadiləsi xidmətləri, pu

08.11.2026 167
.

İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib

İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə

08.11.2026 141
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

00:08 123
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

08.11.2026 164
.

Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub

Seneqal sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ən azı 21 nəfər həlak olub. "Report" "Euronews"a istinadən xəbər verir ki, bu barədə Seneqalın Daxili İşlər Nazirliyi (DİN) bildirib. Axtarış-xilasetmə əməliyyatı davam edir, hələlik sağ qalan yalnız bir nəfər tapılıb

08.11.2026 148
.

Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly

08.11.2026 173
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

08.11.2026 174
.

Ərdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" - Foto

"Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevlə birlikdə tarix, təbiət və mədəniyyət şəhəri olan gözəl Şuşada qeyd etməkdən məmnunluq duydum". xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabındakı paylaşımında bildirib

08.11.2026 181
.

Leyla Əliyeva Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 8 noyabr tarixində Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib. paylaşımı təqdim edir:

08.11.2026 192
.